AZƏRBAYCAN
MİLLİ ELMLƏR AKADEMİYASI
NƏSİMİ
adına DİLÇİLİK İNSTİTUTU
ADİL TAPDIQOV
AZƏRBAYCAN DİLİNDƏ MİFOLOJİ TOPONİMLƏR
AMEA-Nəsimi adına
Dilçilik İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunur (14.X.2013. protokol №4)
“Elm
və təhsil”
BAKI
- 2013
Redaktor:
Qara Məşədiyev
Filologya elmlıəri doktoru, professor
Rəyçilər:
Roza
Eyvazova
Filologiya elmləri doktoru, professor
Ismayıl
Məmməd
Filologya elmləri doktoru, professor
Elşad
Abışov
Filologya üzrə fəlsəfə doktoru, dosent
Adil Tapdıqov Filologiya
üzrə fəlsəfə doktoru
Azərbaycan dilində
mifoloji toponimlər.
Bakı, “Elm və təhsil”,
2013, səh.
Kitabda Azərbyacan xalqının tarixi keçmişini, mifoloji təsəvvürlərini, qədim
dil elementlərini bütövlükdə milli-mənəvi dəyərlərini özündə əks etdirən
mifoloji lingvistik tədqiqata cəlb olunur.-------- miflərdə, totem və
onqonlarla əlaqədar formalaşan toponimlər haqqında ətraflı məlumat verilir.
Monoqrafiyada dilçi tədqiqatçılar, doktorantlar,
filologiya fakültələrinin bakalavr və
magistrləri faydalana bilər.
© «Елм
вя тящсил», 2013
ÖN SÖZ
|
A
|
zərbaycan dilçiliyində
folklor onomastikasının daxilində mifoloji onovahidlərdən ayrıca bəhs edilsə
də mifoloji toponimlərin formalaşma yollarından bir sistem kimi, demək olar
ki, söhbət açılmamış, ayrı-ayrı mif kateqoriyaları üzrə xüsusi adların
formalaşma yolları göstərilməmişdir.
Qeyd etmək lazımdır ki, mifoloji toponimlərə aid olan vahidlərin
sistemli elmi tədqiqi son dövrlərə təsadüf etsə də, onlar haqqında ilkin məlumata
hələ antik mənbələrdə rast gəlinir.
Mifoloji
toponimlərin folklor onomastikasının bir layı olduğunu təsdiq edən A.Tapdıqov
onların çox zaman etnonimlərlə qarışdırılmasını qeyd edir, bir sıra fərqli cəhətləri
ayırmağa çalışır və belə bir müddəa irəli sürür ki, ad kateqoriyaları mifoloji
obraz, tanrı adı, etnonim, toponim istiqamətində xüsusi adların inkişaf xətti əsasında
yaranıb formalaşmışdır.
Monoqrafiyada
mifoloji toponimlər müəyyənləşdirilmiş, onların linqvistik xüsusiyyətləri
sistemli şəkildə araşdırılmış, eyni zamanda miflərin toponimlərdə areal və
etimoloji xüsusiyyətləri izah edilmişdir.
Məlumdur
ki, miflərin əksəriyyəti kosmosun, xüsusilə onunla bir sistemdə birləşən hissələrinin
mənşəyi haqqında məlumat verir. Bu mifoloji sistemdə kainatın, dünyanın
yaranmasının təsviri və şərhi ön planda durur.
Günəş,
ay, göy mifoloji obrazı ilə yaranan toponimlər «Kosmoqonik miflərlə əlaqədar
toponimlər» adlanan I fəsildə tədqiqata cəlb edilmişdir.
Günəşlə
əlaqədar formalaşan mifoloji kosmoqonik toponimlərdən bəhs edərkən tədqiqatçı
Günəşli, Güney, Günğüt, Ərgünəş, Dədəgünəş, Gündə, Gündoğmuş, Günəş, Günəbaxan, Günəvşa kimi adları araşdırır.
Günəvşa
kənd adına münasibətini bildirən Adil Tapdıqov, onun tat mənşəli deyil, məhz
türk mənşəli olmasını sübut etməyə çalışır.
Ay
mifoloji obrazı ilə Aygünlü, Ayrım, Aydınlı, Aydoğmuş, Qaşqa adları, göy
mifoloji obrazı ilə əlaqədar isə Göylər, Göyərçin, Göydəlləkli, Göynük, Göy su,
Göydağ, Göyülus, Göykənd, Göynərli, Göyronus, Quqar adları araşdırılmışdır.
Bəllidir
ki, qədim dövrlərdən hər bir tayfanın özünə məxsus totemi olmuş, bir çoxları öz
adını həmin totemlərdən götürülmüşlər. Belə ki, həmin miflərlə əlaqədar
formalaşan toponimlər də ilk öncə mifoloji obraz-totem adı, antroponimin,
etnonim və toponim istiqamətində inkişaf xətti keçmişdir.
Zoomorfik-totemik
miflərlə əlaqədar formalaşan mifoloji toponimlər, yəni qurdla, ilanla, samur
mifoloji obrazı ilə, quş onqonları, ağac və dağ kultları ilə əlaqədar mifoloji
toponimlər «Totemlərlə əlaqədar toponimlər» adlı II fəsildə tədqiqata cəlb
edilmişdir.
Zoomorfik miflərin əsasını təşkil
edən totemizmin mahiyyəti ondan ibarətdir ki, burada qədim insanlar bəzi
heyvanlara yaradıcı kimi, müqəddəs kimi yanaşmışlar. Hər bir xalqın totemlər
sistemi, həmin xalqın yaşadığı coğrafi mühiti və adət-ənənəsi ilə bağlıdır. Məsələn,
türklərdə qurd, geyik, maral, qartal, ayı, ilan və s. heyvanlar, hindlilərdə inək,
camış, keçi, Afrika xalqlarında inək, qədim misirlilərdə aslan, inək, ilan, romalılarda
canavar və s. heyvanlar totem sayılır.
Türk mifologiyasının ən qədim,
mühüm totemlərindən biri olan qurdun totem olmasına «Kitabi-Dədə Qorqud»
dastanlarında Qazan xanın dilindən bir neçə dəfə eyham vurulur.
Qurd
totemi ilə bağlı bir sıra toponimləri nəzərə çatdıran müəllif incə bir məsələni
də vurğulayır ki, bu sözlə bağlı bütün yer adlarını totemik ad hesab etmək
olmaz. Çünki onların bir hissəsi sırf təsviri mahiyyət kəsb edir. Məs: Şəki
rayonu ərazisində Qurddağ oronimi və Bakı şəhəri ərazi vahidliyində Qurdyalı
dağı, Qurd qapısı məhz həmin yerlərdə qurdun (canavarın) görünməsi ilə əlaqədar
adlandırılmışdır.
Bəzi
mənbələrdə göstərildiyi kimi, türk xalqlarında totem sayılan qurd gah ilk ata,
gah da ana kimi təsvir və təsəvvür edilir.
Yeri
gəlmişkən bir məsələni nəzərə çatdırmaq lazımdır ki, qurd sözünün sinonimi olan
«börü» ilə bağlı bir sıra toponimlər mövcuddur. Məs: Buri, Buriboy, Burioy,
Bure, Bori, Byori və s.
Müəllifin
da qeyd etdiyi kimi, «Kitabi-Dədə Qorqud» dastanlarında rast gəlinən Baybura şəxs
adı da şübhəsiz, qurdla əlaqədar antroponimlərdəndir.
Məlumdur
ki, türklər bütün heyvanlar arasında ən çox ata üstünlük veriblər. At kultu ilə
bağlı mifik-totemistik baxışlar sistemi əksər sivilizasiyalı xalqlarda mövcud
olmuşdur.
A.Tapdıqov atla bağlı yer-yurd
adlarının ölkəmizdə və digər türk xalqlarında geniş yayılmasını qeyd edərək
nümunələr verir: Atyaldağ, Atcıl, Atağzı, Atlı, Atdaşı, Qıratın nal daşı,
Ayğırgöl və s.
İlan
sivilizasiyalı bütün qədim xalqlarda, o cümlədən də türklərdə bir zamanlar müqəddəs
heyvanlardan hesab olunmuşdur.
A.Tapdıqov
ilanla bağlı formalaşan toponimləri araşdırdıqca, onların bir qisminin ilan
totemi ilə, mifik dünyagörüşlə bağlı olduğunu, digər bir qrupunun isə sırf təsviri
mahiyyət daşıdığını nümunələrlə, faktlarla nəzərə çarpdırır..
Samurun türk xalqlarında totem olduğunu və onlardan da Samurlu
toponiminin əmələ gəldiyini, onun IX-XII əsr ərəb mənbələrində Sammur, Samur,
Samdur, Sambur kimi xatırlandığını qeyd edən müəllif həmin toponimin yayılma
areallarını da araşdırır.
Bəllidir ki, Azərbaycanın etnik təfəkküründə digər heyvanlar kimi,
quş onqonları mühüm yerlərdən birini tutur. Türk xalqlarında ev quşlarının bir
sistem şəklində totem hesab olunmasını qeyd edən tədqiqatçı nəzərə çatdırır
ki, nağıl və dastanlarımızda müqəddəs hesab olunan bir neçə quşun adının çəkilməsi,
onların qədimdə totemliyinə işarədir. Azərbaycan ərazisində quşlarla bağlı
saysız-hesabsız insan adının və toponimlərin də mövcudluğu həmin fikri bir daha
təsdiq edir.
Tədqiqatçı Boz Doğan // Toğan, Toğanalı, Laçın, Şonqar // Sunqur,
Bozdağan, Tülü, Ağbaba, Göyərçinli, Kükü kimi mifoloji toponimlərdən bəhs edərək,
ayrı-ayrılıqda onların izahını vermişdir.
Bütün
dünyada qədim mifologiyanın universal obrazı olan ağac qədim türklərdə ana totem,
totemlərin anası, bəzən isə insanların, qəbilələrin, xalqların ulu babalarının
anası kimi qələmə verilir.
Monoqrafiyada
ağac kultu ilə əlaqədar Qızılağac, Altıağac, Qaraağac, Ağacəri mikrotoponimlərinin
izahı verilir.
Dağ
kultu ilə əlaqədar demək olar ki, bütün türk xalqlarında dağla, onun hissələri
ilə əlaqədar müxtəlif deyimlər və duyumlar onun müqəddəs onqon-xilasedici olduğunu
əsaslandıran cəhətlərdəndir. Bununla bağlı əsərdə Qaradağlı toponiminin
etimologiyası geniş şəkildə təhlil edilmişdir.
«Al»
tapınışı və digər mifik inamlarla əlaqədar toponimlər» adlanan III fəsildə
«Al», «Ala» derivatlı toponimlər, həmçinin «Al» morfeminin «Əl» fonetik
variantı vasitəsilə formalaşan mifoloji toponimlər, ocaq-od mifoloji obrazı ilə
bağlı toponimlər araşdırılmışdır.
«Al» morfemi və digər hissəciklərdən ibarət mifoloji toponimlər:
Alban, Alpan, Alpout, Allar //Alar, Alcanlı, Aldərə, Alkavanis; «Ala» derivatlı
mifoloji toponimlər: Ala göllər, Aladaş, Aladin, Alakol, Alagöz, Alatava,
Alaşa, Alazan; «Əl» fonetik variantlı mifoloji toponimlərdən Əlincə, Ələyəz, Ələt
toponimləri monoqrafiyada geniş şəkildə araşdırılmışdır.
Ocaq-od
mifoloji obrazı ilə bağlı toponimlərdən bəhs edərkən, ayrı-ayrı onovahidlərin
izahına keçmədən öncə qədim türklərdə «oda-işığa» inamın mifoloji köklərini
araşdırmağı və onun onomastik vahidlərdə necə əks olunduğunu nəzərə çatdırmağı
vacib sayan müəllif od-alov-atəş məfhumunu özündə əks etdirən «qor» sözünün
etimologiyasını açır, Azərbaycan onomastikasında qor // kor // gor komponentli
adlardan, xüsusilə Goran, Goranboy, Goradil, Gorazilli, Gürgan, Qorqan, Qorqundağ,
Qorçu və s. bu kimi toponimlərin kökündə qor // gor komponentinin olduğunu bir
sıra mənbələrə əsaslanmaqla izah edir və onları mifoloji adlar hesab edir.
Çıraq
Çıraqlı toponimlərinin izahında Siraq // Şirak // Çıraq variantlığını nəzərə
Çatdıran A.Talıbov bir sıra tədqiqatçıların mülahizələrinə əsaslanaraq qeyd
edir ki, Çiraq və onunla bağlı meydana gələn etnotoponimlər mifologiyamızla
ilişgilidir və onun əsasında «işıq», «günəşdən gələn nur» dayanır.
Oxuculara
təqdim olunan bu monoqrafiya onomalogiyanın yeni bir bölməsi kimi təşəkkül
tapmaqda olan mifoloji onomastika sahəsində əsrəyə gələn ilk tədqiqat əsərlərindəndir.
Şübhəsiz ki, bu monoqrafiya «mifoloji onomastika»nın gələcək inkişaf istiqamətlərinin
müəyyənləşdirilməsində müəyyən rol oynayacaq.
Qara Məşədiyev
filologiya elmləri doktoru, professor
G İ R İ Ş
AZƏRBAYCAN TOPONİMİYAٍSININ
TƏDQİQİ TARİXİNDƏN
|
İ
|
nsan düşünən və
danışan varlıq kimi formalaşmağa başladığı dövrdən maddi aləmin hər bir ünsürü
onu özünə cəlb etmiş, kainatdakı hər bir şey ona yeni və qəribə görünmüşdür.
Buna görə də o, əhatəsində olduğu maddi varlığın əşya və hadisələrini, bunların
əlamət və xüsusiyyətlərini öyrənməyə xüsusi səy göstərmişdir. Lakin insan
xarici mühiti yalnız seyrçi kimi müşahidə etməklə kifayətlənməmiş, ona
yaradıcı surətdə yanaşmışdır. İnsan təbiətin sirlərinə yiyələndikcə onu əhatə
edən aləmə ad verməyə, bu aləm haqqında miflər yaratmağa başladı. Bu miflərdə bədii
və fəlsəfi təfəkkür qaynayıb-qarışdı.
Mifoloji
toponimlərə daxil olan vahidlərin sistemli elmi tədqiqi son dövrlərə təsadüf
etsə də, onlar haqqında ilkin məlumata hələ antik mənbələrdə də rast gəlinir.
V.Qukasyan antik mənbələrdə Azərbaycan toponimlərindən danışarkən göstərir ki,
Heredot «Tarix» əsərində qeyd edir ki, aqat-hirslər (ağacərilər) Cənub-Şərqi
Avropanın və Şimali Qafqazın çöllərində skiflərlə birlikdə yaşamışlar. Eyni
zamanda onların tatar mənşəli olmaları haqqında da məlumat vermişdir. (67, 39).
Bildiyimiz kimi, ağacəri adı da qədim türklərin ağac kultuna inamı ilə bağlı
olaraq meydana gəlmişdir.
Z.Xasıyev
yazır ki, eramızın I əsrində Strabonun «Coğrafiya» əsərində və Yuli Solin «al
tapnışı» ilə bağlı olan Alban toponimi haqqında məlumat vermiş və bu adın
«ucalıq», hündürlük» anlayışı ilə bağlılığını qeyd etmişlər (55, 43).
Bizans
mənbələrində də mifoloji inamlarla əlaqədar formalaşan ağacəri, alban, quqar və
digər etnonimlər barədə məlumatlara rast gəlinir, o cümlədən onların mifik
inamlarla bağlığından ötəri də olsa bəhs edilir (99, 63; 111, 42).
Bu
məsələlərdən K.Əliyev, Q.Qeybullayev, S.Mollazadə, Z.Xasıyev və başqa tədqiqatçılar
ayrı-ayrı dövrlərdə bu və ya digər məqsədlə bəhs etmişlər. Sonrakı səhifələrdə
yuxarıda adları çəkilən müəlliflərin fikirləri geniş şəkildə şərh olunacaqdır.
Sonrakı
dövrdə M.Kaşğarinin «Divani-lüğat it-türk» kitabında oğuz tayfaları və onların
onqonları, eyni zamanda həmin onqonlarla əlaqədar meydana gələn bir neçə
mifoloji toponimin (qurd, doğan, sonqar və s.) izahı verilmişdir. Qurd, kəngər
və s. türk tayfa adlarının birbaşa mifoloji dünyagörüşlə bağlılığı məsələsinə
dolayı yolla da olsa toxunulmuşdur (32, 29).
Sonrakı
dövrdə Fəzlullah Rəşiddədin «Cami-əttəvarix» əsərində Oğuz tayfalarından
danışarkən 24 oğuz tayfasının adının Oğuz xanın oğullarının və nəvələrinin adı
ilə adlanmasından geniş söhbət açır və çalışır ki, hər bir tayfanın adının
etimologiyasını imkan daxilində versin və belə olan təqdirdə istər-istəməz o,
mifologiyaya gəlib çıxır (88, 47). Onun ayrı-ayrı adlar haqqındakı mülahizələri,
izahı zahirən bəsit görünsə də, əslində orijinallığı və dövrü üçün yeniliyi ilə
diqqəti cəlb edir.
Azərbaycan toponimləri, o cümlədən ümumi şəkildə olsa da, mifoloji
toponimlər haqqında ilkin məlumatlara A.Bakıxanovun «Gülüstani-İrəm» əsərində
rast gəlirik. Bakıxanov özündən əvvəlkilərdən fərqli olaraq adlara daha əhatəli
yanaşmış və onların izahında xalq etimologiyası ilə yanaşı, daha çox tarixi
faktlara əsaslanmışdır. Bunu onun Alban, Kaspi//Qaspi, Qafqaz və s. adlarının
izahında daha aydın müşahidə etmək olar (109, 24).
Qafqazın, o cümlədən də Azərbaycanın
yer-yurd adlarının öyrənilməsində və qeydə alınmasında İ.Şopenin də böyük
xidməti vardır. Belə ki, o, «Исторический памятник состояния Армянской области в эпоху ее
присоеденения к Российской Империи» əsərində qədim erməni
və gürcü mənbələrinə istinad edərək Alban, Quqar, Salar, Kür, Alazan və digər
onovahidərin izahını, eyni zamanda yayılma arealını verməyə çalışmışdır (122,
634). Düzdür, o, əsasən sol mövqe tutaraq bir çox adların (Quqar, Alpan və s.)
etimologiyasını ermənilərin xeyrinə açmağa çalışır, ancaq yenə də onun
yuxarıda adı qeyd olunan əsəri bir mənbə kimi lazımlıdır.
R.Yüzbaşov
və T.Əhmədov XIX əsrin II yarısında Azərbaycan toponimlərinin tədqiqi tarixindən
söhbət açan M.F.Axundovun, İ.Markvartın, H.Hübşmanın, K.Qanın və digər tədqiqatçıların
adlarını çəkirlər və göstərirlər ki, həmin şəxslər öz əsərində bu və ya digər
məqsədlə ayrı-ayrı Azərbaycan toponimlərindən də danışmış və yeri gəldikcə
onların linqvistik xüsusiyyətlərindən bəhs etmişlər (103, 64; 34, 48).
XX
əsrin əvvəllərində Azərbaycan toponimləri haqqında geniş və ətraflı məlumata
M.V.Baharlının «Azərbaycan: fiziki-coğrafi, etnoqrafik və iqtisadi oçerk» kitabında
təsadüf edirik. Bu əsərdə müəllif toponimləri, xüsusilə də etnotoponimləri
xalqımızın qədim tarixinə işıq salan, onun etnik mənsubiyyətinin müəyyənləşdirilməsində
ən sanballı mənbə hesab edir və elə hesab edir ki, «yer-yurd adlarının düzgün
elmi izahını vermək elə həmin yerdə yaşayanların tarixi köklərini müəyyənləşdirməyə
bərabərdir» (15, 393). O, kəngər, dügər, sor-sor, skif,
sabir, şıxlı, bayat, ayrum, cjaçar, əfşar, təklə, salahlı, baharlı
və s. adların tarixi aspektdə izahını verir və onların tək Azərbaycanda deyil,
eyni zamanda digər ərazilərdə də mövcudluğunu vurğulayır.
T.Əhmədov
bu barədə yazır: «etnonimik materiallar əsasında Azərbaycan
etnogenezinin sistemli öyrənilməsi prinsipinin əsl elmi əsası məhz M.H.Vəliyev
(Baharlı) tərəfindən qoyulmuşdur» (34, 41).
Azərbaycan
toponimiyasının formalaşmasında və bu günkü səviyyəyə gəlib çatmasında
R.M.Yüzbaşovun xüsusi əməyi vardır. Demək olar ki, o, ömrünü bu sahənin inkişafına
həsr etmişdir. Bu cəhətdən onun «Azərbaycan coğrafiya terminləri» (tədqiqlər)
kitabı daha çox diqqəti çəkir. Belə ki, müəllif kitabda bir çox toponimlərin
terminoloji mahiyyətini açıqlamaqla yanaşı, onların təsnifatını vermiş, leksik
cəhətdən qruplaşdırmışdır. O, coğrafi terminlərin yayılma arealını da imkan
daxilində müəyyənləşdirməyə çalışmışdır (103, 39).
Toponimik tədqiqatların istiqamətləndirilməsində və uğurla yerinə
yetirilməsində B.Ə.Budaqovun da əməyi böyükdür. Onun Q.Qeybullayevlə birlikdə
yazdığı «Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti» və «Türk
uluslarının yer yaddaşı» kitabları Azərbaycan toponimlərinin öyrənilməsində
olduqca dəyərlidir. Birinci kitabda Qərbi Azərbaycan (Ermənistan) ərazisində
mövcud olan və tarixən mövcud olmuş toponimlərin ətraflı linqvistik xüsusiyyətləri
izah olunur, həmin adların etimologiyası haqqında məlumat verilir, areal
xüsusiyyətləri göstərilir (21, 92). Sözügedən əsər sübut edir ki, indiki Ermənistan
tarixən Azərbaycan torpaqları olmuş və toponimlər bunun ən yaxşı göstəricisidir.
«Türk
uluslarının yer yaddaşı» kitabı isə Azərbaycan toponimlərinin areal xüsusiyyətlərinin
izahına həsr edilmişdir. Əsərdə Günəşli, Çəpni, Nardaran və s. adların mənşəyi
araşdırılır və onlarla birlikdə digər toponimlərin də başqa türk xalqlarında
işlənməsi məsələləri göstərilir (22, 72).
Azərbaycanda coğrafiyaşünas-toponimistlərdən N.Məmmədov, M.Abbasov və
başqaları toponimlərin bu və ya digər xüsusiyyətlərindən danışmışlar. Lakin onların
linqvistik xüsusiyyətləri dilçi tədqiqatçıların əsərlərində daha əhatəli şəkildə
əks olunmuşdur.
Bunlardan
Ə.Dəmirçizadə, A.Axundov, Ş.Sədiyev, A.Qurbanov, R.H.Eyvazova, T.Hacıyev,
Q.Qeybullayev, V.Qukasyan, S.Mollazadə, Ə.Əliyev, M.Seyidov, V.Əliyev,
M.Çobanov, Q.Məşədiyev, R.İsrafilova, T.Əhmədov, A.Bayramov, Ə.Tanrıverdiyev,
N.Əsgərov, F.Xalıqov, İ.Bayramov, A.Bayramov, E.Quliyev (İnac), Y.Cəfərov,
E.Abışov, E.Əhmədova, T.Şükürova və b. digər tədqiqatçıların adlarını çəkmək
olar.
Ə.Dəmirçizadə «50 söz» kitabında
Azərbaycanın ən qədim toponimlərindən Azərbaycan, Alban, Qafqaz, Xəzər və s.
adların mənşəyini geniş izah edir və ilk dəfə həmin toponimlərin etimologiyası
haqqında orijinal fikirlər söyləyir (32, 66). O, həmin adların
etimologiyasından danışarkən qədim şərq, Avropa, o cümlədən erməni və gürcü mənbələrini
diqqətlə nəzərdən keçirir və sonda onların (Azərbaycan, Alban, Qafqaz, Xəzər)
türk-Azərbaycan mənşəli olması qənaətinə gəlir.
Azərbaycan toponimlərinin etimoloji cəhətdən araşdırılmasında
xüsusi əməyi olan dilçilərdən biri də A.Axundovdur. «Torpağın köksündə
tarixin izləri» əsərində tədqiqata cəlb etdiyi bəzi toponimin (Kür, Araz və b.)
etimologiyasını müqayisəli şəkildə araşdırır və onların Azərbaycan mənşəli
olmasını əsaslandırır (9, 57). Eyni zamanda əsərdə qədim və orta əsrlərdə rast
gəlinən Azərbaycan toponimləri haqqında məlumat verilir. A.Axundov araşdırdığı
adları dil faktı kimi tədqiq etsə də, onların həm də tarixi mənbə olmasına diqqət
çəkir.
Bütün
fəaliyyəti boyu Azərbaycan dilinin problematik sahələri ilə məşğul olan
T.Hacıyev toponimlərin tədqiqi sahəsində də xeyli iş görmüşdür. O, «Filologiya
məsələləri» və «Türk dillərinin quruluşu və tarixi» adlanan toplularda bir sıra
qədim Azərbaycan toponimlərinin (Biləcəri, Midiya, Xalxal, Alban, Atropatena və
s.) etimologiyası və digər linqvistik xüsusiyyətləri haqqında yeni, müfəssəl məlumat
vermişdir (50, 278-280; 51, 125-136). Ümumiyyətlə, T.Hacıyev həmişə bütün
yazılarında Azərbaycan-türk toponimlərinin qədimliyini, onların areal xüsusiyyətlərini
əsas götürərək, türklərin Qafqazda aborigen xalq olduğunu elmi faktlarla sübut
etməyə çalışmışdır.
V.Qukasyan
Azərbaycan dilinin tarixi ilə, o cümlədən toponimlərin mənbələrdə işlənməsi ilə
mütəmadi məşğul olmuş, Alban, Alazan, Kür, Kaspii, Skif//iskit və s. adların
antik mənbələrdə işlənməsindən geniş bəhs etmiş və onların etimologiyasına dair
maraqlı mülahizələr irəli sürmüşdür (68, 121-125; 67, 35-62). «Azərbaycan
dilinin təşəkkülü tarixinə dair qeydlər» sərlövhəli iri həcmli məqaləsində
Alpout, Alatau, Altay, Sabir, Ağuan, Alpan, Qoşqar, Bayan, Çanaxçı, Qaraqullar,
Xunan, Kəngər Ağacəri və s. bu kimi paleotoponimlərin mənbələr üzrə izahmı verməyə
çalışmış və həmin adların xalqımızın etnik mənsubiyyəti ilə bağlı olduğunu qeyd
etmişdir.
O, erməni və gürcü mənbələrindən,
o cümlədən də antik və bizans mənbələrindən geniş şəkildə istifadə edərək
etnotoponimlərin bir sistem halında həm etimoloji, həm də digər linqvistik
xüsusiyyətini tədqiq etmişdir.
Ə.Əliyev
Azərbaycan toponimiyasında ilk dəfə olaraq toponimləri zonalar üzrə tədqiq etməyə
başladı. Onun 1975-ci ildə qələmə aldığı «Azərbaycanın Qərb rayonlarının toponimiyası»
dissertasiyası ilə Azərbaycan dilçiliyində regional toponimikanın əsası
qoyuldu. Əsərdə Qazax, Tovuz, Gədəbəy və digər bölgələrin yer-yurd adları
sistemli şəkildə tədqiqata cəlb edilir, onların leksik-semantik və etimoloji
xüsusiyyətləri, o cümlədən də areal xüsusiyyətləri dərindən təhlil olunur.
Tədqiqat
işində o, adı çəkilən bölgələrin toponimlərini sistemli şəkildə araşdırmaqla həmin
rayonların ən qədim tayfalarını, onların yerləşmə xüsusiyyətlərini və s. cəhətləri
ətraflı araşdırır.
Ə.Əliyevin
B.Budaqovla birlikdə yazdığı «Kitabi-Dədə Qorqud» dastanlarının toponimlərinə həsr
olunan məqaləsi də ilk təşəbbüs kimi olduqca dəyərli və maraqlıdır (23, 36).
Burada
«Dastan»da adı çəkilən Göyçə gölü Aladağ, Qazılıq dağı və digər toponimlərin Azərbaycanda,
o cümlədən Qafqazda izləri araşdırılır və maraqlı müqayisələr aparılır.
Azərbaycan onomalogiyasının inkişaf etməsində və bu sahədə yeni-yeni
kadrların yetişməsində A.Qurbanovun böyük əməyi vardır. O, «Azərbaycan
onomalogiyası» kitabında dilimizdəki onomastik vahidləri sistemləşdirdi və qruplaşdırdı.
Kitabda toponimlər aşağıdakı kimi təsnif olunmuşdur: 1) Toponimlər; 2)
Etnotoponimlər; 3) Hidrotoponimlər; 4) Zootoponimlər; 5) Fitotoponimlər; 6)
İctimai-siyasi xarakterli toponimlər; 7) Təsviri toponimlər (71, 26). .
A.Qurbanovun yuxarıdakı
bölgüsünü ona görə təqdim edirik ki, ən son onomastik tədqiqatlarda həmin təsnifat
əsas götürülür. Onun bu sahəyə aid bir neçə dərslik, dərs vəsaiti, monoqrafiya və
proqramları çap olunmuşdur. Müəllif Azərbaycan onomalogiyasının daha çox nəzəri
məsələləri ilə məşğul olmuşdur. Eyni zamanda onun rəhbərliyi ilə hər il Azərbaycan
Dövlət Pedaqoji Universitetində onomastika problemlərinə həsr olunmuş elmi-praktik
konfrans keçirilmişdir.
Azərbaycan toponimlərinin
regionlar üzrə öyrənilməsində S.Mollazadənin də xidmətləri olmuşdur. O, «Топонимия
северных районов Азербайджана» kitabında Oğuz, Şəki, Qəbələ, Qax, Balakən, Xaçmaz
və Quba rayonlarının yer-yurd adlarını toplamış, onların sistemli
leksik-semantik, areal və etimoloji xüsusiyyətlərini izah etmişdir. O, Tərkeş, Başalay,
Qoşun bağı, İlisu, Gölən, Qaşqaçav, Obuxlu, Kiş və s. toponimlərin mənşəyi haqqında maraqlı fikirlər
söyləmişdir (119, 206).
Müəllif
ölkəmizin Şimal zonasının toponimik adlarını antik, erməni və gürcü mənbələrindən
də faydalanmaqla qruplaşdırır, onlardan hansıların yalnız həmin bölgəyə,
hansılarınsa digər bölgələrdə mövcudluğunu dərindən araşdırır və maraqlı nəticələr
əldə edir.
Bir
məsələni qeyd etmək istəyirik ki, əslində toponimlər zonalar üzrə öyrənilsə
daha məqsədə müvafiq olar. Ona görə ki, bir çox toponimlər, istər oykonim, istər
oronim, istərsə də, hidronimlər məhz yerləşdiyi, əlaqədar olduğu coğrafi məkanın
relyefinə - quruluşuna uyğun olaraq adlandırılır. Bu mənada M.Məmmədovun «Лингвистический анализ географических
названий в смешанных ареалах» əsəri olduqca maraqlıdır.
Müəllif, əsərində öz adət-ənənələri, təbiəti, kənd təsərrüfatı, məişəti və s.
xüsusiyyətləri ilə respublikamızın digər regionlarından seçilən Cənub
zonasının - Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı rayonlarının toponimlərini
analiz edir, etnotoponimləri xüsusilə araşdırır, onların necə əmələ gəlməsini müəyyənləşdirir. O, çalışır ki,
daha çox mübahisələrə səbəb olan adların etimologiyasını açıqlasın (117, 162).
Azərbaycan
toponimikasının təşəkkül tapmasında M.Adilovun da böyük xidmətləri olmuşdur.
O, A.Paşayevlə birlikdə yazdıqları «Azərbaycan onomastikası» kitabında
«Toponimika» bölməsinin müəllifi olmuşdur. Həmin bölmədə Azərbaycan toponimlərinin
ümumi səciyyəvi xüsusiyyətləri müəyyənləşdirilir və onlar qruplara bölünür (5,
78). Onun paleotonimiyaya aid çap etdirdiyi bir neçə məqaləsi də bu sahədə
mövcud olan problemlərin həll olunmasında mühüm rol oynamışdır.
Xalqımızın
ən qədim köklərinin, eyni zamanda da qədim adlar sisteminin müəyyənləşdirilməsində
və topoformantların inkişaf tarixinin izlənməsində müstəsna xidmətləri olan tədqiqatçılardan
biri də M.Seyidovdur. O, Həm «Azərbaycan mifik təfəkkürünün qaynaqları», həm də
«Azərbaycan xalqının soykökünü düşünərkən» kitabında Azərbaycan, Əlincə,
Alban, Xaylandurq, Ayrım, Qorqud, Qayı, Koroğlu, Aldədə və s. adların
etimologiyasını son dərəcə diqqətlə, mənbələr üzrə araşdırır və onların türk mənşəli
olması qənaətinə gəlir (89, 27; 90, 226). O, ixtisasca ədəbiyyatşünas-mifoloq
olsa da, toponimik vahidlərdən ədəbi-mifoloji qanunauyğunluqların açılmasında
məharətlə istifadə etmişdir.
T.Əhmədov da bütün elmi
yaradıcılığını demək olar ki, Azərbaycan toponimlərinin tədqiqinə həsr
etmişdir. Onun «Azərbaycan toponimikasının əsasları», «El-obamızın adları»,
«Azərbaycan paleotoponimiyası» kitabları bunu deməyə əsas verir. Müəllif uzun
illər bu sahədə tədqiqatlar apararaq Azərbaycan toponimlərinin nəzəri əsasını
yaratmışdır.
Azərbaycan
toponimiyasının bugünkü səviyyəyə gəlib çatmasında xeyli işlər görən dilçilərdən
biri də Q.İ.Məşə`diyevdir. O, öz doktorluq dissertasiyasında «SMOMPK» məcmuəsində
işlənən toponimlərin Qafqaz arealını müəyyənləşdirir, onların struktur cəhətdən
tarixi-linqvistik aspektdən təhlilini verir (83, 91; 84, 43).
Müəllif
bir sıra əsil türk mənşəli yer adlarının (Gəncə, Goran, Goranboy, Gorus, Ayrım,
Dirəklər və s.) etimologiyası haqqında orijinal fikirlər söyləmiş və demək
olar ki, bu sahədəki mübahisələrə son qoymuşdur (83, 28-30). Onun son dövrlər nəşr
edilmiş monoqrafiyası da Azərbaycan toponimlərinin tarixi-linqvistik aspektdən
öyrənilməsi baxımından qiymətli mənbələrdəndir (82, 28-30).
H.Mirzəyevin də tədqiqatlarının
bir hissəsini onomastika, xüsusən
də toponimlər təşkil edir. Burada bir məsələni də xüsusilə qeyd etmək lazımdır
ki, o, müntəzəm olaraq Qərbi Azərbaycanın yer-yurd adlarını, hətta ən xırda
daşın, qayanın da adını qeydə almış, onları qruplaşdırmış və izah etmişdir (81,
69-71). Onun onomastik tədqiqatları tam şəkildə erməni məkrinə, qəsbkarlığına
qarşı yönəlmişdir.
«Aşıq yaradıcılığında yaşayan adlarımız və tariximiz» kitabı H.Mirzəyevin
folklor onomastikasının dərindən öyrənilməsinə həsr edilmiş dəyərli tədqiqat əsəridir
(86, 92). Kitabda aşıq şerində işlənən toponimlərin linqvistik xüsusiyyətləri
ilə yanaşı areal xüsusiyyətləri də geniş təhlil olunur və yeri gəldikcə onların
tipoloji xüsusiyyətlərinə də toxunulur. Onun «Ələyəz» toponimi haqqında maraqlı
mülahizələri vardır. Müəllif həmin adın «ələ» hissəsini «al//ala» derivatı ilə əlaqələndirir,
«yəz» hissəsini isə «gəz//göz» kimi izah edir (85, 70).
Y.Məmmədovun
da türk mənşəli toponimlərin tədqiqində böyük xidmətləri vardır. Belə ki,
onun «Orxon-Yenisey abidələrində adlar» sərlövhəli kitabı onovahidlərimizin, o
cümlədən də toponimlərimizin qədim layının öyrənilməsində və elmi ictimaiyyətə
çatdırılmasında mühüm rol oynayır. Ümumiyyətlə, Y.Məmmədov onovahidlər və onlar
arasında leksik-semantik əlaqə və onun xarakteri haqqında maraqlı mülahizələr
irəli sürmüşdür. O, yazır: «Mifoloji obraz, tanrı – toponim-etnonim-toponim
istiqamətində keçid, şübhəsiz, təsadüfi, səbəbsiz bir proses deyil. Bu, qədim
türklərin, o cümlədən azərbaycanlıların dünyagörüşü, həyata baxışı, milli
xarakteri ilə bağlı hadisədir. Belə ki, qədim türklər tapındıqları, sitayiş
etdikləri müqəddəslərə, tanrılara xüsusi qayğı əlaməti olaraq onların adını
uşaqlara vermişlər» (78, 290-293).
Y.Məmmədovdan sonra F.Xalıqov, İ.Bayramov, İ.Cəfərsoylu və digər tədqiqatçılar
həmin ideyanı daha da inkişaf etdirmişlər (56, 6; 19, 96; 25).
N.Məmmədov da Azərbaycan ərazisində qeydə alınan oronimləri
qruplaşdıraraq sistemləşdirir və ən əsası onlardan hansıların etnonim, hansıların
mifonim və hansıların təsviri mahiyyət daşıdığını izah edir (76, 54). Sistemli
şəkildə olmasa da, o, yeri gəldikcə bəzi oronimlərin (Şahdağ, Qiblə dağı, Talış dağları,
Babadağ və s.) etimologiyasına da toxunmuş və maraqlı nəticələrə gəlmişdir
(76, 68). Sözügedən əsərin təqdirə layiq cəhətlərindən biri də burada qeydə alınan
toponimlərin areal xüsusiyyətlərinin də izah edilməsidir. |
F.Xalıqov
elmi yaradıcılığa Mil-Qarabağ zonasının toponimlərinin tədqiqi ilə başlasa da,
onun araşdırmalarının mərkəzində folklor onomastikası dayanır. Müəllifin bu sahəyə
aid son dövrlər 2 kitabı və xeyli məqaləsi çap olunmuşdur. Onun kitabının
birinci hissəsi Azərbaycan folklorunda işlənən toponimlərin
linqvistik xüsusiyyətlərinin izahına həsr edilmişdir. «Folklor onomastikası»
adlanan 2-ci kitabda isə mifoloji onomastika, əsasən də toponimlər tədqiqata cəlb
olunur. Burada mifoloji toponimlər mənbələr - mif kateqoriyaları üzrə
araşdırılır. Dağ, od-işıq, ağac, quş və digər heyvanlarla bağlı mifoloji
onovahidlər struktur və tipoloji, eyni zamanda etimoloji cəhətdən təhlil süzgəcindən
keçirilir. Dədəgünəş, Ərgünəş, Günəşli, Göylər, Dağ Kəsəmən, Qayalı, Düyərli,
Ağacəri və s. toponimlərin qədim türklərin - azərbaycanlıların mifoloji
dünyagörüşü ilə bağlılığı nəzəri cəhətdən sübuta yetirilir (56, 67). Eyni
zamanda əsərdə folklor onomastikasının regionallıq məsələləri, onların məna və
məzmuna görə təsnifatı verilir və dəyərli nəticələr əldə olunur. Bu kitabda da əsas
elmi qənaətlərdən biri budur ki, toponimlərin mənşəyində əsasən etnonimlər,
onun da kökündə mifonimlər dayanır (57, 30-56).
Azərbaycan toponimlərinin tədqiqi tarixində mühüm hadisələrdən biri də
«Azərbaycan toponimləri» kitabıdır. Ensiklopedik nəşr sayılan həmin kitabda Azərbaycan
toponimləri əlifba sırası ilə verilir, onların mənşəyi, areal xüsusiyyətləri və
digər linqvistik cəhətlərindən danışılır (11, 584).Əsər sistemli bir mənbə kimi
olduqca dəyərlidir.
Azərbaycan
toponimlərinin regional xüsusiyyətlərinin tədqiq olunmasında A.Bayramovun da əməyi
az deyil. Onun Qərbi Azərbaycanın - indiki Ermənistanın Ağbaba, Pəmbək və Şörəyel
mahallarının yer-yurd adlarının araşdırılmasına həsr etdiyi kitabı diqqət çəkir.
O, həmin bölgələrin yer-yurd adlarmı tədqiqatçı məsuliyyəti ilə toplayaraq
qruplaşdırır, hətta ermənilər tərəfindən adı dəyişdirilən və yaxud dağıdılmış kəndlərin
admı mənbələr üzrə izah edir və həmin adları o yerlərin «damğası», «tarixin izləri»
adlandırır (17, 42). A.Bayramov belə bir mülahizə irəli sürür ki, «hər hansı
bir toponimin etimologiyasını izah etmək üçün mütləq həmin toponimin yerləşdiyi
ərazidə olmaq lazımdır. Əgər belə olmasa düzgün qənaətə gəlmək olmaz» (17, 8).
A.Bayramovun «Kitabı-Dədə Qorqud» və «Qafqaz» kitabı da Azərbaycan
toponimlərinin tarixi aspektdə öyrənilməsi üçün maraqlı vəsaitlərdəndir.
Kitabda «Kitabi-Dədə Qorqud» dastanlarında adları çəkilən Ağlağan
dağı, Ağqaya, Ağcaqala, Ağsaqa, Altuntaxt, Bayburt, Cımxlar, Dərbənd, Əlincə,
Gökçədağ, Qazılıq, Pəmbək, Şörəyel, Byandur, Buğac, Bükdür, Dədəli, Dirəklər,
Dondarlı, Doğan/Toğan, Düyər, Qavı, Qayı Qocalı, Qanlı, Qaraçuq və s. yer-yurd adlarının quruluş, məna və digər
linqvistik xüsusiyyətləri ilə yanaşı, onların Qafqazdakı izləri-arealları müəyyənləşdirilir
və bu toponimlərin türk mənşəli olduğu və
həmin yerlərdə tarixən türklərin yaşadığı əsaslandırılır (18, 123). Məlum olur
ki, «Kitabi-Dədə Qorqud» dastanlarında adı çəkilən coğrafi adların hamısı Azərbaycan
ərazisində ya tarixən mövcud olmuş, ya da mövcuddur.
İ.Bayramovun
da son dövrlər nəşr olunmuş kitabı Qərbi Azərbaycanın türk mənşəli toponimlərinin
tədqiqinə həsr olunmuşdur (19). Həmin kitab B.Budaqovla Q.Qeybullayevin
başladıqları işin davamıdır, ancaq burada Qərbi Azərbaycanın ən xırda
mikrotoponimləri də öz əksini izahmı tapmış və daha geniş şəkildə təhlil
olunmuşdur (19, 454).
İ.Bayramov
Qərbi Azərbaycanın türk mənşəli toponimlərini əsasən, sinxron planda işləmiş,
ancaq yeri gəldikcə ayrı-ayrı adların (Kəmərli, Keşişkənd, Kiçik Gilanlar, Herlıer, Təkəli,
İmirli, Dərələyəz, Qıpçaq, Qızqala, Qızılqoç və s.) etimologiyasına
toxunarkən tarixi materiallardan da istifadə etmişdir (19, 243-261).
Q.Kazımov
Azərbaycan dilinin tarixinə həsr etdiyi kitabında toponimlərimizin tarixi mənbələrdə işlənməsinə nəzər salır.
Şumer, Akkad və digər qədim mənbələrdə işlənmiş, Subar, Kimer, Turuki, Sak/Saka və s. toponimlərin
mənşəyi və etimoloji xasiyyətlərinə toxunur, onlardan həm də mənbə kimi istifadə
edərək qədim türklərin - azərbaycanlıların Şərqin ən qədim aborigen xalqı
olduğunu bir daha əsaslandırır (61, 284).
R.Əliyevanın
«Azərbaycan toponimləri» kitabında Azərbaycan toponimlərinin mənbələrdə işlənməsi,
Azərbaycanın yer adları, toponimlərin yaranmasında linqvistik əsaslar,
yaşayış məntəqəsi anlayışı ifadə edən coğrafi terminlərin toponim
yaradıcılığında yeri, müasir Azərbaycan toponimiyasında işlənməyən toponimlər
haqqında geniş danışılır. Eyni zamanda XVIII - XIX əsr rus və Avropa səyyahlarının
əsərlərində qeydə alınmış Azərbaycan toponimlərinin tarixi-linqvistik təhlilinə
həsr edilmiş bu kitabda 50-dək səyyahın yol qeydlərinə və gündəliklərinə müraciət
olunmuşdur (40, 35-161).
M.Çobanovun
«Azərbaycan toponimiyasının əsasları» əsərində Azərbaycan dilçiliyində toponimlər
sistemli şəkildə geniş təhlil edilir. Onların quruluş xüsusiyyətləri aydınlaşdırılır,
toponimlərin məna çalarları elmi faktlar əsasında izah olunur (31, 7-249).
Son
dövrlər Azərbaycan toponimiyasını zənginləşdirən bir sıra tədqiqat əsərləri və
ayrı-ayrı kitablar nəşr olunmuşdur ki, onların içərisində A.Bağırovun
«Naxçıvan MR-in toponimlərinin tarixi-linqvistik təhlili» (14), E.Abışovun
«El-oba adlarının izi ilə» (2), E.Əhmədovanın «Azərbaycan etnonimləri» (39)
kitablarını göstərmək olar.
I FƏSİL
KOSMOQONİK MİFLƏRLƏ
ƏLAQƏDAR TOPONİMLƏR
|
T
|
ürkdilli xalqların
yaşadığı ərazilərdə, o cümlədən Azərbaycanda qeydə alınan mifoloji toponimlərin
böyük bir hissəsi kosmoqonik miflərlə əlaqədar olaraq yaranmışdır.
«Bu
miflərin əksəriyyəti öz xarakterinə görə arxaik və etimoloji miflərə nisbətən
daha çox mərasimi olub kosmosun, xüsusilə onun bir sistemdə birləşən hissələrinin
mənşəyi haqqında məlumat verir. Bu mifoloji sistemdə kainatın, dünyanın
yaranmasının təsviri və şərhi ön planda durur» (94, 78).
Mifoloji
etnotoponimlərlə etnonimlər müəyyən dərəcədə əlaqədar olduğundan onlar dil
tarixi ilə bağlı qiymətli bir mənbə kimi xalqın
mifik təfəkkürünü və həmin miflərdə rüşeym şəklində yatan fəlsəfi-sosial düşüncə
tərzini özündə yaşadan sübut və fakt kimi dəyərlidir.
Türklərin
– azərbaycanlıların Şərqin, eyni zamanda da Qafqazın qədim, sivilizasiyalı,
özünəməxsus mədəni və qrammatik cəhətdən cilalanmış dilə malik bir xalqın qədimliyini
inkar edənlərə, onları gəlmə hesab edənlərə qarşı qoyulacaq ən tutarlı, təkzib
edilməz faktlardandır.
Mifoloji toponimlər. Mifoloji toponimlərin
etimologiyasını araşdırdıqca məlum olur ki, misirlilərin, şumerlərin, hindlilərin,
yunanların və digər qədim xalqların mifik dünyagörüşünün aparıcı olduğu dövrdə
- ibtidai icma dövründə keçdiyi bütün mərhələləri qədim türklər - azərbaycanlılar
da keçmişlər. Bunu miflərin strukturu və sistemliliyi və mifoloji obrazların -
varlıqların onomastik vahidlərdə inikası da sübut edir. Bir məsələni də qeyd
etmək lazımdır ki, türk xalqlarının mifik düşüncə tərzi, yəni mif süjetləri mərasimlərdə,
nağıl və dastanlarda, deyimlərdə və digər şifahi xalq ədəbiyyatı janrlarında
bir sistem kimi dövrümüzə qədər gəlib çatmışdır. Mifoloji toponimlər də
xalqımızın mifik dünyagörüşünü ən kamil və etibarlı şəkildə mühafizə edib, əsrdən-əsrə
ötürən mənbələrdəndir.
Mifologiya yunanca «mifos» və
«loqos» sözlərindən əmələ gəlmişdir, mənası, «rəvayət», «əfsanə», «nağıl», «dastan»,
«söz», «anlayış» kimi başa düşülür. Mifologiya ictimai inkişafın ilkin mərhələləri
üçün səciyyəvi olan dünyanı anlama üsulu, ictimai şüurun ilkin formasıdır. Elə
bir xalq yoxdur ki, onun özünəməxsus mifologiyası olmasın. Lakin dünyada türk
xalqları kimi elə xalq kökə söykənən əsas tiplər, əfsanələr, nağıl və dastanlara onlarda da
rast gələ bilərik. İlk vaxtlarda - insan sürüsünün çox inkişaf etmədiyi dövrdə
mifologiya ibtidai cəmiyyətin mənəvi həyatında mühüm yer tuturdu. Həmin cəmiyyətlərdə
mifologiya ictimai şüurun universal forma: kimi çıxış edirdi. Qədim yunanlar
allahlar və qəhrəmanlar haqqında yaranan əsərləri mifologiya adlandırırdılar
(98, 14).
A.F.Losev
mifologiya haqqında danışarkən yazır: «mifologiya ideal varlıq deyil, maddi
reallıqdır, hiss edilən, yaradılan gerçəklikdir» (116, 57).
İ.Zeynalov
mifoloji təfəkkürün formalarından bəhs edərkən onu dünyanın və bütünlükdə ətraf
aləmin mənəvi mənimsənilməsində - dərk olunmasında
xüsusi üsul adlandırır (104, 34-37).
Mifologiya
elə bir sahədir ki, ondan zaman-zaman ədəbiyyatşünaslar, sənətşünaslar,
filosoflar, dinşünaslar, etnoqraflar, tarixçilər və başqa elm sahəsində
çalışan insanlar ən müxtəlif səviyyələrdə bəhs etmişlər və hər zaman bu sahədə
problemlər istənilən qədər çox olmuşdur. Ən sadə dillə desək, mifologiya miflər
haqqında elmdir. Mif isə elə mətnlərdir ki, orada qədim insanların dünya və
insanlar: yaranışı haqqında fantaziyalı, bir az da primitiv təsəvvürləri öz əksi
tapmışdır.
Mif
bəşəriyyətin mənəvi mədəniyyətinin ilkin forması olaraq xalq fantaziyası kimi bədii şəkildə işlənmiş ictimai
formaları və təbiəti təmsil edir. Spesifik mifoloji məntiqin başlıca şərtləri
birinci o idi ki, ibtidai insan özünü ətraf, təbii və sosial mühitdən
ayırmırdı, ikincisi, təfəkkür bölünməzlik və qarşılıqlı cəhətlərini saxlayırdı
və hərəkət sahələrində emosional affektdən demək olar ki, ayrılmaz idi. Bunun nəticəsidir
ki, bütün miflərdə obrazların sadəlövhcəsinə insaniləşməsi, ümumi şəxsləndirmə,
təbii, sosial və mədəni obyektlərin «metaforik» müqayisəli qarşılaşdırılması
olmuşdur. Kosmosun qüvvə, xassə və fraqmentlərinin insanlaşdırılmış konkret
hissi obrazlar kimi ifadəsi maraqlı mifoloji fantastikanı doğurur. Müəyyən qüvvə
və qabiliyyətlər plastik olaraq çoxəllilik, çoxgözlülük və s. kimi ifadə oluna
bilərdi, zahiri simanın qəribə şəkildə transformasiyası, xəstəlik, müxtəlif
qüvvələr kimi, adamyeyənlər, kosmodünya ağacı, yaxud canlı nəhəng kimi, qəbilə,
tayfa əcdadları ilkin varlıqlar - zoomorf və antromorf təbiət qüvvələri
formasında ifadə olunurdu. Bu isə sosial qrupların heyvan növləri ilə eyniliyi
və qohumluğu haqqında totemik baxışları ifadə edirdi (41, 34). «Kitabi-Dədə
Qorqud» dastanında «Basatın Təpəgözü öldürdüyü» boyda Təpəgöz, pərilər və s. məhz
mifoloji obrazlardır.
Özü
də maraqlıdır ki, qədim sivilizasiyaya
malik olan xalqların hamısının mifləri biri-birinə çox oxşayır, yaxınlıq təşkil
edir. Elə bu uyğunluğu nəzərə alaraq tədqiqatçıların əksəriyyəti dünya
xalqlarının miflərini əsasən aşağıdakı kateqoriyalara bölürlər: Etimoloji miflər,
kosmoqonik miflər, antromorfik miflər, totemik miflər, qəhrəmanlıq mifləri və
s. (95, 86-87). Türk xalqlarının, eyni zamanda Azərbaycan xalqının mifləri də
həmin bölgü əsasında tədqiq olunur və onu da qeyd edək ki, yuxarıda göstərilən
bölgü nisbi olsa da, həm elmi, həm də metodoloji cəhətdən düzgündür.
Mifologiyanın
hər bir kateqoriyası haqqında ətraflı məlumatı növbəti fəsillərdə verəcəyik,
ancaq onu da qeyd etmək istəyirik ki, yuxarıda göstərilən mif qruplarının
hamısı Azərbaycan-türk xalqının mifoloji dünya görüşündə özünə məxsus şəkildə əksini
tapmışdır.
Azərbaycan
xalqının mifik təfəkküründən, mifoloji obrazlar sistemindən və onun məfkurəvi
siqlətindən bəhs edərkən A.Şükürov birinci növbədə Azərbaycan mifologiyasını
türk mifologiyası kontekstində götürür və onun dörd inkişaf mərhələsini qeyd
edir. Birinci mərhələ kimi müəllif, arxaik-totemistik
mərhələni göstərir ki, bu dövr üçün də öküz mifi daha mühüm yer tutur. İkinci mərhələni
isə, qurd görüşünün öküz mifizmi ilə çarpaz
qoşalaşması kimi xarakterizə edir. A.Şükürov Azərbaycan-türk mifologiyasının
üçüncü mərhələsini Zərdüştlüklə, dördüncü mərhələni isə islamla bağlayır (94,
21).
Həqiqətən
də yuxarıda göstərdiyimiz dörd mərhələnin dördü də Azərbaycan mifoloji
sistemində öz əksini tapmışdır. Bu ideya - konsepsiya əksər filosof və folklorşünas
tərəfindən qəbul edilməkdədir. Ancaq biz elə düşünürük ki, qeyd olunan dörd mərhələni
üç mərhələdə də əhatə etmək olar. Yəni arxaik-totemistik mərhələ, Zərdüştlüklə əlaqədar
olan mərhələ və nəhayət İslamla əlaqədar mərhələ.
Fikrimizcə,
birinci və ikinci mərhələnin mifləri bir-birinə çox qarışdığından onları bir mərhələdə vermək daha məqsədə müvafiqdir.
Mifologiya
Azərbaycan ədəbiyyatşünaslığının nisbətən az öyrənilən sahələrindəndir. Mifoloji
dünyagörüş elə bir xarakterə malikdir ki, xalqın bütövlükdə söz sənətinin, ruhi-mənəvi
aləminin, eyni zamanda qədimliyinin müəyyən olunmasında mühüm əhəmiyyət kəsb
edir. Təkcə onu qeyd etmək lazımdır ki, xalqımızın uzun əsirlik ədəbiyyatı-mənəvi
sərvəti mifologiyanın üzərində yüksəlib, ondan qidalanıb və qidalanır. Düzdür,
Azərbaycan-türk xalqının mifologiyasının tədqiq olunmasında, onun
tipoloji-struktural xarakteristikasının açılmasında təqdirə layiq və olduqca.
maraqlı elmi əsərlər yazılmışdır. Ancaq indiyə qədər mifologiyamız linqvistik
aspektdə demək olar ki, elmi şəkildə ətraflı tədqiqata cəlb olunmamışdır. Bu
sahədə M.Seyidov, Y.Məmmədov, M.Çobanov, F.Cəlilov, F.Xalıqov və digər tədqiqatçılar
müəyyən araşdırmalar aparsalar da, Azərbaycan mifologiyası linqvistik cəhətdən
sistemli tədqiq olunmamışdır. «Mifoloji dünyagörüşün linqvistik cəhətdən öyrənilməsi
qədim dünyagörüş və təfəkkürlə bağlı saysız-hesabsız leksik vahidlərin üzə
çıxarılmasına imkan yaradır. Bu vahidlərin geniş öyrənilməsi Azərbaycan və azərbaycanlılarla
bağlı bir sıra mühüm mifoloji anlamların düzgün dərk edilməsində əsas amilə
çevrilə bilir (56, 24).
Mifik
dünyagörüşlə bağlı onomastik vahidlərin Azərbaycan folklorşünaslığında işləklik
dairəsi də diqqəti cəlb edir. Onların ifadə etdikləri ayrı-ayrı mənalar, şifahi
xalq ədəbiyyatının müxtəlif janrlarında qeydə alınan variantları bu günə qədər
də tədqiq olunmamış, mifoloji təfəkkürümüzün dərindən öyrənilməsində bir
vasitə olduğu unudulmamışdır. Belə onomastik göstəricilərin tədqiqi Azərbaycan
xalqının etnogenezində yaxından iştirak edən qəbilə və tayfa birliklərinin ictimai-mifik
təfəkkürü ilə sıx bağlıdır.
Heç şübhəsiz, mifoloji obraz,
tanrı adı - toponim-etnonim-toponim istiqamətində keçid təsadüfi xarakter
daşımır. Bu qədim türklərin, o cümlədən azərbaycanlıların dünyagörüşü, həyata
baxışı, milli xarakteri ilə bağlı hadisədir. Belə ki, qədim türklər
tapındıqları, sitayiş etdikləri müqəddəslərə – tanrılara xüsusi qayğı əlaməti
olaraq onların adını uşaqlarına vermişlər (78, 290-293). Buradan da şəxs
adından etnonim, etnonimdən də toponimlər yaranmışdır. Həqiqətən də, azərbaycanlılarda
yuxarıda göstərdiyimiz xüsusiyyət müşahidə olunmuşdur. Fikrimizi əyaniləşdirmək
üçün təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanda İslam dini qəbul
olunduqdan sonra İslam müqəddəslərinə hörmət əlaməti olaraq VII əsrdən bu günə
qədər şəxs adlarımızın
böyük bir layını məhz həmin qrupdan olan adlar təşkil etməkdədir. Məs: Məhəmməd,
Əli, Hüseyn, Həsən, Mehdi, Fatma, Səkinə, Zəhra və s.
Qədim
türklərin – Azərbaycanlıların da mifoloji inamlarının mərkəzində dayanan
varlıqlara hörmət, ehtiram yuxarıda göstərdiyimiz tərzdə olmuşdur. Deməli, Y.Məmmədovun
irəli sürdüyü konsepsiya bütün hallarda özünü doğruldur. Və Azərbaycan dilində
qeydə alınan mifoloji toponimlərin hamısını nəzərdən keçirdikdə məlum olur ki, əslində
onlar vaxtilə toponim olmuşlar. Yəni, hal-hazırda dilimizdə mifoloji toponim
kimi səciyyələnən adlarımız ən qədim zamanlarda tanrı adı - mifoloji
obraz-toponim-etnonim-toponim istiqamətində inkişaf yolu keçmişdir.
Mifoloji
toponimlə toponim arasında bərabərlik işarəsi qoymaq olmasa da, əksər nümunələr
uyğunluq təşkil edir.
Azərbaycan dilində qeydə olunan mifoloji antropooykonimlər
və hidronimlərin mənşəyinə – etimologiyasına nəzər salanda məlum olur ki,
onların bir qismi kosmoqonik, bir qismi zoomorfik, digər bir qismi isə müxtəlif
mifoloji inamlarla əlaqədar yaranmışdır. Odur ki, biz də həmin uyğunluğu nəzərə
alıb, dilimizdə qeydə alınan mifoloji toponimləri mənşələrinə görə tədqiq etmək
qərarına gəldik.
GÜNƏŞLƏ ƏLAQƏDAR FORMALAŞAN MİFOLOJİ
KOSMOQONİK TOPONİMLƏR
Kosmoqonik
miflərin əsas cəhətlərindən biri təbiətlə insanın sıx əlaqədə götürülməsidir.
Burada ya insan dünya yaradılan elementdən düzəldilir, ya da kainat ilk insan bədənindən
yaradılır. Bu miflərdə xaosun kosmosa çevrilməsi xüsusi ilə aydın şəkildə ifadə
olunur. Onlarda bilavasitə kosmosun strukturu haqqında kosmoloji-astral təsəvvürlər
əks olunur (95, 18).
Kosmoqonik
miflərin strukturunda əsas yeri günəş və ay tutur. Həmin miflərdə Günəş və Ay mədəni
qəhrəmanlar, sevgililər, bacı, qardaş və bəzən də valideyn övlad kimi təqdim
olunur. Burada əsas məsələ ondan ibarətdir ki, kosmoqonik miflərdə Günəş və Ay əsasən
müqəddəs, fövqəltəbii varlıqlar kimi xarakterizə edilir. Sadə şəkildə desək,
onlar bir növ obrazlaşdırılır.
Qədim
insanlar Günəşin yaradıcı və Ayın məftunedici xüsusiyyətlərini primitiv də olsa
dərk etmişlər və bu dərk etməni müəyyən xarakterdə izah etməyə çalışmışlar. Elə
indinin özündə də Günəş türk xalqlarında və Azərbaycan xalqında işıq və istilik
mənbəyi kimi həyat verən müqəddəs varlıq hesab olunur. Hətta bəzən xalq
arasında kimi isə nəyəsə inandırmaq üçün «o gün haqqı», «o işıq haqqı» və s.
ifadələri işlənir.
Ay
isə xalq arasında zəriflik, incəlik, təmizlik və zülmət gecəni aydınladan bir
varlıq-obraz kimi səciyyələndirir. «Aydan arı, sudan duru» ifadəsi də Ayın
türk-Azərbaycan xalqında müqəddəsləşdirildiyini bir daha əsaslandırır. Günəşin
və Ayın türk xalqlarında kultlaşdırıldığını, müqəddəsləşdirildiyini göstərən
digər bir xüsusiyyət isə bu varlıqların şifahi xalq yaradıcılığı ilə yanaşı, həm
də yazılı ədəbiyyatımızda bu obrazların geniş işləklik dairəsinə malik
olmasıdır. Klassik Azərbaycan ədəbiyyatmı Günəş və Ayın semantikası əsasında
yaradılan epitet, metafora və digər məcazlarsız təsəvvür etmək olmaz.
Hal-hazırda
ən böyük türk xalqlarından olan atarlar Günəşə sitayiş edirlər. Qədim mənbələrin
verdiyi məlumata görə albanlar da Günəşə sitayiş edirdilər. Ancaq Günəş onlarda
Ay qədər önəm kəsb etmişdi. Hunlar isə elə hesab edirdilər ki, onların
hökmdarlarmı Günəş və Ay taxta çıxarmışdır (65, 210).
Bəzi
xalqlar Günəşə abidə qoyur, bəziləri məbəd tikirdilər. Türklər isə Günəşi
bayraqlarında təsvir edir və özlərini Günçü, Günlü, Günəşli və Gündeşli
adlandırırdılar (25, 63).
Bütün
bunları deməyə əsas verir ki, həm şifahi xalq yaradıcılığımızda, həm də yazılı ədəbiyyatımızdakı
Günəş və Ay obrazları təsadüfi olmayıb, məhz mifoloji köklərə malikdir.
Azərbaycan
ərazisində qeydə alınan toponimlərin böyük bir hissəsini tipoloji cəhətdən nəzərdən
keçirərkən məlum olur ki, mifoloji toponimlərin böyük bir layını məhz
kosmoqonik miflərlə - Günəş və Ayla əlaqədar olan toponimlər təşkil edir.
Günəş
mifoloji obrazı ilə əlaqədar mifotoponimlər burada həm say etibarı ilə, həm də
işlənmə areallarının genişliyi ilə diqqəti cəlb edir.
Günəşli – Dəvəçi, Xaçmaz, Beyləqan, Xocavənd, Şəmkir, Bakı, Qərbi Azərbaycanın
Basar-Keçər və Noyemberyan rayonlarında kənd və qəsəbə adı (11, 330-331). İstər
Qərbi Azərbaycanda, istərsə də regionlarımızdakı digər Günəşli adı ilə adlanan
yer-yurd adlarmı xarakterizə edərkən heç şübhəsiz mifologiya yada düşür ki, bu
da xalqımızın Günəşi özləri üçün rəmzləşdirməsi və müqəddəsləşdirməsi ilə əlaqələnir.
Günlü – 1590-cı ildə İrəvan əyalətinin Zar nahiyəsində kənd adı kimi qeyd
olunur (14, 192). Hal-hazırda isə həmin kəndin xarabalıqları qalmışdır (60,
74). Heç şübhəsiz, bu toponim də Günəşli tayfasının adı ilə bağlıdır. Azərbaycan
dilində Günəşin Gün variantı - sinonimi də olduğundan belə adlandırılmışdır.
Günnüt – Şərur rayonunda (Nax. M.R.) kənd. Şərur düzündədir. Keçmiş adı
Günnüt Cəfərli. Yaşayış məntəqəsini Cəfərli nəsli Günnüt adlı yerdə saldığı
üçün belə adlanmışdır. Günnüt sözünü ehtimal şəklində «güney, gün düşən yer»
kimi mənalandırırlar (11, 331). Naxçıvan MR-ın Şərur rayonunda yerləşən Günnüt
kəndinin yeri heç də deyildiyi kimi güney deyil. Yəni, bu adın coğrafi cəhətdən
Günnüt adlandırılması inandırıcı görünmür. Bizim fikrimizcə Günnüt adı da mənşə
etibarı ilə Azərbaycanlıların kosmoqonik-mifik dünyagörüşü ilə bağlıdır.
Ərgünəş – Xocavənd və Füzuli rayonları ərazisində dağ. Oronimin tərkibindəki
«ər» komponentini müxtəlif şəkildə yozanlar var. Bəzilərinə görə, bu komponent
türk dillərində «gədik» mənasında işlənən ar sözü ilə bağlıdır (11, 213). Bu
mülahizə həqiqətə uyğun görünmür. Çünki, türk dillərinin heç birində ar//ər
tipli dəyişməyə rast gəlmirik. Düşünürük ki, Ərgünəş toponimi mifik təfəkkürümüzlə
əlaqədardır və burada «ər» igid, cəsur mənasındadır. Qədim türklər – azərbaycanlılar
Günəşi obrazlaşdıranda mifik təfəkkürə uyğun olaraq ona ər kimi müraciət etmişlər.
Ərgünəş sözündə həm də Günəşə bir ehtiram, hörmət də ifadə olunmuşdur. Xocavənd
və Füzuli rayonlarında yerləşən Ərgünəş dağı «əzəmət», «ucalıq» rəmzi kimi
yerli camaat tərəfindən mənalandırılır.
Dədəgünəş – Şamaxı rayonunda kənd adı və pir adı. Rəvayətə görə kəndin adı
pirin adından götürülmüşdür. Dədəgünəş türbəsi 1602-1603 illərdə tikilmişdir.
Türbənin kitabəsinə görə orada Dədə-günəş (Əfzələddin Xaqaninin əmisinin ləqəbi)
nəslindən Şeyx Dədə Qulunun oğlu Şeyx Məhəmməd dəfn olunmuşdur. Rəvayətə görə,
Dədəgünəş quduzluğa tutulmuş xəstələri müalicə etdiyinə görə vəfatından sonra
türbəsi müqəddəsləşdirilmişdir (11, 189-190).
Dədəgünəş
adı rəvayətdən də göründüyü kimi, Şeyx Məhəmmədə yaxşı əməllərinə görə sonradan
verilmişdir. Burada «dədə» sözü azərbaycanlılarda lap qədimdən olduğu kimi
müdrikliyə, ağsaqqallığa, böyüklüyə görə verilibsə, Günəş isə mifologiyamızdan
gələn bir məsələdir ki, bu da hardasa şəfa vericiliyi, həyat vericiliyi ifadə
edir. Deməli, Dədəgünəş toponimi mifoloji mahiyyət daşıyır. Türk xalqlarının
müdriklik simvolu olan Qorqud babaya da «dədə» şəklində sonradan müraciət
olunmuşdur.
Günəvşa – Siyəzən rayonunda kənd. Dağlıq ərazidədir.
Kəndin adı Günəşə şəklində tələffüz olunur. «Azərbaycan toponimləri»
(ensiklopedik lüğət) kitabında Günəvşa toponimindən danışarkən qeyd olunur
ki, toponim tat dilindəki «kun» (dib, alt) və «üşə» (meşə) sözlərindən ibarət olub,
meşənin ətəyi, dibi «mənasındadır» (11, 330).
Həmin
toponimin yuxarıda göstərilən kimi izahı doğru sayıla bilməz. Çünki Günəvşa kəndində
əsasən türklər – azərbaycanlılar yaşayır və bir də bu sözün kun və üşə hissələrinə parçalanması məntiqi görünmür. Ona görə ki, Günəvşa
sözü kün və üşə hissələrinə parçalandıqda «v» və «ə» səslərinin taleyi naməlum
qalır. Göstərilən kimi, sözlərin birləşib yeni söz yaratması da Azərbaycan
dilinin səs qanunauyğunluqlarına müvafiq deyil. Ehtimal ki, Günəvşa toponimi
yerli əhalinin də tələffüz etdiyi kimi Günəşə sözü ilə əlaqədardır. Bır də ki,
Günəvşa adının tat dili materialları ilə izahı kəndin coğrafi quruluşu ilə də
ziddiyyət təşkil edir.
Gündə – İrəvan quberniyasının Sürməli qəzasında
kənd adı (60, 34). XIX əsrin sonlarından bu kəndin adı mənbələrdə çəkilmir.
B.Budaqov, Q.Qeybullayev, İ.Bayramov, A.Bayramov, H.Mirzəyev və başqa tədqiqatçılar
Gündə adını çəkməklə kifayətlənirlər, bu kəndin adının mənşəyi və digər
xüsusiyyətləri haqqında isə heç bir məlumat vermirlər (21, 210; 19, 301; 17,
99; 85, 43). Düzdür, Gündə kəndi XX əsrin əvvəllərində ermənilər tərəfindən
dağıdılıb, ancaq faktlar göstərir ki, həmin kənd qədim yaşayış məskəni
olmuşdur və əhalisi ancaq azərbaycanlılardan ibarət olmuşdur. Gündə toponimi mənşəcə
qədim türklərin kosmoqonik inamları – Günəşlə əlaqədardır.
Gündoğmuş – 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin
nahiyəsində kənd adı (60, 47). Bu kəndin adı İrəvan şəhərinin icmal dəftərində
çəkilir və sonrakı mənbələrdə isə onun xarabalıqlarının qaldığı qeyd olunur.
Gündoğmuş derivatlı toponimə respublikamızın digər ərazilərində rast gəlinmir.
Gündoğmuş toponiminin gün və doğmuş sözlərindən əmələ gəlməsi göz
qabağındadır və qədim azərbaycanlıların mifik təfəkkürü ilə əlaqədar olaraq
meydana gəldiyi güman olunur.
Günəş – Tiflis quberniyasının Soru-Borçalı qəzasında,
indiki Borana (Noemberyan) rayonu ərazisində qışlaq, Lənbəli kəndinin
yaxınlığında, rayonun Lənbəli kəndi ilə Körpülü kəndinin ortasında yerləşir.
1930-cu ildə kənd ləğv olunmuşdur (21, 327).
S.Ataniyazov Günəş sözü ilə əlaqədar
olan toponimləri etnonim mənşəli hesab edir və həmin adları Günəş tayfası ilə
bağlayır (108. 61). Biz də S.Ataniyazovun fikri ilə razılaşırıq, ancaq bir məsələ
var ki, Günəş etnonimi qədim dövr mifoloji toponimlərindən biri kimi öncə
mifoloji obraz olan tanrı adı – etnonim-toponim istiqamətində inkişaf prosesi
keçmişdir.
Gun-Kobi – İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı. Mənbələrin
məlumatına görə bu kənd XX əsrin əvvəllərinə qədər mövcud olmuşdur (21, 327).
Azərbaycan toponimlərindən bəhs edən tədqiqat əsərlərində Gun-Kobi toponimi
haqqında heç bir məlumat verilmir. Yalnız həmin kəndin adı «Ermənistanda Azərbaycan
mənşəli toponimlərin izahlı lüğəti»ndə qeyd olunur. Araşdırmalardan belə qənaətə
gəlmək olar ki, Gün-Kobi toponimi azərbaycanlıların kosmoqonik-astral miflərilə
əlaqədardır. Burada Gün Günəşi bildirir, Kobi isə bizə görə, Karpiqala - «möhkəmləndirilmiş
yer» mənalarını ifadə edir ki, bu da «Günəşin istehkamı», «sığındığı yer»
anlamlarmı ifadə edir.
İ.Bayramov
Karpi toponimindən bəhs edərkən bu adın qədim türklərdə «şəhər», «qala» mənalarını
bildirdiyini yazır və həmin adın relyef əsasında yarandığını qeyd edir (19,
376).
Günəbaxan – Gədəbəy
rayonu ərazisində dağ. Şahdağ silsiləsindədir. Oronim günəbaxan bitkisinin
adı ilə bağlı deyildir. Bir fikrə görə
dağın üzü günəşə baxdığı üçün belə adlandırılmışdır (11, 330).
Başqa
bir mənbəyə görə isə, toponim körpə quzuları saxlamaq üçün qazılan xüsusi yer
- günəbaxan sözü ilə bağlıdır (115, 72).
Yuxarıda
göstərilən fikirlərin heç biri Günəbaxan toponiminin mahiyyətini açmaq yönündə
o qədər də inandırıcı görünmür. Bu oronimi mənşəcə günəşə inamla əlaqələndirmək
məqsədə müvafiq olardı. Belə ki, qədim türklərdə – azərbaycanlılarda Günəş də
kultlaşdırılmış bir varlıqdır, dağ da. Günəbaxan oroniminin etimologiyası «daima
günəşin həsrətin çəkən», «onun yolunu gözləyən» kimi izah oluna bilər.
Araşdırmalar
göstərir ki, Azərbaycanda qeydə alınan və vaxtı ilə qeydə alınmış toponimlərin
müəyyən bir qrupunu Günəşə inamla bağlı adlar təşkil edir. Həmin adlar müasir səviyyədə
ayrı-ayrı tədqiqatçılar tərəfindən etnotoponim və başqa şəkildə izah olunsalar da,
onların qədim türklərin kosmoqonik-mifoloji görüşləri ilə bağlılığı nəzərdən
qaçırılmamalıdır. Sadəcə həmin
toponimlərdə mifologiya ilə bağlılıq o qədər qədimə gedib çıxır ki, onu tutarlı
faktlarla əsaslandırmaq müəyyən çətinliklər törədir. Günəşə olan inam, hörmətlə
bağlı mifoloji toponimlərin bəziləri Günəşlə birbaşa bağlıdırsa, (Günəş, Günəşə,
Günəşli və s.) digər bir qrupu isə Günəş məfhumu ilə dolayısı ilə əlaqələnmişdir.
Günəvşa, Ərgünəş, Dədəgünəş, Gün Kobi və s.
AY MİFOLOJİ OBRAZI İLƏ ƏLAQƏDAR
TOPONİMLƏR
Azərbaycanda
qeydə alınan kosmoqonik miflərlə bağlı toponimlərin böyük bir laymı Ayla əlaqədar
mifik toponimlər təşkil edir. Ay kosmoqonik miflərdə Günəşlə bağlı əsas mifik
obrazlardan biridir. O, bəzən qəhrəman, bəzən Günəşin sevgilisi, bəzən də qədim
türklərin dualistik miflərinin əsas qəhrəmanlarındandır. Ay qədim türklərdə-azərbaycanlılarda
təmizlik, xəfiflik, ismətlilik obrazı kimi artıq formalaşmışdır ki, bu da
mifologiyadan gələn bir məsələdir. Burada bizim üçün məsələnin fəlsəfi və ədəbi
tərəfindən daha çox Ay mifoloji obrazının onomastik vahidlərdə, xüsusən də
toponimlərdə necə əks olunması maraq doğurur.
Aygünlü – Dəvəçi rayonunda kənd.
Baş Qafqaz silsiləsinin
ətəyindədir. XIX əsrdə Aygünlü Kəngərli adlanırdı. Həmin əsrin ortalarında
Aygünlü, Burbur (Borbor), Kəngərli, Molla Kamallı, Obey Məhəmməd, Hacı Bəbir və
Ağamirzə obası adlı kiçik məntəqələr birləşərək üç böyük kənd icması əmələ gətirmişdir.
Aygünlü Kəngərli, Burbur, Molla Kamallı və Burbur, Aygünlü və Kəngərli kəndləri
birləşdiyinə görə Aygünlü-Kəngərli adlanırdı. Sonralar toponimin
tərkibindən Kəngərli komponenti düşmüşdür. Bəzi tədqiqatçıların fikrincə, kəndin
adı Aygünlü nəslinin adı ilə bağlıdır (11, 30). Həmin nəsil (Aygünlü) adı isə mənşəcə
azərbaycanlıların qədim mifik təfəkkürü ilə, Aya və Günə inamları ilə əlaqədardır.
Aygünlü toponimində Ay və Günün – iki əks qüvvənin qoşa – birlikdə verilməsi qədim
türklərin dual təfəkkürü ilə bağlıdır ki, bu da özlüyündə əksliklərin vəhdətinə
və mübarizəsinə əsaslanır. Aygünlü toponimi quruluşca mürəkkəbdir, Ay və Gün
sözlərindən və -lü şəkilçisindən
ibarətdir.
Ayrım – Azərbaycanın kiçik
Qafqaz ərazisi və Qərbi Azərbaycanın, eyni zamanda Türkiyənin bir hissəsinin
adı. Kəlbəcər rayonunda Tərtər çayının bir qolu və Noyemberyan (İndiki Ermənistanın)
rayonunda kənd adı (60, 27).
Kiçik Qafqaz və Qazax bölgəsində məskunlaşmış ayrımlar Quşçu Ayrım,
Aşağı Ayrım, Bağanis Ayrım, Dadanis Ayrım, Polad Ayrım və s. kəndlərdə
yaşayırlar.
Ayrımın
etnonim olması heç kəsdə şübhə doğurmur. Ancaq bu ad haqqında tədqiqatçılar
arasında çoxlu fikir müxtəlifliyi vardır.
A.Bakıxanova
görə, Əmir Teymur 1402-ci ildə Ankara vuruşmasından sonra 50 min türk ailəsini
İrəvanda, Qarabağda və Gəncədə yerləşdirmişdi. Ehtimal ki, bu ellər sonra Ay
rum (El-Rum adının təhrifi) adlanmışdır (109, 32). İ.Şopenə görə, Türkiyədə
İkonim sultanlığı ləğv edildikdən sonra türklərin bir hissəsi Ərməniyyəyə keçərək
Ayrumlu (631 ailə), Seyid Axsalı (311 ailə), Taşanlı (124 ailə) və Saatlı (160
ailə) adları ilə yaşamışlar (122, 241).
Ermənistanın
Tumanyan rayonunda da Ayrım adında bir kənd olmuşdur (60, 21).
M.Seyidov
Ayrım adının etimologiyasından bəhs edərkən yazır: «bizcə, Ayrım etnonimi,
soy, qəbilə birləşməsi adı «ay» və «rım» tərkiblərindən yaranmışdır. Ay hissəsi
qədim türklərdə ilk başlanğıc, tanrı, ulu-baba mənalarındadır, rım isə müasir
kazan, kaybal, icbed, qırğız, teluet, şor, saqay və başqa dillərdə qabaqcadan xəbər
verən, peyğəmbərlik, qabaqcadan pis, yaxşı xəbər vermək anlamlarını verir (90, 79).
A.Qurbanov
M.Seyidovun Ayrım etnonimi haqqında söylədiyi fikri qəbul etməyərək yazır:
«fikrimizcə, «Ayrım» etnonimini «ayrılmaq» feli ilə bağlamaq daha ağıla
batandır. Çünki, Ayrım adı ilə tanınan tayfalar hazırda, əsasən ucqar dağ
rayonlarında yaşayırlar. Ehtimal ki, onlar vaxtilə aranda yaşayan tayfa, qəbilə
birləşməsindən ayrılıb o yerlərdə məskən salmışlar (72, 204).
Azərbaycan
xalqının soykökündə iştirak etmiş qədim oğuz tayfalarından biri olan ayrımların
etnik tarixi tarixşünaslıqda mübahisəli məsələlərdən sayılır. İndiyədək bu
istiqamətdə sanballı araşdırmalar aparılmamışdır. Bu barədə Əsgər Quliyevin
«Ayrımlar haqqında» məqaləsi daha maraqlıdır. O, bu haqda olan fikirləri tənqidi
şəkildə nəzərdən keçirir və qeyd edir ki, ayrımların sistemli öyrənilməsi
yolunda Azərbaycanı Öyrənən Cəmiyyət (1923-1929) böyük işlər görmüşdür. 1927-ci
ildə Cəmiyyətin tapşırığı ilə Q.Qaraqaşlı ayrımların etnoqrafiyasını ətraflı
öyrənmiş, bu haqda həm Bakıda, həm də Leninqradda məruzə etmiş, sonralar həmin
araşdırma ayrıca çap olunmuşdur. Qaraqaşlının fikrincə, «ayrımlar bütün əlamətlərinə
görə türk mənşəlidir. ... onların dili türkcədir» (К.Карашлы. Об айрымах –
Известия ООИА. Баку, 1929, №8, стр.2, s.29-30). Əsgər Quliyevin maraqlı bir
fikrini qeyd etmək istərdik. O, yazır: «Ayrımların mənşəyini öyrənmək üçün ən dəyərli
tutarğalar içərimizdə onların mifologiyası, folkloru, etnoqrafik ənənələri,
maddi mədəniyyət örnəkləri, antropoloji, arxeoloji, onomastik, linqvistik
faktları qeyd etmək olar. Bəri başdan deyək ki, ayrımların nə mifologiyası, nə
də folkloru indiyədək toplanıb araşdırılmamışdır» (66, 201-210).
Ayrım
adını «aya sitayiş etmək», «ayı ram etmək» mənalarında da izah edənlər
vardır. Ancaq biz bütün mülahizələri nəzərə alaraq belə hesab edirik ki, Ayrım adı haqqında
M.Seyidovun fikri daha ağlabatandır. Yəni, Ayrım etnoniminin mənşəyi - kökü qədim
türklərin mifoloji dünyagörüşü, kosmoqonik təsəvvürləri ilə əlaqədardır. Ayın astral-kosmoqonik
mahiyyəti ilə bağlıdır.
Aydınlı – Eçmiədzin
rayonunda kənd adı. 1918-1919-cu illərdə əhalisi qovulmuş və Türkiyədən gələn
ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Senuqs adlandırılmışdır. Orta əsrlərdə Akadduda yaşamış Yeryük
tayfa birləşməsinin Aydınlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır
(21, 115). Bildiyimiz kimi Aydın Ay işığı nəticəsində gecənin işıqlanmasını
bildirir. Həmin məfhum şəxs adına keçmiş, sonra isə etnonim və toponim istiqaməti
üzrə inkişaf etmişdir. Deməli, Aydınlı adının etimologiyası ən qədim zamanlarda
mifonimə gedib çıxır. Aydınlı adında toponim hal-hazırda Türkiyə Cümhuriyyətinin
müxtəlif regionlarında mövcuddur. A.Bayramov bu adın Bolqarıstan, Krım və s.
areallarını da müəyyənləşdirmişdir.
Aydoğmuş – 1728-ci ildə İrəvan əyalətinin Şirakel (Şörəyel) nahiyəsində kənd
adı (60, 135). Hal-hazırda isə həmin kənd ermənilər tərəfindən dağıdılmışdır.
Aydoğmuş toponimi mürəkkəb söz olub «Ay» və «doğmuş» komponentlərindən ibarətdir.
Bu toponimin də Aya inamla bağlı olması heç kimdə şübhə doğurmur. Burada Ayın
doğmağı kosmoqoniya ilə bir başa bağlı olan məsələdir.
Qaşqa – Qərbi Azərbaycanın
Vedi rayonu ərazisində kənd adı 1948-ci ildə
Qaşqa adı ermənilər tərəfindən dəyişdirilərək Vardaşat qoyulmuşdur (21, 198;
42, 115).
XIX
əsrə aid rus mənbələrində kəndin adı Kaşka kimi qeyd olunur (122, 642).
F.Əliyev Qaşqa toponimini qaşqayların adı ilə əlaqələndirir və səs düşümü nəticəsində həmin toponimin Qaşqay -
Qaşqa formasına düşdüyünü yazır (42, 115).
Demək olar ki, bütün mənbələr Qaşqa toponiminin qaşqaylarla əlaqədar
olduğunu təsdiq edir. Ancaq Qaşqay adı haqqında bir neçə əsər yazılsa da,
yalnız onlardan M.Seyidovun mülahizələri daha ağıla batandır. Çünki digər müəlliflər
Qaşqay admı Qaşqa və «y» hissələrinə bölüb, izah etdikləri halda, o, həmin
toponimin «Qaşqa» və «ay» hissələrindən əmələ gəldiyini göstərir və eyni
zamanda qaşqanın, «yandırmaq», «alovlandırmaq», «işıq vermək» mənalarında
olduğunu qeyd edir (27, 81-83; 19, 74).
Deməli,
Qaşqa toponimi Qaşqay etnoniminin fonetik variantıdır və bu toponim də qədim
türk mifoloji dünyagörüşü ilə dolayı yolla əlaqədardır. Göründüyü kimi, Qaşqa
toponimi teonim-etnonim-toponim istiqamətində inkişaf xətti keçmişdir.
GÖY MİFOLOJİ OBRAZI İLƏ ƏLAQƏDAR
MİFOLOJİ TOPONİMLƏR
İslamaqədərki
ulu əcdadlarımızın əsas inancı Göy Tanrıya ünvanlanmışdır. Bu baxımdan Göy
Tanrı inancı ətrafında təşəkkül tapmış monoteist dini, yalnız Göy Tanrı dini
kimi səciyyələndirmək mümkündür. Göy üzünün sonsuzluğu, dərinliyi Göy tanrıda cəmlənmiş,
onda ehtiva olunmuşdur. Qədim türklər Göy Tanrının şəklini çəkməmiş, heykəlini
düzəltməmişlər, Ulu Tanrının - Göy Tanrının ucalığını dərk edərək, ona səcdə
etmişlər. Bu da Göy mifoloji obrazının astral-kosmoqonik xarakterinin müəyyənləşməsini
şərtləndirir.
Q.Məşədiyev
yazır: «Gəncədə bir sıra hidrotoponimlər vardır ki, artıq bunların bir çoxu son
dövrdə məhv olub getmiş, onların adları xalqın hafizəsində saxlanılmışdır (82,
94-95). Xalqın uzaq keçmişindən xəbər verən bu adlardan biri («Bu şərəfli cənnət
bağçası»), «Göy imam» adı ilə tanınan məqbərədir.
«Göy
imam» məqbərəsinin tikilməsi Hicri ilə 120-ci miladi ilə 737-638-ci
illərə təsadüf edir. Məqbərədə ərəb dilində yazılmış bir kitabə mühafizə
olunur. Həmin kitabə onun tikilmə tarixi və ciddiyyəti haqqında yazı vardır. Ərəb
dilində bu yazının məzmunu aşağıdakılardan ibarətdir: «Bu şərəfli cənnət
bağçası 120 il babasının - ona salam olsun - hicrətindən sonra vəfat etmiş İmam
Məhəmməd Bağır oğlu - ona salam olsun. Mövlana İbrahimin türbəsidir. Türbənin
dağılan yerləri 1878-ci ildə general İsrafil bəy Yadigarzadə tərəfindən təmir
olunmuşdur».
Müxtəlif
mənbələrdə bu məqbərənin İbrahimə yox, monqolların əlində həlak olmuş Xosrov
adlı başqa bir şəxsə aid olduğu barədə natamam və yanlış məlumatlar da verilmişdir.
Göylər – Şamaxı rayonunun Göylər inzibati ərazi vahidliyində iki kənd. Kəndlərdən
biri dağətəyi ərazidə yerləşdiyi üçün Göylərdağ, digəri isə Şirvan düzündə yerləşdiyi
üçün Göylərçöl adlanır. Hər iki kəndin adı Səlcuq oğuzlarının «göglər» qolunun
admı əks etdirir. (11, 325). Gəylərdağ – dağlıq ərazidə yaşayan insanların
yaşayış yeri, Göylərçöl isə düzənlikdə, çöldə yaşayan göylər tayfasından
olanların yaşadığı yer. Bildiyimiz kimi ta qədimlərdən türklər Göyə – Səmaya
müqəddəs varlıq kimi baxmışlar, onu hətta tarının özü kimi qiymətləndirmişlər.
Heç də təsadüfi deyil ki, türklər qədimdə ilk öncə Göytürklər adlanmışlar.
Dünya türklərinin rəmzinə çevrilən «göy» rəngi də məhz həmin türklərin müqəddəs
hesab etdikləri Göy qübbəsinin rəngi ilə adlandırılmışdır.
«Oğuznamə»lərin
uyğur versiyasının birində deyilir: «Yenə günlərdən bir gün Oğuz xaqan bir yerdə
Göy tanrısına tapındı. Qaranlıq düşdü. Göydən bir göy şüa düşdü. Günəşdən
işıqlı, aydan parlaq idi. Oğuz xaqan yüyürdü, gördü bu şüanın arasında bir qız
var, tək oturubdur» (88, 46).
Göründüyü
kimi, yuxarıdakı sitatda Göy tanrı və göydən enən qız göy şüa şəklində ifadə
olunmuşdur ki, bu da Göyün qədim türklərdə müqəddəs hesab olunması ilə əlaqədardır.
Heç də təsadüfi deyildir ki, Oğuzun 6 oğlundan birinin adı da Göy xan idi.
Orxon-Yenisey
abidələrində də Göy tanrı kimi, müqəddəs hesab olunur. Məsələn, «Yuxarıda Göy
tanrı aşağıda qonur torpaq yarandıqda, ikisi arasında insan oğlu yaranmış (96,
139).
Deməli,
Göyü müqəddəs hesab edən qədim türklər onun adını öz övladlarına vermişlər və
buradan da etnonim və toponimlər yaranmışdır.
Göründüyü
kimi, Göylər toponiminin adı qədim azərbaycanlıların mifoloji dünyagörüşü ilə əlaqələnir.
Yəni burada Göy elementi tanrıçılığa gedib çıxır ki, bu da mifologiya ilə sıx
bağlıdır.
Göyərcik – Qubadlı rayonunda kənd. Bərgüşad silsiləsinin
yamacındadır. Bəziləri toponimin göylük, yaşıllıq, otluq mənası ilə bağlı
olduğunu izah edirlər. Digərləri isə onu kürd dilindəki kuvər (arxac) sözü ilə əlaqələndirib
(-cik Azərbaycan dilində kiçilmə şəkilçisidir) «kiçik arxac» kimi yozurlar.
Toponimi türk dilli kürəcik etnonimi ilə əlaqələndirənlər
də var (11, 324). Fikrimizcə, yuxarıda göstərilən
mülahizələrin heç biri ağlabatan deyil. Ehtimal ki, Göyərcik toponimi «Göy», «ər»
və «-cik» komponentlərindən ibarətdir və «Göylər tayfasının məskunlaşdığı yer»
mənasındadır. Bu da öz növbəsində qədim türklərin kosmoqonik inamları ilə
bağlıdır.
Göydəlləkli – Ağsu rayonunda kənd. Şirvan düzündədir.
Kəndin adı göy («yaşıllıq» mənasındadır) sözündən və dəlləkli (ərəb şamlı
tayfasının tirələrindən birinin adı) etnonimindən ibarətdir.
Mülahizəyə görə keçmişdə eyni adlı Dəlləkli kəndindən fərqlənmək üçün
həmin toponimə göy komponentini əlavə etmişlər (80, 117).
Ancaq
faktlar heç də yuxarıdakı mülahizənin doğruluğunu tədqiq etmir. Çünki Göydəlləkli
kəndinin salındığı yer yaşıllıq deyil. Ola bilsin ki. Göydəlləkli kəndi Göglər
və Dəlləkli tayfa adlarının birləşməsindən əmələ
gəlmişdir ki, bu da azərbaycanlıların «göy»ü müqəddəs hesab etmələri ilə əlaqədardır.
Göynük – Şəki rayonunda iki
kəndin adı. Aşağı Göynük və Yuxarı Göynük. Şəki rayonunun ən məşhur və böyük kəndlərindən
olan Aşağı və Yuxarı Göynük kəndlərinin etimologiyası demək olar ki,
araşdırılmamışdır. Mənbələrə (112, 46) əsaslanaraq demək olar ki, Göynük
toponimi «göy» və «-lük» komponentlərindən ibarətdir və quruluşca düzəltmədir.
Həmin toponimdə «göy» məfhumu yerin - ərazinin yaşıllığını deyil, təmizliyini,
saflığını ifadə edir ki, bu da «göy» sözünün mifoloji anlamından doğan məsələdir.
-lük şəkilçisi isə adlardan ad düzəldən leksik şəkilçidir ki, Göynük
toponimində «ı» saiti «n» samiti ilə əvəz olunmuşdur.
Ümumiyyətlə,
göy sözü Azərbaycan dilində bir neçə müxtəlif məna çalarlığı bildirir. Göy
sözündən söhbət açan T.Əhmədov, Q.Qeybullayev, N.Əsgərov və başqa tədqiqatçılar
bu morfemin əsasən iki mənasını – səma, göy qübbəsinin rəngi kimi mavi və çəmənlik,
otluq yerləri ifadə etməsini qeyd etmişlər. Yuxarıda adları çəkilən müəlliflərin
əksəriyyəti «göy» morfeminin birinci olaraq səma ilə
bağlılığını əsaslandırmışlar (114, 61; 34, 46; 115, 71; 48, 273).
N.Əsgərov
isə «Göy komponentli Azərbaycan hidronimləri» məqaləsində Göy göl, Göy nohur,
Göy çay, Göytəpə çayı, Göy bulaq, Göy göl çay və s. toponimlərin mənşəyini-etimologiyasını
araşdırmış və belə bir qənaətə gəlmişdir ki, «göy sözü su obyektlərinin
adlarında göl, çay, bulağın və s. duruluğunu, təmizliyini,
şəffaflığını bildirməyə xidmət edir» (48, 272-274).
Yuxarıdakı
fikri əsas götürərək demək olar ki, Göyçay,
Göy nohur, Göytəpə çay, Göy göl çay, Göy bulaq toponimləri qədim Azərbaycan
türklərinin mifik təfəkkürü ilə səsləşir.
Göy su – İrəvan
quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda
kənd (60, 113).
İ.Bayramov
Göy su toponimini izah edərkən yazır ki, «toponim rəng bildirən göy sözü ilə qədim
türk dilində «çay» mənasında işlənən su sözünün birləşməsindən əmələ gəlmişdir.
Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir» (19, 431).
Bizə
görə Göy
su toponimi «göy çay» mənasını deyil, «təmiz, şəffaf su» mənasını ifadə edir. Qərbi
Azərbaycanda yerləşən Göyçə, Göy çay və digər toponimlər də göy rəngi ilə yox,
təmizlik duruluq mənaları ifadə edən «göy» sözü ilə əlaqədardır. Bu da həmin toponimlərin
mifoloji köklərlə bağlılığını sübut edir.
Göydağ – Ağbabada, Türkiyə sərhədlərində olan
bu dağ bəzi mənbələrdə Kökçədağ kimi xatırlanır və «Kitabi-Dədə Qorqud»
dastanındakı Kökcə dağla lakolizə edilir.
İ.Bayramov «Göy dağ» oronimindəki göy komponentinin rəng bildirməsini qeyd edərək, həmin toponimi
təsviri oronim hesab edir (19, 427-428).
Digər ədəbiyyatlarda da Göy komponentli Qərbi Azərbaycan toponimlərində göy sözü rəng bildirən element
kimi izah olunur (19, 429).
Zənnimizcə,
qədim Quqar Kögər ölkəsinin sərhədlərində olan, daha doğrusu, ərazisində olan
bu dağ adı etnonim mənşəlidir. Çünki əgər biz həmin oronimi təsviri oronim
saysaq, yəni göy rəngi ilə əlaqələndirsək, o halda Ağbabadakı bütün dağları gərək
«Göy dağ» adlandıraq. Ağbabada bütün dağlar göy rəngdədir. Alp çəmənliyi ilə
örtülüdür (17, 94).
Fikrimizi
ümumiləşdirərək deyə bilərik ki, Göy dağ oronimi etimoloji cəhətdən qədim türklərin
«göy»ə inamı ilə əlaqədardır. Ən qədim zamanlarda azərbaycanlılar bu mifik adı
öz övladlarına vermişlər, daha sonra isə şəxs adından etnonim, etnonimdən isə toponim
əmələ gəlmişdir.
Göyulus – İrəvan xanlığının
Sürməli mahalında kənd adı. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət
əhalisi qovulduqdan sonra kənd dağılmışdır (122, 321).
«Ermənistanda
Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti» kitabında belə bir məlumat verilir
ki, Göyulus kəndinin adı Anadoluda yaşayan Boz Ulus elinin admı əks etdirir
(21, 321).
Azərbaycan
toponimlərinin inkişaf sistemlərini nəzərə alaraq, söyləmək olar ki, Göyulus kəndinin
adı haqqında yuxarıda verilən məlumat həqiqətə o qədər də uyğun gəlmir. Ona görə
ki, Azərbaycan toponimlərinin təsviri adlandırılmasında.
Bozun göyə keçməsinə təsadüf olunur.
Həmin
oykonimin etimoloji cəhətdən ən doğru izahı bu adın «Göy» etnonimi ilə əlaqələndirilməsidir
ki, bu da gök qəbiləsindən olan insanların yaşadıqları yer mənasına gəlir. Bu
etnosun adının isə mifoloji
dünyagörüşlə bağlılığı heç kimdə şübhə doğurmur.
Göykənd – İrəvan əyalətinin
Abaran nahiyəsində məzlə adı olan bu söz də həmin «gög» etnonimi ilə əlaqədardır.
Bu toponimi başqa bir variantda izah etmək mümkün deyil. Mürəkkəb toponimdir.
«Göy tayfasından olanların yaşadığı yer» deməkdir.
Göyronus,
Göynərli
toponimlərinin də əsasında göy komponenti durur.
Quqar
–
Ermənistanda Pəmbək bölgəsində tarixi mahal adı. Erməni mənbələrində Quqark
kimi adı V əsrdən çəkilir. Bir mülahizəyə görə Quqark indiki Borçalı və Axalsix
rayonlarının ərazisini əhatə edirdi. K.V.Treverə görə I əsr müəllifi
Strabonun qeyd etdiyi Qoqarena Albaniya-İberiya sərhədində yerləşirdi (123,
73).
Q.Qeybullayev
quqarları türk mənşəli etnos adlandırsa da, onların sonradan Qafqaza sakların tərkibində
gəlmələrini söyləyir (115, 113). İ.Şopen «Quqar» adını əsassız olaraq gürcü mənşəli
hesab etmiş və onu «Kartli dağı» kimi mənalandırmışdır (122, 647).
H.Mirzəyev
isə «Quqar» sözünün digər türk dillərində də işlənən variantlarını tutuşduraraq
belə qənaətə gəlir ki, həmin söz başqa türk xalqlarında kökər, qoqar, kükər və s. formalarda işlənsə
də, sözün kökündəki «kök» ümumtürk sözüdür (85, 178).
H.Mirzəyev,
İ.Bayramov, V.Əliyev və digər tədqiqatçılar Quqar toponiminin türk mənşəli
olmasını artıq əsaslandırmışlar (85, 56; 19, 242;
43, 96).
Ancaq
həmin tədqiqatçılardan A.Bayramovun mülahizələri daha dəqiq və əhatəlidir. O,
həmin toponim haqqında erməni, gürcü, rus və Azərbaycan mənbələrini dəqiqliklə
araşdırmış və belə nəticəyə gəlmişdir ki, «coğrafi ad quqar tayfa adından törəmişdir.
Quq-ar, tat-ar, kanq-ar, av-ar və s. türk mənşəli tayfa adları göründüyü kimi,
bir model (qəlib) əsasında formalaşaraq bir sistem əmələ gətirmişdir. Deməli,
qoq qədim türklərdə, eləcə də müasir türk dillərinin bir çoxunda gög göy anlayışını
bildirən söz, həm də tayfa adı olmuşdur. Etnonimin sonunda
işlənən -ar, -ər şəkilçiləşmiş söz kimi tayfa adlarında əks
olunur, «k» isə cəmlik, topluluq bildirir» (17, 38-39, 166).
Müəllifin
Quqar toponimi haqqındakı fikirləri tamamilə həqiqətə uyğundur və həmin mülahizədən
aydın olur ki, ta qədimlərdə quqar etnonimi şəxs adı ilə və şəxs adı da öz növbəsində
mifoloji obraz-tanrın adı – «göy» tanrısı ilə bağlı olmuşdur.
Quqar
çay
– hidronimi də həmin ərazinin adı ilə əlaqədar olaraq formalaşmışdır.
Quqar
toponimi o qədər qədim tarixə malikdir ki, onun etimologiyasının araşdırılması,
açılması Azərbaycanlıların və ümumiyyətlə türklərin etnogenezini müəyyənləşdirməyə
kömək edir. Elə bu səbəbdəndir ki, ermənilər və gürcülər Quqar sözünü daima özlərininkiləşdirməyə
çalışmışlar.
Azərbaycan
dilinin onomastik sistemini, xüsusilə də toponimiyasını dərindən araşdırdıqca
aydın olur ki. Dilimizdə qeydə alınan toponimlərin böyük bir hissəsi etimoloji
cəhətdən mifik təfəkkürümüzlə əlaqədardır. Araşdırmalar göstərir ki, kosmoqonik
miflər mifoloji kateqoriyalar içərisində nə qədər mühüm yerə malikdirlərsə, həmin
miflərlə əlaqədar yaranan toponimlər də digər mifoloji
toponimlər içərisində bir o qədər mühüm yer tutur.
Araşdırmalar
göstərir ki, kosmoqoniya ilə bağlı toponimlər 3 yerə ayrılırlar:
1. Günəşlə bağlı
formalaşan toponimlər: Günəşli, Ərgünəş, Günəvşa, Dədəgünəş, Gündə və s.
2. Ayla bağlı olaraq
meydana gələn mifoloji toponimlər: Aygünlü, Ayrım, Aydoğmuş, Qaşqay və s.
3. Göy mifoloji obrazı
ilə əlaqədar olaraq yaranan mifoloji toponimlər: Göylər, Göydağ, Göynüyən, Gövsu, Quqar və s.
Kosmoqonik
miflərlə bağlı mifotoponimlərə Azərbaycanın hər yerində və eləcə də digər türk
dilli xalqların yaşadığı ərazilərdə müəyyən fonetik dəyişikliklərlə
rast gəlinir. Kosmosla əlaqədar olaraq yaranan mifoloji toponimlərin hamısını
etimoloji cəhətdən nəzərdən keçirərkən bir daha aydın olur ki, Azərbaycanda
qeydə alınan mifoloji toponimlərin
hamısı mifoloji obraz – teonim-etnonim-toponim istiqamətində inkişaf yolun
keçmişdir. Kosmoqoniya ilə
bağlı yaranan mifoloji toponimlər həm oykonimləri, həm oronimləri, həm də
hidronimləri əhatə edir. Onu da qeyd etmək lazımdır ki, hidronimlər əksərən
oykonimlərə görə adlandırılmışdır.
Hal-hazırda
həm ensiklopedik, həm filoloji lüğətlərdə və həm də ayrı-ayrı tədqiqat əsərlərində
müasir səviyyədə, mifik təfəkkürümüzlə bağlı olan toponimləri əksərən etnotoponim
kimi izah edirlər. Ancaq onların etimologiyasını araşdırarkən məlum olur
ki, əslində tarixən onlar teonim olmuşlar.
Qeydə
alınan kosmoqoniya ilə əlaqədar
mifoloji toponimlərin quruluşca mürəkkəbi çoxluq təşkil edir ki, bu da
onların keçdiyi tarixi inkişaf prosesi ilə bağlıdır.
II
FƏSİL
TOTEMLƏRLƏ ƏLAQƏDAR
MİFOLOJİ TOPONİMLƏR
|
T
|
otemizm türk xalqlarının
mifoloji dünyagörüşündə bütöv bir sistem təşkil etdiyi kimi, həmin xalqların
dilində də xüsusi adların yaranmasında və formalaşmasında mühüm rolu olan
faktlardandır. «Məlum olduğu kimi, qədim dövrlərdən hər bir tayfanın özünə məxsus
totemi olmuş, bir çoxları öz adını həmin adlardan almışlar».
M.Seyidov
totemizmin mahiyyətindən danışarkən yazır: «Yeri gəlmişkən qeyd etmək lazımdır
ki, vəhşi, yırtıcı və əhilləşdirilmiş heyvanlara, hər cür quşlara, bitkilərə,
barlı, barsız ağaclara, təbiətin bəzi hadisələrinə, göy cisimlərinə - Günəşə,
Aya, oda (bununla əlaqədar olaraq işığa) əfsanəvi heyvana və quşa sitayiş edən əski
dünya xalqlarının, o sıradan türkdilli xalqların ulu babaları bəzən həmin
quşlarla, heyvanlarla, ağaclarla, bitkilərlə və s. ilə yaranışlarında,
soylarında qohumluq bağları olduğunu iddia etmişlər. Onlar özlərinin totemlərini
(onqonlarını) hər şeydən qabil və güclü sayır, tapındıqlarını hər şeyin – həyatın,
insanların, öz qəbilələrinin yaradıcısı kimi qəbul edirdilər. Elə buna görə də
bəzən adi bir quş, başı göyləri dələn dağ, gözəl, zərif bir çiçək, dadlı meyvələrin
ağırlığından budaqlarını aşağı əymiş ağac, əhilləşmiş və ya vəhşi heyvan bu
geniş kainatın yaradıcısı, ulu babası saymışlar» (89, 12).
Türk
xalqlarında qurd, ilan, qartal, geyik, göyərçin, inək və s. heyvanlar
zaman-zaman ayrı-ayrı tayfaların totemi (onqonu) olmuş və həmin heyvanlar müqəddəsləşdirilmişdir.
Digər
miflərlə əlaqədar formalaşan toponimlərdə olduğu kimi, zoomorfik (totemik) miflərlə
bağlı əmələ gələn antrorotoponimlərdə də yaranma mexanizmi eynidir. Belə ki, həmin
miflərlə əlaqədar formalaşan toponimlər də ilk əvvəl mifoloji obraz-totem adı, toponim,
etnonim və toponim istiqamətində inkişaf xətti keçmişdir.
Zoomorfik-totomik miflərələ əlaqədar formalaşan mifoloji toponimlər. Zoomorfik miflər digər
mif kateqoriyaları içərisində xüsusi yerlərdən birini tutur. Bu miflər qəbilə,
tayfa quruluşunun hökm sürdüyü cəmiyyətdə totemik etiqad və mərasimlər
kompleksinin əsas hissəsini təşkil edir. «Həmin miflərin əsasında müəyyən
adamlar qrupunun totemlərlə - heyvan və bitki növləri ilə fantastik və fövqəladə
qohumluğu ilə əlaqədar baxışlar məsələsi durur» (90, 20). Öz məzmun və mahiyyətlərinə
görə zoomorfik (totemik) miflər olduqca sadə təsir bağışlayır və buradakı
hadisələr bir az da primitiv görünür. Həmin miflərdə əsas obrazlar həm insan,
həm də heyvan cizgiləri ilə təqdim olunur. Ancaq nəzərə almaq lazımdır ki,
«totemizmin özü tarixi bir mərhələdir» və türk xalqları da bu tarixi mərhələdən
yan keçə bilməzdi (95, 58). Bunu türklərin hal-hazırda adət-ənənələri,
etnoqrafiyası, yaşayış tərzi və s. amillər də təsdiq edir.
Tədqiqatçıların
əksəriyyəti bu fikirdədir ki, Azərbaycanın milli koloritinə uyğun gələn, Azərbaycan
xalqının ilk dini təsəvvürlərinin formalaşmasında rol oynayan yerli totemlərimiz
həmişə mövcud olmuşdur (41, 33; 44, 61; 4, 223).
Zoomorfik
miflərin əsasını təşkil edən totemizmin mahiyyəti ondan ibarətdir ki, burada qədim
insanlar bəzi heyvan, bitki və digər varlıqlara yaradıcı kimi, müqəddəs kimi
yanaşırlar. Bu da bir sistem halında bütün sivilizasiyalı xalqlarda mövcud
olmuşdur. Hər bir xalqın totemlər sistemi isə həmin xalqın yaşadığı coğrafi
mühiti və adət-ənənəsi ilə sıx bağlıdır. Doğrudan da, elə bir istər sivilizasiyalı,
istərsə də sivilizasiyasız xalq yoxdur ki, onların mifik dünyagörüşündə
hansısa heyvan totemlər mühüm rol oynamasın. Məsələn, türklərdə qurd, geyik,
maral, qartal, ayı, ilan və s. hindlilərdə inək, camış, keçi, Afrika
xalqlarında inək, qədim misirlilərdə aslan, inək, ilan, romalılarda canavar və
s.
Deyilənlərin hamısı bir daha
sübut edir ki, qədim insanların həyatında heyvanlar mühüm rol oynamışdır.
QURD TOTEMİ İLƏ ƏLAQƏDAR FORMALAŞAN
MİFOLOJİ TOPONİMLƏR
Qurd, börü, yalquzaq – bunların hamısı
eyni xarakterli, eyni görünüşlü eyni xüsusiyyətə malik olan vəhşi
heyvanlardır. Ərazi və dövrlə bağlı olaraq onları yuxarıda gördüyümüz kimi
adlandırmışlar. Canavar da qurd qrupuna daxil olan vəhşidir. Lakin o yırtıcılığı,
ziyankarlığı, sürü halında gəzməsi, boyunun kiçikliyi ilə qurddan tamam fərqlənir.
Qurd, boz qurd, börü, yalquzaq adı ilə tanınan bu heyvan böyüklüyünə, qüvvətliliyinə,
boynu göy, qalan yerləri boz olduğuna, nəsil artırmasına, yaşayış tərzinə, tək
gəzməsinə, bir ovla kifayətlənməsinə, ölüm qaydasına, təmizlik xüsusiyyətlərinə
görə canavar tipli heyvandan tam şəkildə seçilir.
Qurd
türk mifologiyasının ən mühüm totemlərindən biri, bəlkə də birincisidir. «Ərgənəkon»
dastanında göstərilir ki, türklərin ulu babaları dişi qurdla oğlan uşağından
törəmişdir (92, 121-124).
Törəniş
dastanında isə qurd ata kimi təsvir olunur (88, 59).
Qədim
türklər qurda «kök böri», yəni göy qurd demişlər və bunun da səbəbi var. Kök, yəni
göy, göyün rəngi olan mavilik idi. Əslində, türklər göyə kök tegri, yəni mavi
göy deyirdilər. Göy rəng müqəddəs göyün olduğu qədər tanrının da simvolu idi.
Bir şeyi göy rənginə büründürmək və ya göy sözü ilə bərabər demək, o şeyi müqəddəs
saymaq və ya aralarında tanrı ilə əlaqədar bir rabitə yaratmaq istəyindən irəli
gəlməli idi (87, 56).
«Kitabi-Dədə Qorqud» dastanlarında Qazan xanın dilindən qurdun totem
olmasına bir neçə dəfə eyham vurulur: «Qurd üzü mübarəkdir, qurddan bir xəbərləşəyin»,
«Ayvaz qurd əniyi erkəgində bir köküm var», «Qara başım qurban olsun qurdum, sana»
və s. (62, 76).
Göstərilən
həmin ifadələrdən də aydınlaşır ki, qurd qədim türklərdə ilk çağlarda totem
olmuşdur.
Mənbələrin
verdiyi məlumata görə kəngərli tayfasının tirələrindən biri qurd adlanmışdır
(108, 61; 70, 80).
Naxçıvan
MR ərazisində Ordubad rayonunda Düylün və Vənənd çaylarının suayrıcında yerləşən
Qurd adlı dağ və Ağdam, Bərdə rayonlarında yerləşən Qurdlar yaşayış məntəqələri
Gədəbəydə Qurdlar kəndi məhz həmin tayfanın adı ilə bağlıdır ki, bu da özlüyündə
qurd totemi ilə əlaqədardır (11, 176).
A.Bayramov
və İ.Bayramov Qərbi Azərbaycanın türk mənşəlı toponimlərindən danışarkən, Qurd
qulu, Qurd çulu, Qurdqulaq Qurd kənd və s. qurd totemi ilə əlaqədar yer-yurd
adlarının indiki Ermənistan ərazisində də olduğunu qeyd edirlər (18, 64; 19,
293).
T.Xalisbəyli
də Azərbaycan və Orta Asiya respublikalarında qeydə alınan qurd sözü ilə
bağlı həm şəxs adlarının, həm də yer-yurd adlarının «qurd» totemi ilə
bağlılığını göstərir (53, 143-145).
Biz
də yuxarıda deyilən fikirlərlə razıyıq. Ancaq burada bir məsələ var ki, qurd
sözü ilə bağlı bütün yer adlarını totemik ad hesab etmək olmaz. Çünki onların
bir hissəsi sırf təsviri mahiyyət kəsb edir Məs: Şəki rayonu ərazisində Qurddağ
oronimi və Bakı şəhəri ərazi vahidliyində Qurdyalı dağı, Qurd qapısı məhz həmin
yerlərdə qurdun (canavarın) tez-tez və ya hərdən görünməsi ilə
adlandırılmışdır.
M.Adilov
qurdla bağlı totemlərdən bəhs edərkən yazır: «Türk xalqlarında totem hesab
olunan qurd gah ilk ata, gah da ana kimi təsvir və təsəvvür edilir» (7, 277).
Əksər
mənbələrdə türk xalqlarında totem hesab olunan boz qurdun ilk ana kimi
formalaşdığını həqiqətə daha uyğun hesab edirlər (16, 9; 44, 73). Biz də öz
növbəmizdə müəllifin həmin fikri ilə razıyıq. Türklərin yaradılış dastanlarından
olan «Ərgənəkon»da qurd ilk ana kimi təsvir olunur. Maraqlıdır ki, qədim
romalıların da ilk əcdadı – anası dişi qurd hesab edilir.
«Kitabi-Dədə
Qorqud» dastanında qurd totemizmi hiss olunacaq dərəcədədir. Məsələn, Qazan xanın
dilindən qurd totemi dəfələrlə səslənir: «Qurd üzü mübarəkdir, qurddan bir xəbərləşin»,
«Ayvan qurd əniyi erkəgində bu köküm var», «Qara başım qurban olsun qurdum
sana» və s. (62, 76).
A.Bayramov
«Kitabi-Dədə Qorqud» dastanında işlənmiş toponimlərin Qafqaz arealından
danışarkən qeyd edir ki, «qurdun müqəddəs, xilaskar, mübarək, zoomorfik heyvan
olması digər türk dastanlarında da əks olunmuşdur. Bu inanış qurdun adının
zaman-zaman şəxs, tayfa və qəbilə adına, daha sonra isə toponimiyaya keçməsinə
səbəb olmuşdur» (18, 80).
M.Adilov
türk xalqlarında qurd sözünün bir forması olan «börü» ilə bağlı çoxlu toponimlər
olduğunu qeyd edir və onlara misal olaraq Bııri, Buriboy, Burioy,
Bure, Qurt, Bori, Byori və s. sözləri göstərir (7, 276).
«Kitabi-Dədə
Qorqud» dastanında rast gəlinən Baybura şəxs
adı da heç şübhəsiz qurdla əlaqədar toponimlərdəndir.
Bunları deməkdə məqsədimiz odur
ki, həm abidələrin, həm də müasir səviyyədə mövcud olan toponimlər bir daha
sübut edir ki, qurd, totemi ilə bağlı meydana çıxan toponimlər məhz həmin totem əsasında formalaşan
etnonimlərdən yaranmışdır.
Qurd
sözü ilə əlaqədar Azərbaycanda qeydə alınan toponim formalaşma yollarına görə
iki növə ayırmaq olar:
1. Qurd sözü ilə bağlı
meydana çıxan toponimlərin bir qrupu sırf təsviri mahiyyət daşıyır və onların
«qurd» totemizmi ilə heç bir əlaqəsi yoxdur. Məsələn, Naxçıvan MR, Ordubad
rayonu ərazisində yerləşən «Qurq» dağı, Abşeron rayonunda «Qurd keçidi» adlı
keçid, Ağsu rayonu ərazisində «Qurdqobu» hidronimi, Bakı şəhərində «Qurdyalı»
adlı oronim və digər bu tipli toponimlər həmin ərazidə qurdun ya çox olması və
ya onun tez-tez görünməsi ilə əlaqədar olaraq adlandırılmışdır ki, bunların da
mifotoponimlərlə əlaqəsi yoxdur.
2. Ancaq «qurd» adı ilə əlaqədar
meydana çıxan digər bir qrup toponimlər də vardır ki, onlar təsviri mahiyyət
daşımır, qədim türklərin mifik dünyagörüşü – totemik inamları ilə bağlıdır.
Bizim üçün məhz həmin qrup toponimlər maraqlıdır.
Qurdlar
– Bərdə, Ağdam rayonları ərazisində kənd. Mənbələrin verdiyi məlumatlara görə,
hər iki kəndin adı kəngərlilərin «qurd» adlı tirəsi ilə bağlı meydana
çıxmışdır. Ordubad, Gəncə, Şamaxı və Şuşa şəhərlərində «Qurdlar» məhəlləsi də
totemizmlə əlaqədar meydana çıxmışdır. Gürcüstan (Borçalı) və Ermənistan (Qərbi
Azərbaycan) ərazilərində də eyni adlı toponimlər mövcud olmuşdur. Mənbələrə nəzər
saldıqda görürük ki, Anadoluda və Cənubi Azərbaycan ərazisində də
«Qurdlar//Kurtlar» adlı kəndlər mövcuddur (11, 176).
Qələybuğart –
Şamaxı rayonunda qədim kəndlərdən birinin adıdır. T.Xalisbəyli «Qələybuğart»
toponiminin etimologiyasını araşdırararq qeyd edir ki, «Qələybuğart» tarixi mənbələrdə
Bəy qurd adı ilə yazıya alınmış, zaman keçdikcə təhrif edilərək bu şəklə
düşmüşdür (53, 145).
Tarixən
Şamaxının üç ağaclıq şimalında yerləşən, çətin keçirilən yerdə Bey qurd qalası ən
möhkəm qayalardan olmuşdur. Bu da indi təhrif olunaraq Bəy qurd əvəzinə, heç
bir mənası olmayan Buğart qalası kimi tanınır.
Biz
də müəllifin fikri ilə razıyıq və elə hesab edirik ki, Qeleybuğart
toponimi tarixən qurda olan inamla əlaqədar
formalaşan toponim olmuş və sonradan etnonim və toponim istiqamətində dəyişmişdir.
Qeleybuğart toponimi mürəkkəb quruluşludur, bəy və qurd sözlərinin birləşməsi nəticəsində
əmələ gəlmişdir.
Qurd
totemi ilə əlaqədar Azərbaycan ərazisində qeydə alınan mifoloji toponimləri
araşdırdıqca məlum olur ki, həmin adların arealı kifayət qədər genişdir. Ancaq
burada «qurdla» əlaqədar təsviri toponimlər, mifoloji köklərlə bağlı olan
toponimləri qarışdırmaq olmaz.
Məlum
olduğu kimi, mifologiyanın əsas bölgülərindən biri də totemlə əlaqədar yaranan
ilkin xalq təsəvvürüdür. Hər bir xalqın həyat tərzindən, adət-ənənəsindən,
coğrafi şəraitindən asılı olaraq ayrı-ayrı canlılar totem (onqon) kimi çıxış
edir.
Türkdilli xalqların qədim
dastanlarında, qurd və ya Boz qurd xilaskar, türkdilli tayfaların hamisi və onların
əcdadı kimi təqdim olunur. Dastanların bəzilərində Boz qurd göylərin iradəsini
həyata keçirir. Məsələn, «Törəyiş» əfsanəsi və «Köç» dastanında bu mənzərə
daha aydın təsvir olunur: «Qədim hun hökmdarlarından birinin iki gözəl qızı var
imiş. Sanki bu qızlar allahlar üçün yaranmışlar. Ataları bu qızları insanlardan
kənarda tikdirdiyi möhtəşəm bir qalada saxlayırdı. Tanrı Boz qurd cildində gəlib
qızlarla evlənir. Doğulan uşaqlar Boz qurd ruhunda böyüyürlər» (98, 41).
Beləliklə,
məlum olur ki, qədim türklərin yaranış dastanlarında Boz qurdun totem olması
açıq-aydın təsvir olunur, bundan sonra yaranan dastan və nağıllarda qurda totem
(onqon) kimi müraciət olunmaqla, bir çox qəhrəmanların adı, davranışı, xarakteri
qurd kimi verilir. Qorqud, Bəybura kimi obrazların adının da «Boz qurd» olduğu
mülahizələri türkdilli xalqların filologiyasında özünə yer etməkdədir.
At totemi ilə əlaqədar toponimlər. Qədim türklərin mifologiyasında bir neçə
heyvan və bitki totem (onqon) kimi təsvir olunur. Ancaq elə canlılar da vardır
ki, onlar qədim insanların, bəşəriyyətin keçdiyi çətin inkişaf yollarında əvəzsiz
xidmət göstərmiş, sözün əsil mənasında insanlara dayaq olmuşlar. Həmin
canlılardan biri, bəlkə də birincisi atdır. At haqqında əfsanə və rəvayətlərdə,
hətta sehirli nağıllarda mövcud epizodlar təsdiq edir ki, vaxtilə atla bağlı
inanışlar olmuşdur. Tədqiqatlar göstərir ki, sonrakı dövrlərdə mifoloji
elementlər nağıl və dastanlara səpələnmiş və həmin nümunələrin ana xəttini təşkil
etmişdir (95, 46). V.Vəliyev Azərbaycan mifologiyasında atın yerindən, mifoloji
simvolikasından danışarkən yazır: «Türkdilli xalqların əfsanə və rəvayətlərində
ölməz atlar vardır. Guya Xızır atı özü kimi «Abi-həyat»dan içmiş, o da ölməzlər
sırasına keçmişdir. Koroğlu haqqında olan əlavə rəvayətlərin birində deyilir
ki, guya Koroğlu öləndən sonra Qırat göyə uçmuşdur» (98,43).
Türk
xalqlarının dastan yaradıcılığında yarımmifoloji, yarıməfsanəvi atlar da
vardır. «Manas» dastanında Ak Kunyas, «Kitabi-Dədə Qorqud»da Beyrəyin Boz atı,
«Şah İsmayıl» dastanında Qəmərday, Dürat və s. «Şamanlığı qəbul edən türklərlə
monqolların inamına görə at göydən enmişdir. Yakutlara görə qəhrəmanların
atları günəş aləmindən gəlmişdir. Guya qanadlı və kürəkli atlar da vardır ki,
onlar həm uçur, həm də üzürlər. Bu atlar Qaf dağının ətəklərində «Süd gölü» ətrafında
durmuşlar. Xızır ölümünə çarə axtararkən bu atları görmüş, lakin tuta bilməmiş,
odur ki, «süd gölü»nə şərab töküb, onları kefləndirdikdən sonra bir cütünü
tutub qanadlarını kəsib, beləliklə də at
nəslini çoxaltmışdır. Xızırın özünün ağ atı da qanadlı imiş.
Ömrü
at üstündə, atla bərabər keçən, hər işini onunla görən bir millətin atı sevməsi,
ona hörmət göstərməsi, hətta onu uğurlu sayması təbiidir. Bəzi dövrlərdə, bəzi
türk boyları ata heykəl, ata məzar yapmışlar. Hələ də yapırlar (98, 82-83).
Türklər
bütün heyvanlar arasında ən çox ata üstünlük veriblər. Qəbirlərindən də görünür
ki, onu ilahiləşdiriblər. Türkə görə, yer üzündə atdan təmiz varlıq yoxdur,
ondan ulu heç nə yoxdur. Təkcə onun qoxusu Türk-qıpçaq üçün abi-həyatdan
(dirilik suyundan) qiymətli olub. Atın yalnız rəngini göstərmək üçün türkcədə
qırx təyin sayıblar. At bütünlüklə
qıpçağın canına-qanına daxil olub. At da öz xidməti ilə qıpçağın borcundan
çıxır: onu çölə çıxarıb, bu çölün heyrətli genişliklərini onun qarşısında açıb.
Hər halda ən azı Hun dövründən bütün həyatı at belində və ya atla keçib.
«Atlı
həyat tərzi» üçün qıpçaqlar özlərinə xüsusi paltarlar fikirləşiblər. «Şalvar»
kişi geyimi, dünyada ilk uzunboğaz çəkmə (sapoq) at üstündə oturmaq üçün
düşünülüb.
At
türklər arasında misilsiz hörmət və məhəbbətə layiq olmuşdur. Təsadüfi deyildir
ki, «Qan tarixi»ndə Çində atlardan tam asılılıq açıq şəkildə elan olunmuşdu.
Atın
qədim türklərdə, həm də qıpçaq türklərində totem olduğunu sübut edən kifayət qədər
dəlillər vardır. «Kitabi-Dədə Qorqud» dastanlarında belə bir ifadə vardır:
«Qazan bəyin tayısı At ağızlı Uruz Qoca çapar yetdi». Dastanın məzmunundan məlumdur ki, «At ağızlı» ləqəbi
igidlik, mərdlik rəmzidir. Deməli, bu ifadə təsadüfi işlənməyib, atın qədim
türklərdə ilahi gücə, qüvvəyə malik olmasından xəbər verir ki, bu da «Kitabi-Dədə
Qorqud» dastanlarında ötəri də olsa mühafizə olunmuşdur.
«Koroğlu»
dastanında da Koroğlunun gücünün bir qaynağı Qıratdır. Dastanda Qıratın adi bir
at olmadığı, onun möcüzəli bir şəkildə törədiyi və bir növ mifoloji simvolikası
ştrixlərlə göstərilmişdir. Ancaq M.Seyidov öz araşdırmalarında birmənalı şəkildə
sübut etmişdir ki, Koroğlunun qılıncı, nərəsi, adı və digər atributları kimi
atı da qədim türklərin totemistik dünyagörüşü ilə əlaqədardır (92, 164).
Qeyd
etmək lazımdır ki, at kultu ilə bağlı mifik-totemistik baxışlar sistemi əksər
sivilizasiyalı xalqlarda da mövcud olmuşdur. Eyni zamanda aparılan arxeoloji
qazıntılar bir daha sübut edir ki, atın totem hesab olunması qədim türklərdə təbii
və qanunauyğun bir haldır.
Hal-hazırda
təzə inşa edilmiş evlərin qapısından və pəncərəsindən at nalının asılması, «at
muraddır» deyimi, məhsulu bol olan bağ və bostanlardan at kəlləsinin asılması və
s. bu kimi xüsusiyyətlər bu heyvanın türk xalqlarında, o cümlədən azərbaycanlılarda müqəddəs, ilahi qüvvəyə
malik heyvan hesab edilməsindən xəbər verir.
Atın qədim türklərdə totem
olmasını faktlaşdıran məsələlərdən biri də bu heyvanla bağlı yer-yurd adlarının
ölkəmizdə və digər türk xalqlarında geniş yayılmışlar: Atyaldağ, Atbulaq,
Atcıl, Atağzı, Atlı, Atdaşı, Qıratın naldaşı, Ayğırgöl və s. bu kimi yer-yurd
adlarının həm Azərbaycanda, həm də digər türk xalqlarında yayılma arealı
genişdir və bu toponimlər qədim türklərin ata olan inamı, mifik dünyagörüşü ilə
bağlıdır.
İLANLA ƏLAQƏDAR
MEYDANA ÇIXAN
MİFOLOJİ TOPONİMLƏR
İlan
sivilizasiyalı bütün qədim xalqlarda o cümlədən türklərdə bir zamanlar müqəddəs
heyvanlardan hesab olunmuşdur. Azərbaycan nağılları və bir çox əfsanələr ilanın
qədim türklərdə – azərbaycanlılarda totem hesab olunmasını göstərir. «İlan və
qız», «Ovçu pirim və ilanlar padşahı», «Padşahla oğlu» və s. nağıllar ilanın
totem olunduğunu faktlaşdıran nümunələrdəndir.
Dədə
Qorqudun ölümünün ilanla əlaqələndirilməsi də dolayısı ilə ilanın totem hesab
edilməsi ilə əlaqədardır.
Maraqlıdır
ki, Qədim Misirdə də ilan uzun müddət müqəddəs heyvanlardan hesab olunaraq, həmişə
firon saraylarında adı çəkilmişdir (121, 16, 10).
Fironların
məbədlərində ən çox rəsmi və heykəli olan heyvanlardan biri məhz ilandır. Misir
şahzadəsi Kleopatra sarayında zəhərli ilan saxlayırdı. Ona görə ki, nə isə bir
təhlükə olanda ələ keçməmək üçün ilan vasitəsilə özünü öldürsün. Elə bu cür də
olur. Deməli, Qədim Misirdə ilan həm də mənəvi xilaskar imiş.
İlanın
qədim türklərdə, o cümlədən digər qədim xalqlarda totem (onqon) hesab edilməsi
haqqında xeyli elmi məlumatlar vardır (16, 90).
B.Ögəl
yazır ki, «Sibirdəki xalqlar ilan və digər təhlükəli, qorxunc heyvanların
fiqurlarını qayıraraq bunları gizlədirdilər. Bununla həmin heyvanların onlara
kömək edəcəklərinə inanırdılar» (87,61).
M.Seyidov
qədim türklərin – azərbaycanlıların totemlərindən söhbət açarkən qeyd edir ki,
«Azərbaycan xalqının soykökündə iştirak etmiş oğuzlar, qıpçaqlar və bu kimi qəbilələr
bəzən öz qəbilə birləşməsinin onqonunu və ya sitayiş etdiyi mifin adını həmin qəbilə
birləşməsinin bilicisinə – dini başçısına, xaqanına, böyüklərinə də verirmişlər.
Bu baxımdan «tengri» (tanrı) sözünə ötəri də olsa diqqət yetirdikdə məlum olur
ki, bu sözün mənası «ata tanrı», «xan tanrı» anlamlarına gəlir. Türklərdə müsəlmanlığa
qədər mövcud olmuş «buka» sözü də həmin qəbildən olan sözlərdəndir. O, həm qəbilə
onqonunun adı, həm də həmin qəbilənin dini və dünyəvi rəhbərinə, hətta igidlərinə
verilən ad olmuşdur. Əjdaha mənasını verən Astiaqın adının bu cür adlanması da,
ehtimal ki, ilana sitayişlə bağlıdır (89, 17-18).
İlana
tapınmanın izləri son zamanlara qədər bir çox türkdilli qəbilə, etnik qrup və
xalqlarda müşahidə olunur. Tükdilli tayfalardan biri olan qızılların əsas
etiqad etdikləri totem ilandır. Ancaq bir çox nağıl və əfsanələrdə ilanın mənfi
(əjdaha) bir obraz kimi canlanması isə, sonrakı dövrlərdə artıq ilan toteminin
zəifləməsi ilə əlaqədardır.
İlan
totemi öz əksini yer-yurd adlarında da tapmışdır ki, bu onun qədim türklərdə
onqon olduğunu bir daha təsdiqləyir. E.Əhmədova totemlərlə əlaqədar meydana gələn
etnonimlərdən danışarkən, ilan totemini də qeyd edir (39; 40).
İlanla
bağlı formalaşan toponimləri araşdırdıqca məlum olur ki, onların bir qismi ilam
totemi ilə mifik dünyagörüşlə bağlı olduğu halda, digər bir qrupu sırf təsviri
mahiyyət kəsb edir. Yəni, ikinci qrup toponimlər həmin yerdə ya ilanın çox
olması, ya da orada tez-tez görünməsi ilə əlaqədardır.
Ancaq təsviri mahiyyət daşıyan və
ilanla əlaqədar toponimlərdə vəziyyət başqa cürdür. Belə ki, onların hamısı
oronimlərdən ibarətdir.
İlanlı – Qobustan rayonunda kənd. Əksər mənbələrdə
bu toponimin etimologiyasını ilanlı etnonimi ilə əlaqələndirirlər (11, 248- 327).
S.Ataniyazov
türklərin ersarı tayfasının bir qolu olan «ilanlı» etnoniminin etomalogiyasından
danışarkən onun ilk öncə toponim kimi formalaşdığını göstərir (108, 83).
İ.Cəfərsoylu
öz kitabında «ilanlı» adından söhbət açarkən, bu adın türklərin qədim «ilanlı»
etnoslarının adı ilə başlandığını qeyd edir (25, 161). Ancaq o, həmin komponentli
bütün toponimləri etnonimlə bağlayır.
Cənubi
Sibirdə, Orta Asiyada və indiki Ermənistan (Qərbi Azərbaycan ərazisində «ilanlı»
adında yaşayış məntəqələrinin olması da, bu toponimin etnonim mənşəli olmasını
sübut edən faktlardandır.
Biz
də elə hesab edirik ki, Qərbi Azərbaycanda Amasiya rayonu ərazisində və
Qobustandakı ilanlı oykonimləri kökü totemizmə söykənən eyni adlı tayfanın
(ilanlı) adını əks etdirir.
Füzuli
rayonu ərazisində İlanlı dağ, Şəmkir rayonunda «İlanlıca» və İrəvan
quberniyasının Eçmiədzin qəzasında, indiki Qəmərli rayonunda «İlançalan» toponimləri
isə həmin yerlərdə ilanın çox olması ilə əlaqədar belə adlandırılmışdır.
Laçın
rayonu ərazisində Sus kəndinin yaxınlığında yerləşən Mərkiz dağının da adı ilan
– mar heyvanı ilə bığlıdır. Mar – ilan, «kiz» isə Azərbaycan dilində heyvandarlıq
termini olan və «quzuların saxlandığı yer» mənasına gələn «küz» sözü ilə
bağlıdır.
Deməli,
Mərkiz sözü «İlanların çox olduğu yer» anlamını verir. Türkiyə Cümhuriyyətinin ərazisində
də həm mifik təfəkkürümüzlə bağlı ilanlı, yer-yurd adlarına, eyni zamanda sırf
təsviri mahiyyət daşıyan eyni adlı toponimə rast gəlinir.
SAMUR MİFOLOJİ OBRAZI
İLƏ ƏLAQƏDAR
TOPONIMLƏR
Samurlu – Qızılqoç rayonunda kənd adı idi.
A.Qurbanov «Samur» leksik vahidini saxur dili ilə əlaqələndirir, «iti, sürətlə
axan çay» mənasında işləndiyini qeyd edir (74, 171). Bəzi mənbələrdə isə fars
dilində Azərbaycan mənşəli sözlərdən danışarkən «samur» sözü Azərbaycan mənşəli
hesab edilir (115, 104).
IX-XII
əsr ərəb mənbələrində Sammur, Samur, Sandur, Sambur kimi xatırlanır. Samur
sözünün yayılma arealı onun türk mənşəli olduğunu göstərir (Uroldu X əsrdə
Samur, Cənubi Azərbaycan ərazisində Qarasu çayının sağ qolu Samuoçay, Samur qalası,
Tambov dairəsində Samursk. Lvov vilayətində Sambur, XIX əsrdə Kubanda Samburlu
kəndi, Ermənistanda Samurlu və Samburlu kəndləri). Toponimin Sammur və Sambur
formaları «m» səsinin qoşalaşması və «mm» səs birləşməsinin «mb» formasına keçməsinin
nəticəsidir. Samur sözü yalnız hidronim deyil, həm də yaşayış məntəqələrinin
adını bildirdiyi üçün toponim olduğu güman edilir ki, bu da Samur adlı türk
etnonimi ilə bağlıdır (11, 425).
E.Əhmədova
da totemlərdən bəhs edərkən Samurun qədim türklərdə – azərbaycanlılarda,
onların mifik inamlarında mühüm yerlərdən birini tutduğunu göstərir (39, 101).
Q.Qeybullayev
ətraflı tədqiqat apararaq belə bir nəticəyə gəlir ki, «Samur qədim türklərin
totem heyvanlarından olmuş və həmin totemin adı ilə Samurlu etnonimi
formalaşmışdır» (115, 56). İ.Bayramov da öz əsərində Samurlu toponimini
etnotoponim olaraq izah edir (19, 507).
A.Bayramov
zoonimlərdən törənən oykonimlərdən danışarkən ayrı-ayrı tədqiqatçıların fikrini
ümumiləşdirərək yazır; «Doğrudan da, gur axan suların kənarında olan Samurlu
kəndi həmin sularda yaşayan, indi isə kökü kəsilməkdə olan samurla əlaqədardır.
Lakin onu da unutmaq lazım deyil ki, elə qədim dövrlərdə hər heyvanın, hər
quşun adı yaşayış məntəqəsinə verilməzdi. Bu adqoyma türk xalqının mifik
görüşləri, su heyvanının totemliyi əsasında formalaşmışdır» (19, 134).
İ.Cəfərsoylu
Altay ovçularının indi də Samura böyük bir sayğı ilə yanaşdıqlarını və hətta
onu öz adıyla yox, totem adı ilə «Al buğa» çağırdıqlarını qeyd edir (25, 128). Bütün deyilənlər bir daha sübut edir ki,
Samur türk xalqlarında totem olmuş və ondan da Samurlu toponimi əmələ gəlmişdir.
Çox
güman ki, Samur inzibati vahidliyi də həmin totem heyvanın adı ilə bağlıdır.
Samur
toponimi haqqındakı mövcud fikirləri nəzərdən keçirdikdən sonra belə qənaətə gəlmək
olar ki, bu ad – Samur heyvanı adı ilə əlaqələndirilməlidir.
QUŞ ONQONLARI İLƏ
BAĞLI MİFOLOJİ
TOPONİMLƏR
Quş
onqonlarının müasir dövrdəki izlərinin araşdırılması xalqın qədim tarixinin,
inam və məişətinin öyrənilməsi üçün mühüm mənbələrdən biri kimi maraqlıdır.
Azərbaycan
mifik təfəkküründə digər heyvanlar kimi, quş onqanları mühüm yerlərdən birini
tutur. Oğuznamələrdə quşlara çox böyük yer verilmişdi. Hər bir qəbilə bir quşu
özü üçün simvol və yaxud onqon seçirdi. B.Ögəl qədim türklərin quş
onqonlarından daşınarkən qartal, doğan, qırğı çalağan, qarğa, durna, qu, sunqur
və s. quşları misal gətirir və hal-hazırda əksər Sibir xalqlarında onların bəzilərinin
müqəddəs hesab olunduğunu qeyd edir (87, 137). Azərbaycan nağıl və
dastanlarında adları çəkilən və qeyri-adi xüsusiyyətlərə malik Hüma, Simurq, Səməndər
və s. quşlar quş onqoanlarının qədim əcdadlarımızda mövcudluğunu bir daha
faktlaşdırır. Ancaq burada bir məsələni də qeyd etmək lazımdır ki, türk
xalqlarında əsasən yırtıcı quşlar, həmçinin bəzi ev quşları onqon (totem) kimi
seçilirdi, nəinki, ev quşları. Burada bir məsələni də xüsusi vurğulamaq
lazımdır ki, türk xalqlarında ev quşları bir sistem şəklində totem hesab
olunmamışdır. Yuxarıda qeyd etdik ki, nağıl və dastanlarımızda bir neçə müqəddəs
hesab olunan quşun adının çəkilməsi azərbaycanlılarda onların qədimdə totem
hesab olunmasına işarədir. Azərbaycan ərazisində quşlarla bağlı saysız-hesabsız
insan adının və toponimlərin də mövcudluğu həmin fikri bir daha təsdiqləyir. İndi isə toponimlərin ayrı-ayrılıqda izahına nəzər
salaq.
Bozdoğan//Toğan. Laçın
rayonu və Qərbi Azərbaycanın Şörəyel mahalında yerləşən qədim kəndlərdən hesab
olunan Bozdağan adı haqqında Q.Məşədiyev yazır ki, «Bozdoğanlı 300-500 min nəfərdən
ibarət olan yürüklərin tirələrindən biridir» (82, 94).
A.Bayramov
Şörəyel vadisində Boz Doğan adlı bir qədim kəndin olduğunu və 1850-ci illərdə
oradan azərbaycanlıların qovulduğunu və həmin yerdə ermənilərin yerləşdiyini
yazır (17, 62).
«Kitabi-Dədə
Qorqud» dastanlarında və «Oğuznamə»lərdə yırtıcı quş kimi, eyni zamanda qayı,
bayat, alaevli və qaraevli tayfa birliklərinin onqon quşu kimi xatırlanır (62,
98; 88, 59).
A.Bayramov
yazır ki, «N.Əsgərov Bolqarıstan ərazisində 2 Doğanlar, 5 Doğançı, 3 Doğançılar,
3 Doğanoba kəndinin olduğunu göstərir və oda bu kənd adlarının Oğuz tayfa
adından törədiyini göstərir (17, 143).
Toğanalı – Xanlar rayonunda kənd.
Toponim regionda Toğana kimi məşhurdur. Yerli məlumata görə, toponim özündə
toğanlı nəslinin adını əks etdirir. Qıpçaqların qədim tayfalarından birinin Adı
toğ olmuşdur. Bəzi tədqiqatçılara görə, toponim həmin tayfaların adı ilə
bağlıdır (11, 468). Ancaq araşdırmalar göstərir ki, toğan //
toğana doğan sözünün fonetik variantıdır və bu ad – toponimin mənşəyi qıpçaqların
Toğ tayfası ilə deyil, Oğuzların «doğan» onqon quşu ilə bağlıdır. Həqiqətən də
həm qədim mənbələr, həm də tədqiqat əsərləri göstərir ki, «doğan» müqəddəs quş
adı kimi, əvvəlcə hər hansı şəxsə verilmiş sonra isə şəxs adından etnonim və toponimlər
yaranmışdır.
Laçın: Bu adda həm rayon, həm də rayon mərkəzi
olan şəhər vardır. Bundan başqa Laçın onomastik vahidi Laçınkənd (Laçın rayonu), Laçın (Kəlbəcər
rayonunda kənd),
Laçınlar
(Şuşada kənd) Laçın
qayası
(Ağdam, Kəlbəcər, Ağdərə və Şuşa rayonlarında), Laçın dağı (Oğuz rayonunda), Laçın dərəsi (Kəlbəcər) və s. yer
adlarında yaşamaqdadır (2, 94).
Laçın
toponiminin etimologiyası haqqında müxtəlif mülahizələrə vardır. Bir mülahizəyə
görə, «Laçın sözü türk dillərindəki yalçın (sıldırım) sözünün təhrif edilmiş fonetik formasıdır. Kəlbəcər
rayonundakı dağın da Laçıntaxtı adlanması onun zirvəsinin sıldırım olmasından
irəli gəlir» (11, 334).
Q.Qeybullayev
Kəlbəcər rayonu ərazisində qeydə alınan və yerli əhali arasında Laçınqaya kimi
adlandırılan Levqalanın qədimlərə aid olması haqqında məlumat verir (115,
145).
N.Əsgərov
son dövrlər nəşr olunan əsərində Laçın
adının işlənmə arealını tədqiq edərək belə qərara gəlir ki, türk xalqları, eləcə
də qədim azərbaycanlılar bəzi heyvan və quş ailələrinə inanmış, onlara
tapınmışlar. Bu təsəvvürlər sonradan şəxs, tayfa, yer adına keçmiş və geniş işləklik
dairəsi qazanmışdır (49, 165).
E.Abışov
da N.Əsgərovun fikrinə şərik çıxır. Biz də öz növbəmizdə elə düşünürük ki, Laçın onomastik vahidi məhz
qədim türklərin onqonu hesab olunan laçın quşu ilə əlaqədardır.
B.Ögəl də oğuz tayfasının onqon
quşlarından danışarkən onların içərisində Şahinin erkəyi olan Laçının da admı
qeyd edir (82, 369).
Şonqar
// Sunqur
– Qaradağ rayonunda şəhər tipli qəsəbə və yüksəklik. Toponim şonqar – quş adı ilə bağlıdır. Klassik Azərbaycan ədəbiyyatında
(Vidadi, Vaqif və b.) şahin – şonqar sözü qoşa işlənmişdir. Şahin quşu
türkdilli bayat tayfalarının totemi olmuşdur. XII-XIII əsrlərdə Marağada
hakimlik etmiş ağşonqurilər sülaləSinin, XII əsr Gəncə əmiri Qarasonqurun
adlarında da sonqur//şonqar komponenti iştirak edir. Məhz buna görə də bəzi tədqiqatçılara
görə, şonqar quşu totem
olmuş, sonralar tayfa adına çevrilmişdir (11, 580).
Şonqar // Sunqur quşunun onqon olması heç kimdə şübhə doğurmur.
Ancaq onun hansı tayfaların onqonu olması mübahisəlidir. Belə ki, yuxarıda qeyd
etdiyimiz kimi, «Azərbaycan toponimləri» kitabında şonqor quşunun bayat
tayfasının onqonu olduğu halda (11, 580), İ.Bayramov həmin quşun bayandır; beçənə, çavuldar, çəpni tayfalarının onqonu olduğunu
yazır (19, 528).
B.Ögəl isə Oğuz boylarının onqon quşlarından danışarkən Qayı
boyunun onqonu kimi suqar quşunun adını qeyd edərək yazır: «Şunqar» sözünün əsli
türk dilində sonqkurdur. Bu quşun adı türklərin təsiri ilə Abbasilərdən sonra ərəb
mənbələrində şunqar/şunkar kimi görünməyə başlamışdır (87, 363).
Elə
düşünürük ki, türk xalqlarının mifik düyagörüşünü sistemli araşdıran B.Ögəlin
mülahizəsi daha həqiqətə uyğundur.
İ.Bayramov
Qərbi Azərbaycanm İrəvan quberniyasının Aleksandropol qəzasında Sonqurlu adlı toponimin olduğunu yazır və «İrəvan
əyalətinin icmal dəftəri»ndə həmin kənd adının çəkildiyini göstərir (15, 528).
Cürə-laçın
quşu Oğuz boylarından olan avşarların onqon quşu olmuşdur. B.Ögəl Laçın
quşundan danışarkən yazır: «Ablı, qırmızı ayaqlı şahin. Yalçın, sərt və şiddətli
mənası verildiyindən ağ şahinə ad olmuşdur. Laçın sözü Şimali Altaydakı türk
ləhcələrində də doğan (şahin) mənasına gəlir. Osmanlı mənbələri Laçının ağ
şahin olduğunu açıq şəkildə göstərirlər» (87, 369).
Elə
hesab edirik ki, Laçın adlı yer-yurd adları yuxarıda göstərilən həmin onqon
Laçın quşu ilə əlaqədardır və onları mifotoponim adlandırmaq lazımdır.
Beləliklə,
zoomorfik miflərlə (totemlərlə) əlaqədar toponimlərin etimologiyasını araşdırdıqca
məlum olur ki, qədim türklərin müqəddəs hesab etdikləri heyvanların adı bir
sistem şəklində yer-yurd adlarında mühafizə olunmuşdur. Eyni zamanda həmin
mifoloji toponimlərin işlənmə arealı kifayət qədər genişdir.
Tülü – Balakən və Lerik rayonları ərazisində
kənd. Alazan-Əyriçay çökəkliyindədir. Bəzi tədqiqatçılar Tülü oykonimini qədim
türkdilli dulu etnonimi ilə bağlayır. Dulu tayfaları II əsrdə hunlarla birgə Tyanşan
və Altay arasındakı ərazidə yaşayırdılar. IV əsrdə Qərbi Türk Xaqanlığının tərkibinə
daxil idilər. Dulu etnonimi tolo formasında müasir qırğızlar arasında
qalmışdır; bu Azərbaycan dilində Tulu//tülü etnoniminə uyğundur (119, 59).
Bildiyimiz
kimi tulu quşu qədim türklərin onqon quşlarındandır. «Kitabi-Dədə Qorqud»
dastanlarında Qazan xanın adı «Tulu quşunun yavrusu» kimi çəkilir (62, 78).
B.Ögəl, və digər tədqiqatçılar da Tulu quşunun türklərin totemlərindən biri
olduğunu qeyd edirlər (87, 355).
Həqiqətən
də mənbələrdə Tulu toponiminin etnonimdən törəmiş və bu onomastik vahid qədimlərlə
səsləşir. Ancaq heç bir yerdə qeyd olunmur ki, həmin ad qədim türklərin
zoomorfik mifləri ilə əlaqədardır. Apardığımız araşdırmalar göstərir ki, Tulu
toponimi Tulu onqon quşu ilə əlaqədar olaraq formalaşmışdır.
Toponim
quruluşca sadədir və bir kökdən ibarətdir. Ola bilər ki, həmin toponimin tərkibindəki
«lu» morfemi tarixən «Tu» hissəsinə leksik şəkilçi kimi birləşib, ancaq bu məsələnin
araşdırılması xüsusi tədqiqat tələb edir.
Ağbaba – İrəvan xanlığının Türkiyə ilə sərhəd
bölgəsində dağ adıdır. Dağ oradakı müqəddəs sayılan Ağbaba pirinin adı ilə
adlanmışdır. Ağbaba dağ silsiləsi Baş Güney, Qaya Güney, Qısırdağ, Kalloy, Keçəldağ,
Göydağ, İkiqat, Naxoşdağ, Taya - qaya və b. zirvələrdən ibarətdir. Böyük Ağbaba
və Kiçik Ağbaba dağları vardır. XX əsrin 30-cu illərində bu dağlara Qukasyan
Mets və Qukasyan Pokr adları verilmişdir. «Əxi baba» adından təhrifdir (21,
103-104).
Kəlbəcər
rayonunda Ağbaba adlı kənd «Azərbaycan toponimləri» kitabında Ağababa
formasında qeyd olunmuşdur. Qədim türklər uca dağları, sıldırım qayaları müqəddəs
saymışlar. Sitayiş yeri olan Ağababa pirinin adı ilə əlaqədardır. Qərbi Azərbaycanda
(indiki Ermənistanda) Amasiya rayonunda böyük bir ərazi də Ağababa adlanır (11,
12).
Ancaq
araşdırmalar göstərir ki, həmin onovahid səhv olaraq Ağababa formasında göstərilmişdir.
Yəni düzgün variant Ağbabadır.
Ağbaba
adlı bir kənd Tiflis əyalətində də mövcud olmuşdur.
Ağbaba
dağı haqqında A.Ağbabalı yazır: «Ağbaba toponiminin tərkibindəki «ağ» sözünün
ən uca, yüksək mənasında işlənməsi ehtimal ki, buranın (Ağbabanın) coğrafi
mövqeyinin dəniz səviyyəsindən xeyli yüksəkdə yerləşməsi və qarlı uca dağlarla əhatə
olunması ilə əlaqədardır (6, 18-13).
B.Budaqovla,
Q.Qeybullayev isə yazır ki, «Ağbaba toponimi» «Əxi baba» adının təhrif olunmuş
formasıdır». «Əxi» fars dilində bəş (suvarılan yer, əkin yeri) adının təhrifidir.
«Əxiyə məxsus əkin yeri» mənasındadır (21, 104).
İ.Bayramov
Ağbaba toponimindən bəhs edərkən qeyd edir ki, «toponim ağbaba quş adı əsasında
yaranmışdır. Quruluşca sadə toponimdir» (19, 30).
Biz isə elə hesab edirik ki, A.Ağbabalının mülahizəsini doğru saymaq
olardı. O halda ki, Ağbaba toponimi geniş işləklik dairəsinə malik olmasın.
Ancaq həmin adda yer-yurd adına həm Cənubi Azərbaycan ərazisində, həm də Azərbaycanın
Kəlbəcər rayonunda və Tiflis əyalətində rast gəlinir. Yəni müəllifin Ağbaba
toponiminin etimologiyası haqqındakı fikri özünü doğrultmur.
«Əxi
baba» adının da nə demək olduğu və bu adın hansı fonetik qanunauyğunluqla
Ağbaba toponiminə keçməsi izah olunmur.
Bizə
görə, Ağbaba toponiminin etimologiyası haqqında A.Bayramovun qənaəti daha
ağlabatandır. Belə ki, o, müxtəlif mənbələri araşdıraraq belə nəticəyə gəlir
ki, ağbaba bozdağan, sonqur/sonqon/ quşları tək qədim türklərin, oğuzların
zoomorfik onqonudur. Zənnimizcə, həmin toponim də qədim türklərin onqonu ilə
ilişkilidir» (17, 99).
Göyərçinli – 1728-ci ildə İrəvanın
Karbi nahiyəsində kənd idi. Peçeneqlərin Kuyerçi tayfasının adını əks etdirir.
Göyərçin Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasındakı kənd adı 1950-ci
ildə ləğv edilmiş, əhalisi qonşu Salah kəndinə və Azərbaycana köçürülmüşdür.
XIX əsrdə Qars əyalətinin Kaqızman dairəsində iki Göyərçin kəndi və Göyərçin
dağı, Azərbaycanda Göyərçin-Veysəlli (Cəbrayıl r-nu) toponimləri ilə mənşəcə
eynidir. XIX əsrdə Qafqazda Göyərçin adlı altı kənd vardı. Toponimlərdə «Göyərçin»
sözü iki mənalıdır. Bəzi kiçik, qayalı dağ adlarında bu söz məhz göyərçin
quşunun adı ilə bağlıdır. 2. Qədim türk mənşəli tayfa adıdır. IX əsrdə Cənubi
Şərqi Avropada peçeneqlərin Göyərçi tayfasının adı məlum olduğuna görə belə nəticəyə
gəlmək olur ki, eranın əvvəllərində hunların tərkibində Cənubi Qafqaza gəlmiş
peçeneqlərin içərisində Kuyərçi tayfası da vardı (21, 319-320; 25, 132).
Demək
olar ki, bütün mənbələrdə Göyərçin, Göyərçinli toponimi haqqında ya təsviri, ya
da etnonim mənşəli ad olmasından bəhs olunmuşdur. Ancaq bu onomastik vahidin
etimologiyası haqqında lazımi elmi məlumatı İ.Cəfərsoylu vermişdir. O, yazır:
«Göyərçin Tanrı quşları ağ və göy göyərçin şəklində təsəvvür olunur. (Keçmiş
Poltava torpaqlarından Polşaya köçən, oradan Rusiyaya qayıdan qöqel türk nəsli
öz gerbində əskidən sitayiş etdiyi göyərçinin təsvirini saxlamışdı. Məşhur türk
soylu rus yazıçısı N.V.Qoqol həmin nəsildəndir)» (25, 131).
B.Ögəl
öz əsərində qeyd edir ki, Tanrı dağlarındakı ibadət yerlərindən biri Gügçinli
adlanır və indinin özündə də ora insanlar ibadətə gəlirlər. Həmin ibadət yerindən
qazıntı zamanı Xun/Hun dövrünə aid əşyalar tapılmışdır (87, 199-224). O,
fikrini davam etdirərək bildirir ki, Anadoluya gələn türkman dərvişlərindən bir
çoxu göyərçin cildinə girərdilər. Yəni, həmin quşun lələklərindən hazırlanmış əbalarına
bürünüb müxtəlif ayinləri icra edərdilər (87, 180).
Azərbaycanda
insanlarda belə bir inam var ki, göyərçini öldürməzlər. Onun öldürülməsi
insana bədbəxtlik gətirər.
Göyərçin
türk xalqlarında qədimlərdən xoş xəbər müjdəçisi kimi tanınmışdır. Bu mülahizələrin
hamısı o fikri təsdiqləyir ki, göyərçin türklərin əskidən onqon quşlarından
biri olmuşdur. Bunu respublikamızın, Qərbi Azərbaycan və Borçalı nahiyələrində
qeydə alınan Göyərçin və Göyərçinli toponimləri də təsdiq edir. Göyərçin və Göyərçinli
oronim və oykonimlərinin yerləşdiyi coğrafi şərait də göstərir ki, onlar təsviri
mahiyyət daşıya bilməzdi. Göyərçin adlı toponimlər eyni adlı onqon quşun adını birbaşa
əks etdirdikləri halda, Göyərçinli onomastik vahidində isə vəziyyət fərqlidir.
Belə ki, Şonqarlu, Qurdlar, Laçınlar və s. mifoloji toponimlərdə olduğu kimi,
Göyərçinli toponimi də əvvəl onqon quş adı, sonra etnonim və toponim istiqamətində
inkişaf yolu keçmişdir.
Kükü – Şahbuz r-nu (Nax.MR) ərazisində dağ.
Naxçıvan MR ilə Ermənistan sərhədindədir. Vaxtilə dağın ərazisində kəngərli
tayfasına məxsus ailələrin saldıqları Kükü adlı kənd mövcud olmuşdur. XX əsrin əvvəllərinə
aid ədəbiyyatda Kuki dağı (Quba qəzası), Kuki gölü (Tiflis qəzası), Kukulu
totemik inamla bağlıdır.
Türk
xalqları, o cümlədən də Azərbaycan xalqının mifik təfəkkürünü əks etdirir.
AĞAC KULTU İLƏ
ƏLAQƏDAR MİFOLOJİ
TOPONİMLƏR
Qədim
türklərin mifoloji dünyagörüşünü araşdırarkən məlum olur ki, onların ən çox
kultlaşdırdıqları, müqəddəs hesab etdikləri obrazlardan biri də ağacdır. «Ağac
– bütün dünyada qədim mifologiyanın universal obrazıdır» (95, 61). Burada bir məsələni
xüsusi qeyd etmək lazımdır ki, əgər at kultu köçəri və əsasən çölçü türk
tayfalarına aid idisə, ağac kultu bütün türk xalqlarının hamısında mövcud olmuş
universal bir obrazdır. Qədim türklərdə ağac ana totem, totemlərin anası, bəzən
isə insanların, qəbilələrin, xalqların ulu babalarının anası kimi qələmə
verilir.
Azərbaycanın
bir çox folklor məkanlarında ağac pirlərinin olması həm də təhlil predmetinə
çevrilən Dünya ağacının birbaşa kult semantikasını ortaya qoyur. Pir – tapmaq,
ocaqdır. Ağac piri də bu halda ağaca tapınmanı, pərəstişin mərkəzində ağac
kultunun dayandığını göstərir.
Əski
hunlarda gözəl qayınağacı vətəni qoruyan zoomorfik onqon olmuşdur. Onun şərəfinə
qurbanlar kəsmişlər (87, 234).
Əski
bir türkdilli qəbilənin əsatirində deyilir ki, kainatda baş tanrı Qudyal, kişi
və su vardı. Baş tanrı Qudyal torpaq və sonra şam ağacı yaratdı. Tanırının
yaratdığı hər budağın kökündən bir adam yaratdı və bunlardan hərəsi bir
soyun-boyun-qəbilənin ulu babası oldu (36, 29).
Bütün
dünya xalqlarının miflərində, o cümlədən də türk xalqlarının yaradılış miflərində
uşaqları ağac doğur.
«Oğuznamə»lərdə
də bu məsələ açıq şəkildə öz əksini tapmışdır (87, 51). Ümumilikdə, qədim türklərdə
tanrı-yaradan onların gözünə müxtəlif şəkildə görünmüşdür və onlardan da
biri «həyat ağacı», «dünya ağacı» adlandırılan ağacdır.
Türk
xalqlarının möhtəşəm abidəsi «Kitabi-Dədə Qorqud» dastanında «Basat Təpəgözü
öldürdüyü boyu bəyan edər, xanım, hey!» boyunda Basatın dediyi aşağıdakı sözlər
olduqca maraqlıdır:
Qalarda-qoparda yerim Günortac!
Qaranqu dün içrə yol azsam, umum allah!
Qaba aləm götürən xanımız – Bayandır
xan!
Qırış güni ögdin dəpən alpımız – Salur
oğlu Qazan!
Anam adın sorar olsan, – Qaba Ağac!
Atam adın dersən, – Qağan Aslan! (62, 102)
Göründüyü kimi, Basat anasının ağac
olduğunu söyləyir və ən maraqlısı isə budur ki, «Basatın Təpəgözü öldürdüyü
boy» «Dədə Qorqud»
boyları içərisində qədim dövrlərlə səsləşdiyinə görə xüsusi yer tutur. Bunun
özü də göstərir ki, ağac qədim türklərdə onqon hesab olunmuşdur.
B.Ögəl türk xalqlarının mifologiyasından danışarkən yazır: «Cənubi
Sibirdə olan Abakan tatarlarının əfsanələrində bu görüş (ağacdan törəniş –
A.T.) bir az dəyişmişdir. Onlara görə, dünyanın ortasında göylərə qədər yüksələn
böyük bir dəmir dağ vardır. Bu dağın üzərində də yeddi budaqlı bir qayın ağacı
var idi. Kaç tatarları onu altun yarpaqlı, səkkiz-doqquz kölgəli, müqəddəs
qayın adlandırırlar» (87, 106).
Qayın
ağacı qədim türklərin gündəlik həyatlarında da çox vacib yer tutmuşdur. Türklər
ən iri və möhtəşəm oxlarını qayın ağacından hazırlayır və toz dedikləri yay
qılıflarını da qayın ağacının qabığından düzəldirdilər. Ən yaxşı yəhər və səmər
ağacları da yenə qayından düzəldilirdi.
Araşdırma
göstərir ki, hər bir türk xalqının özünün müqəddəs saydığı, totem hesab etdiyi
ağac olmuşdur. Bunların hamısı əsaslandırır ki, ağacın törəmə-ağacın totem
hesab olunması qədim türklərdə bir sistem halında mövcud olmuşdur. Bu fikri təsdiqləyən
ən əhəmiyyətli faktlardan biri də ağac kultu ilə bağlı yer-yurd adlarının türk
dillərinin toponimik sistemində mövcud olmasıdır. B.Ögəl qeyd edir ki, qədim
orta Asiyada Bay Ağac, Ala ağac, Qara Ağac yer və boy adlarına rast gəlmək
mümkündür (87, 104). İndi isə ağac kultu ilə əlaqədar mifotoponimlərin izahına
nəzər salaq.
Ağacəri – Tovuz rayonu ərazisində dağ adıdır.
Dağ qədim türk mənşəli ağacəri tayfasının adı ilə adlanmışdır. Erkən orta əsrlərdə
Cənub-Şərqi Avropa çöllərində yaşayan ağacərilər hun tayfa ittifaqına daxil
idilər. V-VI əsr Bizans mənbələrində aktsir//akalsir kimi adları çəkilən ağacərilərin
V əsrdən Azərbaycanda yaşamaları məlumdur. Sonralar səlcuqlar, monqollar və
qaraqoyunlular dövründəki siyasi hadisələrdə fəal iştirak edən ağacərilərin
böyük əksəriyyəti hazırda İranın müxtəlif ərazilərində yaşayır (23, 14-15).
F.Cəlilov
qədim türk etnoslarından söhbət açarkən yazır: Heredot göstərir ki, aqathirslər
(ağacərilər) Cənub-Şərqi Avropa və Şimali Qafqaz çöllərində skiflər arasında
yaşamışlar və onlar tatar mənşəlidirlər (8, 54). Qeyd etmək lazımdır ki,
Heredot skifləri tatar (türk) adlandırmışdır (7, 25).
Q.Qeybullayev
Cənubi Azərbaycanda da qeydə alınan Ağacəri/Ağaceri toponimlərinin «meşəlikdə
yaşayanlar» kimi izah edərək göstərir ki, onlar qədim oğuz qəbilələrindən
biridir və ehtimal ki, XI əsrdə indiki yaşadıqları yerə səlcuqlarla birlikdə gəlmişlər
(115, 59. 49).
Qədim
Şərq və Azərbaycan ərazisində erkən çağlarda meydana gələn dövlətlərdən danışan
tədqiqatçılar belə qənaətə gəlirlər ki, ağacərilər Azərbaycana V əsrdə hunlarla
gəlmişlər (102, 276).
F.Sümər
də bu etnonimin adını ağac əri kimi izah etmişdir. Müəllif həmin onomastik vahid
haqqında yazır: «Bu söz heyvandarlıq və əkinçilik əvəzinə ağacdan biçmək, kərən
düzəltmək işləri ilə məşğul olan bir türk zümrəsinə verilir. Bunlar ağac əri
türkmənlərinin nəvələri olub qızılbaşlarla inamları eynidir. Çox çalışan
adamlardır, kəndləri bir qayda olaraq meşə ətəklərində yerləşir» (92, 183).
Ağacəri
oronimi haqqında N.Məmmədov, R.Hümmətova da maraqlı fikirlər söyləmişlər (76,
49). Ancaq həmin müəlliflər Ağacəri toponiminin etimoloji xüsusiyyətlərinə yox,
daha çox digər linqvistik xüsusiyyətlərinin araşdırılmasına diqqət yetirmişlər.
Z.Xasıyev
Tovuzun toponimlərindən danışarkən Ağacəri oroniminin izahına geniş yer
ayıraraq yazır: «Tədqiqatçılar göstərir ki, XV əsrə kimi bu tayfa Azərbaycanda
məskunlaşmışdır. XV əsr Qaraqoyunlular hakimiyyəti dövründə (1410-1468) dövlət
qoşunları arasında ağacərilər də olmuşdur. 1468-ci ildə Qaraqoyunlular dövləti
dağıldıqdan sonra bu tayfa iki yerə bölünmüş, bir hissəsi Şimali Azərbaycanda,
bir hissəsi isə Cənubi Azərbaycanda yurdlaşmışdır. Lakin ağacərilər çox
olmadıqları üçün daxil olduqları tayfalar içərisində əriyib getmişlər» (55,
43).
Bütün
deyilənləri nəzərə alaraq, o nəticəyə gəlirik ki, Ağacəri etnonim olmuş və bu
onomastik vahid qədim türklərin «Dünya ağacı», «həyat ağacı» totemi ilə bağlı
olmuşdur. Yəni Ağacəri adının «meşəlik yerdə yaşayanlar» mənasında deyil,
«ağacdan törəyənlər, doğulanlar» mənasında izah olunması daha doğru olardı
Düzdür,
Ağacəri sözü «ağac» və «əri» komponentlərindən ibarətdir və bu da «ağac
kişisi», «ağac insanı, əri» mənalarına gəlir. Deməli, Ağacəri adı mürəkkəb
sözdür və ikinci növ təyini söz birləşməsi modelində formalaşmışdır.
Qalaqayın – Sabirabad rayonunda
kənd. Mugan düzündədir. Toponim qala sözündən və türkdilli kayın (qayın)
tayfasının adından ibarət olub, «qayınların qalası» mənasını bildirir. Kayın
adlı tayfa indi də Cənubi Azərbaycanda yaşamaqdadır. Bu adda tyfa başqa
türkdilli xalqların tərkibində də vardır (11, 117).
Söhbətimizin
əvvəlində də qeyd etdik Qayın ağacı türk xalqlarında qədimlərdə müqəddəs –
totem hesab olunmuşdur və A.Şükürov haqlı olaraq yazır ki, «Qalaqayın – yəni
qayın onqonunun qalası, qoruduğu yer, yaşayış məntəqəsi deməkdir» (95, 62).
Ancaq burada bir məsələni unutmaq olmaz ki, Qayın totemi birbaşa toponimə keçməyib,
əvvəlcə toponim-etnonim sonra isə toponim kimi formalaşmışdır.
Qaraağac – Qubadlı, Zaqatala, Tərtər,
Sabirabad, Cəlilabad rayonlarında kənd və Zaqatala rayonunda çay (11, 123).
Toponim haqqında iki fikir var. Onlardan biri ondan ibarətdir ki, Qaraağacı kəndi
qaraağac çox olan yerdə salındığı üçün belə adlanmışdır. Digər bir fikir isə həmin
adın Qarahacı toponimilə bağlı olmasıdır (103, 58). Digər ədəbiyyatlarda da
qaraağacı toponiminin təsviri mahiyyət daşıması haqqında məlumatlar vardır (75,
84).
Ancaq Qaraağacı toponiminin təsviri mahiyyət daşıması haqqındakı
fikirlər özünü doğrultmur. Belə ki, həmin kəndlərin yerləşdiyi coğrafi mövqelər
heç də qarağacla zəngin deyil. Eyni zamanda respublikamızın müxtəlif bölgələrində
həmin adda yayılmış məntəqələrin olması və digər türkdilli xalqlarda da
Qaraağacı adlı yer-yurd adlarının mövcudluğu təsdiqləyir ki, bu onomastik vahid
etnonimlə əlaqədardır və həmin etnonim də özlüyündə qədim türklərin ağaca olan
inamları ilə bağlıdır.
Qızılagac – Göyçay, Salyan rayonlarında
kənd. Göyçay çayının sahilində, Şirvan düzündədir. Bəzi tədqiqatçılara görə,
toponim öz adında türk mənşəli qızılağac tayfasının adını əks etdirir. Türkiyənin
Antalya, Budur və İsparta əyalətlərində yaşayan tayfalardan biri qızılağac
adlanır. Yerli məlumata görə, kənd vaxtilə Qızılağac meşəsinin yanında
salındığına görə belə adlanmışdır, lakin sonralar meşə tələf olmuşdur (11,
156). .
Bu
toponimə Masallı rayonunda kənd, Lənkəranda ovalıq kimi təsadüf olunur. Azərbaycanın
qədim yaşayış məntəqələrindəndir. Orta əsrlərdə Qızılağac Xəzər limanları ilə
ticarət əlaqələri saxlayırdı. Əhali, əsasən, gəmiçiliklə, balıqçılıqla məşğul
olurdu. Gilan və Mazandarana gedən karvan yolu da Qızılağacdan keçirdi. 1614-cü
ildə Rus elçisi M.İ.Tixonov Səfəvi hökmdarı I Şah Abbasla burada görüşmüşdü.
Bir sıra orta əsr Avropa səyyah və diplomatları Qızılağac haqqında məlumat
vermişlər. Yaşayış məntəqəsinin adı da Qızılağac körfəzinin adı ilə bağlıdır.
Masallı
və Salyan rayonlarında olan Qızılağac toponimlərinin eyni adlı körfəzlə
bağlanması fikrimizcə doğru deyil. Ola bilsin ki, körfəz Qızılağac kəndinin adı
ilə bağlıdır.
Qızılağac
toponimi birinci növ təyini söz birləşməsi modeli əsasında əmələ gəlmiş, qızıl
və ağac sözlərinin birləşməsi əsasında formalaşan mürəkkəb quruluşlu sözdür.
Qızılağac
toponiminin etimologiyası haqqında bizim fikrimiz belədir ki, Qaraağac
toponimində olduğu kimi, burada da «qızıl» sözü «ağac» sözünə yanaşmışdır və müəyyən
bir əlamətin göstəricisidir. Ağac sözü təsviri planda ağac bitkisi ilə bağlı
olmayıb, mifologiyamızdan gələn «həyat ağacı», «dünya ağacı» mifi ilə əlaqədardır. Yəni həmin toponimlərdə
«ağac» morfem kökü miflə bağlı olan tayfa adında formalaşmışdır.
Altıağac – Xızı rayonunda kənd.
Altaçayın sahilindədir, adı ilk dəfə 1823-cü ilə aid mənbədə çəkilmişdir.
Toponim altı (miqdar sayı) və ağac (qədim uzunluq, ölçü vahidi; mərq: 6-7 km ) sözlərindən yaranmışdır.
Altıağac Şamaxıdan altı ağaclıq məsafədə yerləşdiyi üçün belə adlanmışdır
(11, 36).
Ancaq
Xızı rayonunun onomastik vahidləri üzərində aparılan son tədqiqatlar göstərir
ki, Altıağac toponiminin ikinci komponenti ölçü vahidi olan «ağac» sözü ilə
bağlı deyildir (25, 143). Bu fikri xalq etimologiyası da təsdiq edir.
Altıağac
toponiminin etimologiyası haqqında ümumi qənaətimiz belədir ki, bu onomastik
vahidin ikinci komponenti olan «ağac» morfemi xalqımızın «dünya, həyat
ağacına olan» inamı ilə bağlıdır.
DAĞ KULTU İLƏ
ƏLAQƏDAR MİFOLOJİ
TOPONİMLƏR
Türk
xalqlarının mifoloji sistemində mühüm yerlərdən birini də dağlar tutur. Qədim
türklərin təsəvvürlərində sakral dəyər qazanmış dağ VI əsrə aid çin mənbələrində
«yer tanrısı» (ruhu) adlandırılır. Bu fakta istinad edən M.Seyidova görə «müqəddəs
başlanğıc hesab edilən dağ, eləcə də torpaq və xüsusilə onlarla bağlı Günəş
bütün varlığın, həyatın, tanrıların, insanların, nemətlərin yaradıcısı, anası-atası
kimi qəbul olunur» (90, 39).
M.Seyidovun
bu fikrini, eyni zamanda türk mifologiyasında dağla bağlı təsəvvürləri ümumiləşdirdikdə
dağın dünya modelinin Ata-Ana strukturunda Ana tərəfinə daxil olan ünsür olduğunu
görürük. Belə olduqda Göy və onunla bağlı olan kosmoqonik elementlər Ata
kompleksinə, yer və onunla bağlı olan elementlər, o cümlədən dağ ana kompleksinə
aiddir. Türk mifologiyasında dağın ana rolundan çıxış etməsinə, bir çox qəhrəmanların
sakral valideyni olmasına dair faktlar vardır. «Oğuz Xaqan» dastanında Oğuzun
oğlanlarından birinin adı Dağ xandır. Deməli, 24 Oğuz tayfasının birinin əcdadı
dağdır.
«Kitabi-Dədə
Qorqud» dastanında dağ müqəddəs, xilasedici bir varlıq kimi bir neçə dəfə
xatırlanır: məs; «Aqan türk sularından xəbər keçsə, arqurı yatan Ala tağdan dəbər
aşa, xanlar xanı Bayandıra xəbər varsa», «Oğlan anda yıqıldıqda Boz atlu Xızır
oğlana hazır oldu. Üç qatla yarasın əlilə sığadı: «Sana bu yaradan, qorxma,
oğlan, ölüm yoqdur. Tağ çiçəgi anan südlə sənin yarana məlhəmdir» - dedi, qaib
oldu» (62, 81).
Şaman
dualarında və ayinlərdə də dağ müqəddəs, insanları şər qüvvədən qoruyan totemik
bir varlıq kimi təsvir olunur. Hətta indinin özündə də Sibirdə yaşayan türk
xalqlarının bəziləri dağa «ata», bəziləri isə ona «ana» kimi müraciət edirlər
(118, 320).
F.Xalıqov
qeyd edir ki, Altay, Tanrı dağları, Alatan, Qaratay və s. dağlarının adı məhz
türklərin dağa olan inamı ilə əlaqədardır (57, 9).
Bütün
türk xalqlarında dağla, onun hissələri ilə əlaqədar müxtəlif deyimlər və
duyumlar da onun müqəddəs - onqon-xilasedici olduğunu əsaslandıran cəhətlərdəndir.
Məsələn, azərbaycanlılarda «dağ vüqarlı», «dağ qürurlu», «dağlar oğlu»,
«Qoşqar haqqı», «Kəpəz haqqı» və s. ifadələr dağ kultunun türk xalqlarında qədimdən
önəmli yer tutduğunu göstərir.
Dağ
kultunun türklərdə mühüm yerlərdən birini tutduğunu göstərən cəhətlərdən biri
də onunla və onun hissələri ilə bağlı yer-yurd adlarının geniş yayılmasıdır.
Qaradaglı – Ağdam rayonunda
iki kənd. Ağdaş, Beyləqan, Bərdə, Goranboy, Xocalı, Xocavənd, Tərtər, Ucar,
Füzuli, Xaçmaz, Şəki rayonlarında yaşayış məntəqəsinin adı. Yaşayış məntəqələri
Səfəvilərin hakimiyyəti uğrunda mübarizədə böyük rol oynamış qızılbaşların
qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını
Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə
keçdikdən sonra qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər
də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir (11, 131- 132).
Qaradağlı
oykoniminin etnonim mənşəli olması heç kimdə şübhə doğurmur və Azərbaycan
dilinin onomastikasına həsr olunan ayrı-ayrı əsərlərdə həmin etnonim olması
haqqında kifayət qədər məlumatlar verilmişdir. Ancaq Qaradağlı və Qaradağ adının
etimologiyası haqqında ətraflı elmi məlumat verilməmişdir.
Ə.Cavadov
qeyd edir ki, «qara» sözü qədimdə getdikcə böyük mənasında işlənir və bu da
dağla bağlı olaraq meydana gəlmişdir (24, 107). «Kitabi-Dədə Qorqud» dastanında
«qara» sözünün «böyük» mənasında dağla əlaqədar tez-tez işlənməsi də,
Ə.Cavadovun yuxarıdakı mülahizəsini bir daha təsdiqləyir. Məs:
«Qarlı
qara tağların, yıqılmasın!
Kölgəlicə
qaba ağacın, kəsilməsin!» (24, 109)
«Kitabi-Dədə
Qorqud» dastanından gətirdiyimiz nümunədə də dağın qədim türklərdə
kultlaşdırılmış, müqəddəs bir varlıq olduğu aydın görünür.
Dünya
xalqlarında da dağın kultlaşdırılmasının şahidi oluruq. Məsələn: ərəblərdə Qaf,
Hirə, yunanlarda Olimp, türklərdə Altay, Tanrı dağları (Tyan-Şan) Qafqaz Azərbaycanda
və s. bu kimi adları göstərmək olar. Qafqaz dağının müxtəlif variantları olub.
Yunan tarixçisi Eratosfen (e.ə. III əsr) Qafqaz dağının adını Kaspi kimi
yazmışdır. Dədə Qorqud dastanında Qazılıq dağı kimi, fars mənbələrində Kapgoh,
Qaf, ərəblərdə Qabq, türklərdə Əlbürz və s. kimi adı çəkilən Qafqaz toponimi
haqqında müxtəlif mülahizələr mövcuddur. Antik mənbələrdə Qafqaz dağı bəzən
Kroukas adlandırılmış və «qardan ağarmış» kimi mənalandırılmışdır. Bəzi tədqiqatçılara
görə, toponim guh (farsca «dağ») və kaspi (etnonim) komponentlərindən ibarət
olub, «Kasp dağı» mənasındadır. Toponim qədim fars dilindəki qanfa (dağ) və
Kapı (keçid) və kas (etnonim) sözlərindən ibarət olub, «kaskeçidi», «kas
qabısı» mənasındadır.
III
FƏSİL
DİGƏR MİFİK İNAMLARLA BAĞLI
TOPONİMLƏR
|
T
|
ürk xalqlarının, eyni
zamanda Azərbaycan xalqının məişətində mövcud olan dil və folklor
materiallarını tutuşdurarkən mifologiyamızda xüsusi yer tutan «Al» tapınışı ilə
əlaqədar mifoloji toponimlərin olması üzə çıxır.
Tarixən çox qarmaqarışıq, enişli- yoxuşlu yol keçən Al-Al arvadı-Albas-Albas əski
inamları təfəkkürün yetirdiyi ziddiyyətli, çoxyönlü, mürəkkəb obrazlardan,
personajlardan biridir. Al arvadı mifi nəinki türk xalqlarında, hətta onlarla
qonşu, həmişə mədəni, ictimai-siyasi əlaqələri olan bir sıra xalqlar arasında
da geniş yayılmışdır.
Tədqiqatlar
nəticəsində aydınlaşdırılmışdır ki, «Al» ruhu ən qədim zamanlarda türklərin həyatında
«ocaq, od» tanrısı kimi tanınmışdır (3, 247). Hal-hazırda isə Al-Al arvadı
bütün türk xalqlarında hər şeyi bacaran, qorxunc və iyrənc görkəmini tez-tez dəyişən,
doğuş zamanı zahı qadınlara toxunan bir varlıq kimi qavranır (90, 167).
Yuxarıda
qeyd etdik ki, «Al» tapınışı həyat verən, insanları soyuqdan, şaxtadan qoruyan
«ocaq, od» tanrısı ilə əlaqədardır. Bəs onda «Al» anasının - Al arvadının pis
niyyəti, insan nəslinin, soyunun tükənməsinə yönəlmiş hərəkətini nə ilə izah
etmək olar? Qeyd olunan bu məsələ həddindən artıq maraqlı məsələdir və
çoxdandır ki, əksər mifoloqların, folklorşünasların, ədəbiyyatşünas və filosofların
diqqətini çəkməkdədir.
Mənbələrdə
Anadolu türklərində «Al» arvadı mifinin güclü olmasından danışılaraq qeyd
olunur ki, «Al arvadı həm də osmanlı ermənilərində gözə dəyir. Onlardan isə
Krımda yaşayan ermənilərə keçmişdir» (113, 60). Tatarlar, qazaxlar, yakutlar,
buryatlar və s. türk xalqları Al tanrısını Al bastı//Jalbastı adlandırırlar.
Türkmənlər isə onu «Al arvah» kimi tanıyıb, gecə hər bir pis əməli bacaran, öz
iyrənc və qorxunc simasını tez-tez dəyişən bir varlıq olaraq qavrayırlar.
Eyni
zamanda qonşu olduğumuz ermənilərdəki Alk, gürcülərdəki Ali // Alkali və
slavyanlardakı Albastı və bir sıra başqa mifik varlıqların da kökünü Al
tapınışında axtarmaq özünü doğrulda bilər.
Ermənilərdəki Alk mifik varlığı bizdəki
kimi qadınlar üçün qorxulu olub onları sonsuz qoyur. O da təsəvvür olunduğu
kimi zahıların ciyərini suya çəkib qanını içir, sonra da öz ağasına aparır.
Tədqiqaıtçıların əksəriyyəti bu ikirdədir
ki, «Al» tapınışı türk dilli xalqlara məxsusdur və onlardan digər xalqlara
keçmişdir. Ədəbiyyatlarda bu faktı təsdiq edən kifayət
qədər materiallar mövcudur.
Kartvel mifologiyasındakı qorxunc ruh
Ali//Al kali ilə Altanrı-halarvadı arasındakı yaxınlıq daha güclüdür, çoxşaxəlidir.
Gürcü
araşdırıcılarının əksəriyyəti bu fikirdədir ki, kartveli dillərindəki albastı, albaşti,
almastı, elmestin və s. sözlər türk dillərindən alınmadır. Deməli, həmin
inanıcın özü də kartveli dilli xalqlara gəlmədir (122, 746). Həqiqətən də,
Şimali Gürcüstan (Svanetiya) üçün halarvadı xarakterik olmayıb, Mərkəzi və Şərqi
Gürcüstandan gəlmə sayılır. Həmin ərazidə isə eramızdan qabaq türkdilli
xalqların yaşaması heç kimdə şübhə doğurmur (122, 746).Q.A.Kilimov və
D.İ.Edelman da öz araşdırmalarında Al tapınışının türklərə məxsus olduğunu qeyd
edirlər (113, 57-63).
M.Seyidov
əvvəllər işıq üzü görən yazılarında və 1994-cü ildə nəşr olunan «Qam-şaman və
onun qaynaqlarına ümumi baxış» kitabında Al arvadı mifinin mahiyyətini açır,
onun keçirdiyi dəyişmələri ardıcıllıqla izləyir və belə qənaətə gəlir ki, «türk
xalqlarında Al-Albas(tı) – Al arvadı inamı başlıca olaraq üç yöndə yayılmışdır:
1. Al bas-Al arvadı günəş və su ilə əlaqələnmişdir.
2. Heyvan (keçi, inək, öküz) şəklində təsəvvür edilmişdir (zoomorf).
3. Antromorf obrazı insan cildində təsəvvür olunmuşdur» (91, 56).
M.Seyidovun
Al arvadı mifinin mahiyyətində müəyyənləşdirdiyi 3 yönün üçünün də fəlsəfi əsası
var və bunların hər biri qədim türklərin mifoloji dünyagörüşü ilə əlaqədardır.
Ən maraqlısı isə odur ki, Al arvadı inamının mahiyyətində zaman-zaman mənfi və
müsbət xüsusiyyətlər, xeyir və şər əlamətlər mövcud olmuş və indi də mövcud
olmaqdadır. Deməli, al ikili görüşlə – dual təfəkkürlə, əksliklərlə bağlı
olduğundan əkslikləri təmsil edir, daban-dabana zidd görüşlərlə əlaqədardır.
M.Seyidov
tarixi-mifoloji, etnoqrafik və linqvistik dəlilləri əsas götürərək hesab edir
ki, Al arvadı, Albastı yarandığı çağdan yaxşının, xeyirin, ucalığın, eləcə də
yamanın, pisin bəlgəsi imiş (91, 55). Deməli Albastı, Al arvadı əkslikləri
özündə toplamış və yarandığı ilk çağlardan yaxşını da, yamanı da təmsil
etmişdir.
Al
arvadı inamının dualistik (ikili) mahiyyəti ondadır ki, əgər o bir tərəfdən günəşi
- bütün canlılara həyat verən, yer üzünü nura qərq edən varlıqla təmsil edirsə,
digər tərəfdən də özündə günəşin yandırıb-yaxmaq, məhv etmək kimi xüsusiyyətini
birləşdirir.
Bütün
araşdırmalardan məlum olur ki, Al arvadı mifi olduqca mürəkkəb və ziddiyyətli
struktura malikdir və eyni zamanda türk xalqlarının mifik dünyagörüşünün öyrənilməsində
əhəmiyyətli yerlərdən birini tutur.
Al
arvadı mifi qədim türklərdə nə qədər çoxşaxəlidirsə, Al morfemli sözlərin də bu
dillərdə yayılma arealı o qədər genişdir.
F.Cəlilov
müasir Azərbaycan dilində «al» morfemli 500-dən artıq müxtəlif sözü nitq hissəsi
əsasında qruplaşdırır və maraqlıdır ki, həmin morfemin mahiyyətində birinci cərgədə
mifoloji varlıq olan «al»ın dayandığını qeyd edir: al arvad, alın, aldatmaq, al
qan, alov, almaq, alqış, yanlış və s. (27, 165-166).
E.V.Sevortyan
da öz əsərində «al» derivatlı sözlərin kökündə mifologiyadan gələn «al»ın
dayandığını qeyd edir (120, 131-137).
Qeyd
edək ki, F.Cəlilov müasir Azərbaycan dilində yalnız ümumişlək sözlərdə 500-dən
artıq «al» morfemli leksik vahidlər müəyyənləşdirir. Əgər onomastik leksikanı
da bura əlavə etsək həmin vahidlərin sayı daha da artar. Onu da qeyd edək ki,
«al» köklü ümumişlək sözlərdən ədəbiyyatlarda sistemli olmasa da, az-çox
danışılmışdır. Ancaq həmin morfem əsasında yaranan onomastik vahidlərdən isə ya
heç olmayıb, ya da çox az danışılıb.
Azərbaycan
dilində qeydə alınan «al» köklü mifoloji toponimlərin demək olar ki, hamısının əsasında
mifologiyamızdan gələn «al» dayanır.
Materialların
təhlili göstərir ki, Azərbaycan dilində Al tapınışı ilə bağlı olan toponimlər 3
fonetik variantda işlənir:
1.
Al morfemi və digər hissəciklərdən ibarət mifoloji toponimlər: Alban, Alpan, Alpout, Allar, Alar, Alpı, Aldədə
və s.
2.
Ala morfemli və hissəciklərdən ibarət mifoloji toponimlər: Alakol, Alasa, Alaşar, Alatava, Ala göllər, Alazan, Alagöz, Alaqurşaq və
s.
3.
Al//əl fonetik dəyişməsi işlənən mifoloji toponimlər: Ələt, Ələyəz, Dərələyəz, Əlincə və s.
Tədqiqatlar
göstərir ki, Al tapınışı ilə əlaqədar toponimlər əksər türk xalqlarında geniş
yayılmışdır. Biz isə imkanımız daxilində yalnız Azərbaycanda qeydə alman toponimləri tədqiqata cəlb etmişik.
Alban//Alpan. Quba rayonunda kənd.
Quruçayın sahilində, Qusar maili düzənliyindədir. Toponim özündə qədim alban
tayfasının adını əks etdirir (11, 36). Alban//alpan adı indi də Orta Asiyada
türkdilli xalqlarda: – qırğızlarda, qazaxlarda, qaraqalpaqlarda, buryatlarda
tayfa adı kimi mövcuddur. Adın alban formasına ilk dəfə e.ə. I əsrdən başlayaraq
antik mənbələrdə təsadüf olunur.
Erkən
orta əsr erməni mənbələrində həmin toponimə alvan,
ağuan, ağyan formalarında rast gəlinir.
«Kitabi-Dədə
Qorqud» dastanında isə bu ad alpan şəklində
işlənmişdir. Alban//alpan adının qədim türk dilli etnosun adını bildirməsi heç
kimdə şübhə doğurmur. Ancaq onun mənası haqqında tədqiqatçılar müxtəlif fikirlər
söyləyirlər.
Əvvəlcə
onu qeyd edək ki, Alban//Alpan adı ilə bağlı Azərbaycanda və azərbaycanlılar
yaşayan digər ölkələrdə çoxlu sayda yer-yurd adları mövcuddur. Məsələn, Gürcüstanda
iki Alpani kəndi, Şərur-Dərələyəz ərazisində iki Elpanos kəndi və Alpan dərəsi;
Azərbaycan-Dağıstan sərhədində Alpanar kəndinin xarabalığı; Lənkəran qəzasında
(XIX əsr) Albani kəndi, Naxçıvanda Alban təpələri; Qax rayonunun Ləkit kəndi
yaxınlığında Albantala; Gürcüstanda Albani kəndi; Qəbələ və Göyçay arasında
Alvan dərəsi; Cənubi Azərbaycanın Əhər mahalında Alvan kəndi; Zəngəzurda
(XIX əsr) Ağvanlı kəndi; Şuşa yaxınlığında Ağvan xarabalığı və s. (61, 350).
Erkən
orta əsrlərdə Şimali Azərbaycan ərazisi Albaniya adlanırdı. Eyni adlı türk dövləti
də həmin ərazidə yerləşirdi. Bu adın mənşəyini mənbələr üzrə ətraflı araşadıran
Q.Kazımov qeyd edir ki, «Alban xroniminin sözaçımı haqqında N.Y.Marr,
A.Yanovski, K.V.Trever, R.M.Maqomedov, Z.İ.Yampolski və başqaları bu fikirdədilər
ki, «alban» adı latın mənşəli söz olub «yüksəkliklər, dağlar ölkəsi» mənasını
verir (61, 353).
A.Bakıxanov
«Alban» etnoniminin tərkibindəki «alb» hissəsini latın dilindəki «alp» sözü ilə
əlaqələndirir və bunun da mənası təxminən «ucalıq, hündürlük» anlayışına
yaxındır (109, 34).
K.V.Trever
isə bu sözün «dağ» mənasında kelt mənşəli «alp» morfemi ilə bağlı olduğunu göstərmişdir.
Şotlandiyanın adının qədim keltcə Albaniya olduğunu və Şotlandiyanın ən
dağlıq adalarından birinin Arran adlandığını da qeyd etmişdir (123, 210).
Ə.Dəmirçizadə
«50 söz» kitabında «Alban» adının etimologiyasından danışarkən bu sözün mixi
yazılarında «al-ban» şəklində yazıldığını, «şimal əyaləti», «dağlıq»,
«dağıstan» mənalarında olduğunu və ermənilərin işlətdiyi, «Ağvan» sözünün də
eynilə həmin mənanı bildirdiyini qeyd
edir (32, 19-25).
K.Əliyev «alban» sözünü Xevusar əyalət kahinlərinin
dilində olan «müqəddəs meşə» mənasında «alvani» sözü ilə müqayisə etmiş, lakin
«alban» sözünün bu sözdən ola biləcəyini güman etməmişdir (106, 219).---------
A.Məmmədov
və Y.Yusifov isə öz əsərində Altan// Alpan, arran, ağvan sözlərini «işıqlı,
parlaq səma» mənalarında izah etmiş və onu mənşəcə avarlara tətbiq olunan halbi
sözü ilə əlaqələndirmişlər (75, 102).
M.
Seyidov Al tapınışı, Al və Alban sözbrinin etimologiyası haqqında qiymətli tədqiqatlar
aparmışdır. O, yazır ki, «Biz Azərbaycanın bir hissəsi Alban yer adının Azərbaycan-türk
dilləri və Azərbaycan təfəkkürü ilə əlaqəli olduğunu düşünürük. Bizcə, Alban
yer adı «al» və «ban» sözlərindən yaranmışdır. «Al» tərkibinə bir çox türkdilli
xalqların yer, o cümlədən dağ adlarında rast gəlmək olur. Misal üçün Altay,
Alaş, Alaşa və s. Bu dağ adlarındakı «al» tərkibi türk dillərində yüksəkliyi,
ucalığı, qüdrəti bildirir. Onda, Alban yüksək, uca ban, yəni uca ev, uca dam,
damı uca, yüksək yaşayış yeri deməkdir. Bu da çox təbiidir. Çünki Albanda
dağlıq çoxdur və görünür ki, onlar da ucalan dağları evin yüksək hissəsi kimi,
damı, banı sayırmışlar» (90, 82).
Q.Kazımov
da «Azərbaycan dilinin tarixi» kitabında Albaniya, Alban toponiminin
etimologiyası haqqında ətraflı danışmış və onun türk dillərinə məxsus «cəsur,
igid» mənalarını verən «alp» və «an» hissələrindən ibarət olduğunu bildirməklə,
Albaniya adının «igidlər, cəsurlar ölkəsi» mənasına gəldiyini vurğulayır (61,
156).
Q.Qeybullayev,
Q.Məşədiyev, M.Adilov, B.Budaqov, F.Xalıqov və digər tədqiqatçıların da Alban/Alpan/Alpout
toponimi haqqında fikirləri belədir ki, həmin söz «igid, cəsur» mənasını ifadə
edən türk sözü «alp» və «an» morfemlərindən ibarətdir (64, 216; 82, 143; 7,
276; 21, 39; 56, 94).
Alban/Alpan toponimi haqqında deyilənləri nəzərdən
keçirdikdən sonra belə qənaətə gəlmək olur ki, tədqiqatçıların bu söz
haqqındakı fikirlərini iki yöndən araşdırmaq olar:
1.
Bir qrup tədqiqatçı hesab edir ki, Alban/Alpan adı türk mənşəli olmayıb, «alp» və «an» hissələrindən ibarətdir ki, bu da
«uca, dağlıq yer» mənalarına gəlir.
2.
Digər bir qrup araşdırmaçılar isə elə düşünürlər ki, «Alban» toponimi «al» və
«ban» morfemlərindən əmələ gəlib və türk mənşəli sözdür. Mənası isə əvvəldə
qeyd etdiyimiz kimi, hündürlük, yüksəkliklə əlaqədardır.
Biz
isə Alban/Alpan toponimi haqqında o fikirdəyik ki, bu ad türk mənşəlidir və
«al» morfemi ilə «ban»ın birləşməsindən əmələ gəlmişdir.
Burada «al» qədim türklərin mifologiyasından gələn «Al» tanrısı ilə əlaqədardır
ki, o da «ucalığı, yüksəkliyi» ifadə edir. Yəni Alban sözündə «ucalıq, yüksəklik»
həmin «Al» tanrısından qalan yüksəklikdir. «Ban» morfemi də qədim türklərdə yer
mənasını ifadə edən sözdür.
Yekun
olaraq o qənaətə gəlmək olar ki, Alban/Alpan toponimi qədim türklərin mifik
dünyagörüşü ilə əlaqədar olaraq meydana çıxmış və zaman kecdikcə etnonim və
toponimə çevrilmişdir.
Alpout – Hal-hazırda Azərbaycan ərazisində Alpout adında 6 kənd var (Bərdə,
Ucar, Goranboy, Göyçay, Ucar, Laçın). Ancaq XX əsrin əvvəllərinə qədər Qafqazın
türklər yaşayan yerlərində 11 Alpout adlı kənd olmuşdur Toponim VII əsrdən adı
çəkilən «alpout» tayfasının adı ilə əlaqələndirilir. Onlar XI-XII əsrlərdə Səlcuqların,
XIV-XV əsrlərdə Qaraqoyunlu və Ağqoyunlu, XV əsrin axırlarından isə qızılbaş
tayfasının tərkibində Ön Asiya və Zaqafqaziyanın siyasi hadisələrində fəal
iştirak etmişlər. Səfəvilərə hərbi xiamət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif
yerlərində torpaqlar almışlar (34, 36).
Sevortyan
E.B. Alpout sözünü türk dillərində «yuxarı təbəqəyə mənsub olan», «ağalar»,
«mülkədarlar» kimi xarakterizə edir (120, 234).
Q.Qeybullayev,
M.Abbasova, T.Əhmədov, Q.Məşədiyev, F.Xalıqov, E.Abışov və başqaları Alpout
sözünün etimoloji izahına səy göstərmiş və sözün sonundakı -t samitini cəmlik
göstəricisi kimi təqdim etmişlər. Alp sözünü «qəhrəman», Alpout sözünü isə «qəhrəmanlar»
kimi mənalandırmışlar (64, 223; 11, 36;.34, 35; 84, 76; 56, 29; 2, 63).
Birinci tərəfi Alp olan mürəkkəb şəxs adlarına Orxon-Yenisey abidələrində
də təsadüf olunur: Alp Şahçı, Alp Urnu Tutuk və s. (96, 131).
F.Xalıqov
Alpout sözündən söhbət açarkən haqlı olaraq qeyd edir ki, həmin toponimin işlənmə
tarixi abidələrin özü qədər qədimdir (56, 91).
Deməli, qədim türk yazılı abidələrində və eləcə də «Kitabi-Dədə
Qorqud» dastanında izlərinə təsadüf olunan Alpout toponimini erkən orta əsrlərlə
bağlamaq düzgün olmazdı. Bunu sübut edən faktlardan biri də Alpout adının
ikinci tərəfi olan «out» morfeminin but//qut elementi ilə əlaqədar olmasıdır
ki, bu da Qorqud toponiminin ikinci tərəfindəki qud//qut elementidir. Həmin
qud//qut sözü isə qədim türklərin mifik dünyagörüşü ilə bağlanır.
Araşdırmalar göstərir ki, alpout sözünün kökündə dayanan «alp» morfemi
«Al» tanrısı ilə əlaqədar olduğu üçün həmin mənaları ifadə etmişdir. Türk dillərinin
səs quruluşunun inkişaf tarixi də göstərir ki, «alp» forması – VCC heca tipi
prototürk dili üçün səciyyəvi deyil (28, 159).
Yəni,
qədim türk-Azərbaycan dili üçün bir sait, bir samit, ya da əksinə quruluşlu
heca tipi daha çox xarakterikdir ki, nəinki sait+samit+samit forması.
Deməli,
qədim yazılı abidələrə və tədqiqatlara əsaslanaraq demək olar ki,
Alpout//Alpağut adı ilk öncə türk-Azərbaycan dilində sonra etnonim və ən nəhayət
toponim kimi meydana çıxmış və qədim türklərin «Al tapınışı» ilə əlaqədardır.
Ucar rayonu ərazisindəki «Alpı» toponimi də bir daha təsdiq edir ki, Alpout //
Alpağut toponimi mifoloji dünyagörüşlə səsləşir.
Aldədə. Tovuz rayonunda
Axınca çayının günbatan tərəfində əfsanəvi bir abidə yerləşir. Bu abidə «Aldədə»
adlanır. Yerli əhali ona şəfa verən bir ocaq kimi baxırlar, hətta onun üstündə
niyyət qurbanları da kəsirlər. Əhali bu abidəni XIX əsrin əvvəllərində yaşamış
bilici Ağamirzəli adlı bir seyidlə əlaqələndirirlər. «Abidə»ni Alı dədə kimi
yozanlar da vardır.
Tovuz
rayonunun toponimlərini ətraflı araşdıran Z.Xasiyev haqlı olaraq yuxarıda göstərilən
yozumlarla razılaşmayaraq yazır: «Araşdırmalar göstərir ki, Aldədə xalqımızın
mifik təfəkkürü ilə bağlı inam və etiqadları özündə yaşadan bir abidədir. Həm də
bu abidə Xunan yurdunun ilk kökləri olan türk qövmlərinin yadigarıdır» (55, 28).
Müəllif,
«Aldədə» toponiminin etimologiyasını açmaq üçün, tədqiqatında «Aldədə» əfsanəsini,
mifini olduğu kimi verir və bununla da öz fikirlərini əsaslandırır.
Azərbaycan
mifologiyasının görkəmli tədqiqatçılarından olan M.Seyidov da «Azərbaycan
xalqının soykökünü düşünərkən» kitabında «Al» tapınışı ilə əlaqədar olaraq «Aldədə»
adının etimologiyasına toxunmuş və «Aldədə» sözünün tərkibindəki «al» morfemini
«ulu», «uca» mənaları ilə bağlayaraq, həmin toponimin «ulu dədə» mənasında işləndiyini
göstərmişdir (91, 78). Həmin ululuğun özü də qədim türklərin mifik inamları ilə
bağlıdır. R.Hümbətova öz tədqiqat əsərində bunu bir daha əsaslandırmışdır.
Biz
də düşünürük ki, «Aldədə» toponimini hər hansı konkret bir şəxsin adı ilə
bağlamaq xalq etimologiyasından başqa bir şey deyil və bu cür fərziyyələrlə həmin
sözün etimologiyasını açmaq qeyri-mümkündür. Elə hesab edirik ki, Z.Xasiyevin
«Aldədə» toponimi haqqındakı mülahizələri tamamilə doğrudur. «Aldədə» toponimi
qədim türklərin mifik dünyagörüşü ilə əlaqədar olaraq meydana çıxmışdır.
Allar – Yardımlı və Cəlilabad rayonlarında həm
kənd, həm də çay adı mövcuddur (11, 34). Ayrı-ayrı tədqiqat əsərlərində və
ensiklopedik lüğətlərdə qeyd edirlər ki, Allar toponiminin əsl Adı «Alar»
olmuşdur və toponim özündə «alar» etnonimini əks etdirir (28, 165).
Alarlar
yayı Talış dağlarında, qışı isə Muğanda keçirirdilər. 1870-ci ilin məlumatlarına
görə, alar tayfası parçalanmış və müxtəlif adlar altında bir neçə kəndin əsasını
qoymuşlar. Onlar monqol yürüşlərində iştirak etmiş türk-monqol mənşəli orant
tayfasının bir qolu olmuş və həmin əsrdə Talış zonasına köçürülmüşlər (34,
234).
Hal-hazırda
da yerli əhali həmin kəndləri «Alar» kimi tələffüz edirlər. Yuxarıda gətirdiyimiz
sitatda deyilir ki, «Allar» toponiminin qədim forması «Alar» olmuşdur. Ancaq
araşdırmalar göstərir ki, bu heç də belə deyildir. Əgər belə olsa, onda həmin
toponim «al» və «ar» morfemlərindən ibarət olur ki, türk dillərində də feil əsasında
formalaşan onovahidlər qədimə getdikcə azlıq təşkil edir.
Düşünürük
ki, «Allar» toponimi «Al» və «lar» hissələrindən ibarətdir və bu variant daha
qədim hesab olunmalıdır. «Allar» toponiminin mənası «al tayfasına mənsub
olanlar» deməkdir ki, bu söz dilimizin sonrakı inkişafı nəticəsində «l»
samitinin düşməsi ilə baş vermişdir. Həmin faktları təsdiq edən türk dillərinin
etimologiyasına aid bir neçə əsərlərdə olduqca zəngin materiallar mövcuddur (108,
36; 114, 49; 120, 105).
Alcanlı – Şamaxı rayonu ərazisindəki bu dağın
adını «alıcanlı» sözü ilə əlaqələndirirlər (11, 37). Bu əlaqələndirmə xalq
etimologiyasına əsaslanır. Ona görə də həmin fərziyyəni həqiqətə uyğun hesab
etmək doğru olmaz. «Alıcanlı» dağının quruluşu bizə əsas verir ki, onu türk
dillərində «ucalıq», «yüksəklik» bildirən «al» sözü ilə əlaqələndirək. Yəni bu
oronim daha çox hündürlük bildirən «al» sözü ilə bağlı ola bilər.
Qərbi
Azərbaycan, indiki Ermənistan ərazisində hündürlüyü 3000 metrə çatan «Al»
adında möhtəşəm bu dağın olması da, «Alıcanlı» oroniminin daha çox «Al» tapmışı
ilə bağlı ola biləcəyinə əsas verən faktlardandır (60, 114).
Aldərə
–
Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında indiki Meğri rayonunda
eyni adlı kənd və çayın adı. Aldərə kəndi Araz çayının sahilində yerləşir. Həmin
kənddə 1988-ci ilə qədər azərbaycanlılar yaşamışlar.
H.Mirzəyev
və İ.Bayramov «Aldərə» toponiminin etimologiyasından danışarkən göstərirlər
ki, toponim qədim Azərbaycan dilində «qırmızı» mənasını bildirən «al» sözü ilə
«dərin çuxur» mənasını ifadə edən «dərə» sözünün birləşməsindən formalaşmışdır
və «qırmızı dərə» mənasını ifadə edir (85, 79; 19, 60).
Düzdür tədqiqatçıların dediklərində müəyyən mənada həqiqət var, ancaq
B.Budaqov isə yazır ki, «Aldədə toponimi Əli və «dərə» sözündən ibarətdir»
(21, 46). Biz elə hesab edirik ki, Aldərə toponimi haqqındakı birinci fikir
daha çox həqiqətə yaxındır. Lakin burada «al» sözü qırmızı yox, «dərin dərə» mənasını
ifadə edir ki, bu da qədim türklərin mifik dünyagörüşü ilə bağlı ola bilər.
Alkavanis – 1728-ci ildə İrəvan əyalətinin
Göycə mahalında kənd adı. M.Abbasova hesab edir ki, Alkavanis toponimi türk
dillərində «yüksəklik» mənası ifadə edən «alik» və «kənd, oba» mənasını daşıyan
«avan» sözlərindən ibarət olub, «yüksəklikdə yerləşən kənd» deməkdir. Alkavanis
isə sözün ermənicə tələffüz formasıdır (11, 37).
Onu
da qeyd edək ki, «Adkavanis» həmin kəndin ermənicə tələffüz formasıdır.
Göründüyü
kimi, «Alkavanis» toponiminin kökündə «yüksəklik», «ucalıq» məfhumları müəyyən
dəyişikliklərlə mühafizə olunmuşdur.
«ALA» DERIVATLI MİFOLOJİ
TOPONİMLƏR
Türk
dillərində, xüsusilə də Azərbaycan dilində «Al» köklü mifoloji antropotoponimlərin
linqvistik xüsusiyyətlərini araşdırarkən məlum olur ki, həmin toponimlərin bir
qrupu «al» morfeminin «ala» derivatı əsasında formalaşmışdır. Ancaq burada nəzərə
almaq lazımdır ki, «ala» köklü bir qrup adlar vardır ki, onlar ümumiyyətlə «Al»
tpınışındm gələn «ucalıq», «yüksəklik» məfhumu ilə bağlı olmayıb, «ala-tala»,
«ağ-boz» əlamətləri ilə əlaqədardır. Ancaq, «ala» köklü toponimlərin əksəriyyəti
məhz «hündürlük» anlayışı ilə bağlıdır. Bu kimi mifoloji toponimlər çoxdur.
Onlardan Ala göllər, Aladaş, Alakol,
Alagöz, Alatava, kimi mifoloji toponimlərin
mahiyyətini, linqvistik xüsusiyyətlərini
açıqlamışıq.
Ala
göllər – Azərbaycan ərazisində Kəlbəcər və Laçın rayonlarının ərazisində
Kiçik Qafqaz və Qarabağ yaylasında eyni adlı göl və dağların (zirvələrin)
adıdır. Ən böyük gölləri Böyük Alagöl və Kiçik Alagöldür. Vulkan püskürmələri
və çayların qabağının kəsilməsi nəticəsində əmələ gəlmişdir.
Azərbaycan
toponimiyasında «ala» komponentli yer adlarından danışarkən tədqiqatçıların əksəriyyəti
göstərir ki, həmin ad ətraf süxurların ala (boz) rənginə görə belə
adlandırılmışdır.
Ancaq
biz yuxarıdakı fikirlə razı deyilik. Ona görə ki, hər 3 (üç) toponim relyeflə
bağlı ola bilməz. İkincisi isə həmin toponimlərin hər üçünün ən yüksək obyektlər
olması da bizə əsas verir deyək ki, Ala göllər adının mənşəyi mifologiyamızdan
gələn «Al»la bağlıdır. Heç də təsadüfi deyil ki, «Ala göllər» Azərbaycan
Respublikasının ən uca dağ gölü hesab olunur.
İnsanın
bədən üzvlərindən biri olan «alın» – «ın» tərkibindəki «al» morfemi də məhz
«yuxarı», «hündür» yerə işarədir.
Buna görə də biz hesab edirik ki, Ala göllər hündürlükdə yerləşən
«göllər» mənasına daha çox uyğun gəlir.
Qarabağ
silsiləsinin şimal hissəsində, Kəlbəcər və Ağdərə rayonları sərhədində yerləşən
və hündürlüyü 2583 metrə çatan Alaqaya zirvəsinin adı da fikrimizcə həmin mənanı,
yəni «hündür», «yüksək» qaya mənalarını verir.
Aladaş – Xızı rayonunda, Dudar
və Gilgil çayları arasında dağ silsiləsi. Baş Qafqaz silsiləsinin qollarından
biridir. Tədqiqatçıların fikirncə, həmin dağ silsiləsi «Aladaş» qayasının adı
ilə adlandırılmışdır və burada «ala» süxurlarının müxtəlif rəng çalarını ifadə
edir (11, 31). Q.Qeybullayev və N.Məmmədli də öz tədqiqatlarında «ala»
komponentli toponimlərin tərkibindəki həmin morfemin «rəng» bildirməsini qeyd
edirlər.
E.Koyçubayev
həm öz lüğətində, həm də digər əsərlərində yeri gəldikcə «ala» komponentli
toponimlərin, xüsusilə də oronimlərin etimologiyasına toxunmuş və həmin
toponimlərin adlarının hamısının bir sistem halında rənglə bağlı olmadığı qənaətinə
gəlir (114, 92).
Biz də E.Koyçubayevə əsaslanaraq
«Aladaş» toponiminin rənglə yox, hündürlüklə bağlı olması qənaətindəyik.
Alakol – Tovuz rayonunda ən iri kəndlərdən biridir. 1961-ci ilin məlumatlarına
görə, Alakol sovetliyinə Köhnəqala, Məşədilər, Aşrallar və İbrahimhacılı kəndləri
də daxil olmuşdur. Bu kəndin torpağının bir hissəsi Qırıxlı kəndinə düşdüyündən
həmin yer Alakol Qırıxlısı adlanmışdır.
1954-55-ci
illərdə Düz Qırıxlı kəndində gedən planlaşdırma bu ərazidəki qırıxlıların öz
kəndlərinə köçmələrinə səbəb olmuş və bundan sonra Alakol Qırıxlısı toponimi də
sənədlərdən silinmişdir (55,
85).
«Azərbaycan
toponimləri» kitabında Alakol toponimindən söhbət açılarkən qeyd edirlər ki,
«bu ad seyrək bitkili yer, adda-budda kollu sahə» mənasındadır (11, 31),
Z.Xasiyev
isə «Alakol» toponiminin etimologiyasını və digər linqvistik xüsusiyyətlərini dərindən
araşdıraraq yazır: «Alakol linqvistik baxımdan mürəkkəb quruluşa malik addır.
Ala və kol komponentlərindən yaranmışdır. Maraqlıdır ki, tərəflərin heç biri
müasir mənada işlənilməmişdir. Hər iki söz (ala və kol) semantik baxımdan
çoxdan arxaikləşmişdir. Ala komponenti türkdilli xalqlarda yer, xüsusən dağ
adlarında öz ilkin mənasını mühafizə edib saxlamışdır. Məs: Alpan, Alban,
Alazan, Alaşa, Alpaut və s. Ümumiyyətlə toponimik vahidlərdə al morfeminin ala
derivatı xüsusi yerlərdən birini tutur. Al və onun derivatı ala söz yaradıcılığında
daha məhsuldar olmuşdur. Al/ala sözləri həm də çoxmənalıdır. Əksər türk dillərində
işlənən bu söz «böyük», «yüksək», «uca», «qüdrətli», «ulu» və s. mənalarda göstərilmişdir.
Alakol toponimində ala «böyük», «geniş» mənalarında özünü göstərir. Kol isə
qədim türk dillərində «aran yeri» mənasını ifadə edir. Deməli, Alakol «böyük
aran yeri» anlamındadır (53, 85).
Düzdür
Z.Xasiyev Alakol toponiminin mənasını düzgün müəyyənləşdirmişdir, ancaq ala
morfeminin həmin mənada qədim türklərin «Al tapınışı» ilə bağlılığını qeyd etməmişdir.
Alagöz – İrəvan quberniyasının
Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd rayonunda kənd, eyni rayonda mahal,
İrəvan quberniyasının Aleksandropol qəzasında kənd, Əzizbəyov rayonunda göl,
dağ və s.
Tədqiqatlar
göstərir ki, Alagöz toponimi Cənubi Qafqazda geniş yayılmışdır. Dağıstan və
Gürcüstan ərazilərində də Alagöz adlı dağ və su obyektləri mövcud olmuşdur (17,
43).
Alagöz
toponiminə hələ V əsrə aid mənbələrdə təsadüf olunur. Bu toponim erməni mənbələrində
Alayaz, Alagəz, Alagöz və s. formalarda xatırlanır. Alagöz adının türk xalqlarında
geniş yayılması bu toponimin etnonim mənşəli olmasını əsaslandırır və bu adda
toponimlərin arealının geniş olması isə həmin etnosun geniş yayılması ilə əlaqədardır
(49, 76).
Bütün
tarixi, coğrafi və linqvistik araşdırmalarsa göstərir ki, həmin etnos ona görə
Alagöz adlanıb ki, onlar hər zaman nisbətən hündür, dağlıq, uca yerlərdə yaşamışlar.
Yəni Alagöz toponiminin gözün rəngi anlayışı ilə heç bir əlaqəsi yoxdur.
Alagöz
toponimi ilə bağlı maraqlı məsələlərdən biri də bu adın ikinci tərəfi olan «göz»
morfemi ilə bağlıdır. Belə ki, indiyə qədər nə lüğətlərdə, nə də monoqrafik tədqiqatlarda
Alagöz toponiminin ikinci tərəfi olan «göz» morfemi haqqında demək olar ki, məlumat
verilməmişdir. Yalnız birinci tərəfə nəzərən həmin adın mənasını bildirməklə
kifayətlənmişlər. Biz isə elə düşünürük ki, göz//gəz//qas//qaz morfemləri ilə
bağlıdır. Yəni, qas→qaz→gəz→göz→kaş istiqamətində fonetik dəyişmə baş
vermişdir. Başqa şəkildə «göz» morfemini türklərdə heç cür izah etmək olmur.
Qaz morfemi həmin elementdir ki, Qavaqaz toponiminin bir hissəsini, Qazaq
toponiminin birinci hissəsini təşkil edir. «Kitabi-Dədə Qorqud» dastanında
Qazlıq dağı məhz «ucalıq», «ululuq» rəmzi kimi simvolizə edilir. Qaz//qas
morfemi haqqında C.Ataniyazov, R.Yüzbaşov, Q.Qeybullayev, T.Əhmədov,
M.Seyidov və başqaları ya birbaşa, ya da dolayısı ilə bəhs etmiş və belə nəticəyə
gəlmişlər ki, qaz morfemi «uca», «hündür» mənalarını ifadə edən qədim türk
sözüdür (114, 63; 108, 71; 103, 42; 34, 82, 90, 101). Biz də həmin fikirlə
razılaşırıq və belə hesab edirik ki, Alagöz toponiminin ikinci tərəfini təşkil
edən göz sözü məhz «qaz//qas» sözünün fonetik variantlarıdır ki, bu cür səs dəyişməsi
də türk-Azərbaycan dilində tam qanunauyğun haldır.
Yekun
olaraq Alagöz toponimi haqqında belə bir qənaətə gəlmək olar ki, Alagöz adı
«hündür», «uca yer», «məkan» anlayışı ifadə edir ki, bu da qədim türklərin
mifik inamları ilə bağlıdır.
Biz
elə düşünürük ki, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər
(Vardenis) rayonunda yerləşən Alapapaq hidroniminin etimologiyasının əsasında həmin
«Al tapınışı» ilə əlaqədar olan mifoloji inam dayanır. İndiki Ermənistan – Qərbi
Azərbaycanda yerləşən Alapars, Alaçıq daş, Alaçıq qaya və digər yer-yurd adları da çox güman
ki, elə qədim azərbaycanlıların mifik təfəkkürü ilə bağlı olaraq meydana gəlmişdir.
Bunu onların relyefi də sübut edir. Belə ki, tədqiqatlar zamanı məlum olmuşdur
ki, yuxarıda adları çəkilən «ala» morfemli toponimlərin hamısı nisbətən
hündürlüklə bağlıdır (118, 94).
Alatava – Bakı şəhərində yaşayış sahəsinin adı. Bakı şəhərinin və Abşeronun
toponimlərindən danışan tədqiqatçılar Alatava oykoniminin etimologiyasından
söhbət açarkən bir qayda olaraq bildirirlər ki, toponim «ala» (türk dillərində
«boz», «bozumtul») və «tala» (təpə, dağ, qaya, yayla) sözlərindən ibarət
olub, «bozumtul yayla» yaxud «yüksək yayla» mənasındadır (11, 156).
Onu
da qeyd etmək lazımdır ki, Alatava toponiminin mənası ilə bağlı tədqiqatçıların
fikrini iki istiqamətdə xarakterizə etmək olar: 1) Bir qrup tədqiqatçı hesab
edir ki, Alatava oykoniminin mənası rəng bildirən «ala» morfemi ilə bağlıdır və
onun mənası «boz, bozumtul yayla, təpə» anlamlarına gəlir. 2) Digər bir qrup tədqiqatçı isə daha çox Bakı şəhərinin, o cümlədən
də Alatavanın relyefinə istinad edərək onun etimologiyasını «hündürlük» bildirən
«ala» sözü ilə əlaqələndirərək, bu toponimin «yüksəkdə, hündürlükdə yerləşən
yayla, məkan» olduğunu əsaslandırırlar. Biz də ikinci fikri həqiqətə daha yaxın
hesab edir və onu qəbul edirik. Doğrudan da Alatava yaşayış massivi Bakı şəhərində
ən yüksəkdə yerləşən obyektlərdəndir (55, 287).
Alaşa – Astara rayonunda kənd. Lənkəran ovalığındadır. Toponimin yerli tələffüz
forması Ələşodur. Coğrafi adın «ala» komponenti türk dillərində «iri, böyük»
deməkdir. Şa komponenti isə həyat sözünün qədim variantı olub, «böyük həyat» mənasını
bildirir (117, 98; 11, 154).
XIX
əsrə və XX əsrin birinci yarısına aid mənbələrdə Alaşa toponiminə əksərən Alaş
formasında təsadüf olunur. Ələşo variantına isə mənbələrdə demək olar ki, rast gəlmirik.
Alaşa
adına dərindən yanaşdıqda məlum olur ki, əslində əsasən
talış dilli yerli əhali həmin sözü Ələşo formasında tələffüz edir ki, bu da
İran dilləri üçün xarakterik fonetik hadisədir.
M.Seyidov
«Al» komponentli dağ adlarından söhbət açarkən yazır: «Al//al» tərkibinə bir
çox türkdilli xalqların yer, xüsusilə dağ adlarında rast gəlmək olur. Misal
üçün Altay, Alaşa və s. Bu dağ adlarındakı «al» tərkibi türk dillərində yüksəkliyi,
ucalığı, qüdrəti bildirir. Ümumiyyətlə, «al» türk dillərində çoxmənalı sözdür;
Altay dilində «hündür», «uca», «yüksək», «qüdrətli», «ulu», türkmən dilində
«yüksək», «uca» anlamları vardır. Elə «al» sözünün bu anlamına əsasən türkoloji
dilçilikdə belə ümumi və doğru bir qənaət vardır ki, Altay – uca dağ deməkdir
(90, 78).
Daha
sonra müəllif Alaşa//Alaş toponimi haqqında fikrini daha da konkretləşdirərək
qeyd edir: «Alaşa//Alaş-al+aş-dakı «al»ın «uca» «aş//əş»in isə «tay» anlamı da
vardır. Alaşa//Alaş, yəni ucalığa, ucaya tay» (90, 78).
Astara
rayonu ərazisində yerləşən Alaşa mineral bulaqlarının və çayının eyni zamanda
kəndinin relyefi də bizə əsas verir ki, M.Seyidovun mülahizəsi ilə razılaşaq.
Alazan-Qanıx
–
Kür çayının ən böyük sol qolu. Alazan çayı Azərbaycan Respublikası ilə
Gürcüstan Respublikası sərhədi boyunca olan hissəsinin adıdır. Bu çay Zaqafqaziyanın
ən böyük çaylarından biridir. Uzunluğu 413 km-ə yaxındır. Gürcüstan ərazisində
bu çay Alazani, respublikamızda isə Qanıx çayı adlandırılır (46, 110).
Hələ
e.ə. I əsrdə Yunan coğrafiyaşünası Strabon öz əsərində həmin çayın hər iki adını
çəkmiş və Albaniyada Kaspi dənizinin, Kürün, Arazın, Alazanın, Kürün qollarından
Roytak, Sandoban, Xan hidronimlərinin adlarını müasir Azərbaycan dili ilə
müqayisədə azacıq fonetik dəyişikliklə eyni
cür qeyd etmişdir (68, 121-125).
Tədqiqatçıların
əksəriyyəti Alazan-Qanıx hidroniminin etimologiyasını udin, saxur və ləzgi dillərində
«su», «çay» mənası verən «xan» və «-ex» sözdüzəldici şəkilçisindən ibarət
olduğunu göstərirlər (119, 66; 36, 37). N.Əsgərov isə
Alazan-Qanıx adından bəhs edərkən hər iki hidronimin tayfa adı ilə bağlı
olduğunu yazır və Ə.Əliyevə əsaslanaraq Qanıx adını «Qanlı» adlı türk tayfasının
adı idə bağlayır (46, 111).
Biz
isə Alazan-Qanıx hidroniminin etimologiyası haqqında o qənaətdəyik ki, həmin
ad Qanlı etnonimi ilə yox, Qınıq//Kınıq tayfa Adı ilə bağlıdır. Qınıq adına «Kitabi-Dədə-Qorqud»
dastanında da rast gəlirik: «Biri Qanturalı, biri Qara Çəkur və oğlu Qırxqınıq
və Boz ayğırlı Beyrək» (95, 89). Göründüyü kimi, Oğuz qəhrəmanının adı iki hissədən
(qırx+qınıq) ibarətdir. «Oğuznamə»lərdə Oğuz tayfalarının içərisində kınıq
boyu da xatırlanır. Mənbələrdə qayı, qınıq və boyat Oğuz tayfalarının ən öncülü
sayılmışdır. Anadoluda qınıqlarla bağlı 70-dən çox kənd mövcuddur və Oğuzlarda
qınıq// künüq tayfa adı kimi işlənir. Məsələn: Kınıq Səlcuq, Kınıq Qazıqurd,
Kınıq Albaş və s. A.Bayramov da öz tədqiqatlarında həmən məsələlərə müəyyən mənada
diqqət çəkmişdir (18, 79-80).
Bunları
deməkdə məqsədimiz ondan ibarətdir ki, Qanıx hidroniminin «Qınıq» etnik adı ilə bağlılığı daha ağlabatandır. Hidronimin tərkibində
birinci komponent kimi çıxış edən Alazan onovahidi də heç şübhəsiz, türk mənşəli
addır. Yuxarıda qeyd etdiyimiz kimi gürcülər bu çaya Alazani
deyirlər və artıq sübut olunmuşdur ki, həmin ad qədim türklərin mifoloji
dünyagörüşü ilə bağlıdır.
Azərbaycan
ərazisində və digər türkdilli respublikaların ərazisində «al» morfemli mifoloji
toponimlərin bir qismi həm tarixən, həm də müasir səviyyədə «əl» formasında işlənir
ki, bu da Azərbaycan və bütün türk dilləri üçün qanunauyğun bir fonetik hadisədir.
Maraqlı cəhətdəndir ki, «Al» tapınışı ilə
bağlı formalaşan yer-yurd adlarını bir sistem halında nəzərdən keçirəndə bir
daha aydın olur ki, həmin qrup toponimlərdə mifoloji təfəkkür rüşeym halında
mövcuddur. Yəni həmin adların tarixən A1 tanrısı – inanışı ilə bağlılığı sanki
arxaik plana keçmişdir.
«AL» MORFEMİNİN «ƏL» FONETİK FORMASI
VASİTƏSİLƏ FORMALAŞAN MİFOLOJİ TOPONİMLƏR
Əlincə
–
Naxçıvan MR. Culfa rayonu ərazisində dağ, çay və qala adlarıdır. Əlincə qalası
sıldırım qayanın üstündə yerləşir və eyni adlı çayın sahilindədir.
Tədqiqatçıların
əksəriyyəti yekdilliklə qəbul edirlər ki, Əlincə çayı və dağı eyni adlı qalanın
adı ilə adlanmışdır (14, 20). Əlincə qalasının adı «Kitabi-Dədə Qorqud»
dastanında bir neçə dəfə çəkilir. VII əsrə aid erməni mənbələrində qalanın adı «Erincaq»
formasında işlənir. XIII əsrə aid mənbələrdə
isə
Alinca formasında qeyd olunur. Eldəgizlər dövründə mühüm hərbi istehkam
olmuşdur. XIII əsrdə Elxanilərin, XIV əsrdə isə Cəlairilərin hakimiyyətində olmuşdur. Qala 14 il
Teymur qoşunlarına qarşı müqavimət göstərmişdir. Teymurun ölümündən sonra isə
yenidən Cəlairilərin, sonralar isə Qaraqoyunluların, Ağqoyunluların və Səfəvilərin
hakimiyyəti altında olmuşdur (63, 98; 77, 272-274).
Əlincə
toponiminin etimologiyası haqqında müxtəlif fikirlər mövcuddur.
A.Axundov
Əlincə qalasının adını monqolların yürüşü zamanı Azərbaycana gəlmiş, əslən türk
olan «Əlcihanilərlə» bağlayır və bu adın həmin etnonimdən metateza və eliziya hadisələri
nəticəsində yarandığını qeyd edir (9, 34).
M.Seyidov
isə ehtimal edir ki, Əlincə adının ilkin forması «erinq // erenq» olmuşdur.
«Erunq»un «möhkəm» (tverdıy), «qüvvə» (sila), «qüvvətli» (silnıy), dövlət
(vlast) mənaları vardır. «Çaq» isə Azərbaycan dilində yer, məkan bildirən şəkilçidir.
Beləliklə, «Erincaq//Erincək» Əlincə «möhkəm, qüvvətli, dövlətli, hakimiyyəti
olan yer» deməkdir (90, 88-89). N.Məmmədovun fikrincə, Əlincəqala dağ adı ilə
bağlıdır (76, 83).
Əlincə
toponimi haqqında maraqlı fikirlər söyləyən tədqiqatçılardan biri də
A.Bağırovdur. O, Əlincə çayı ilə bağlı bu sözün mənşəyini ətraflı araşdırır və
belə nəticəyə gəlir ki, onun etimologiyasını monqolların gəlişi dövrü ilə əlaqələndirmək
olmaz. Çünki həmin dövrdən əvvəlki mənbələrdə bu toponimin adı bir neçə dəfə
çəkilir. Eyni zamanda həmin toponimin səs dəyişmələri nəticəsində yuxarıda adı
çəkilən etnonimdən əmələ gəlməsi versiyası da inandırıcı deyil. A.Bağırov yekun
olaraq o nəticəyə gəlir ki, Əlincəqala onomastik vahidi toponim səciyyəlidir.
Bu ad Nuh peyğəmbərin nəticəsi Alınca xanın Adı ilə bağlı yaranıb. Çox ehtimal
ki, Alınca xan da hakimiyyəti illərində yüksək dağ zirvəsində bu qalanı inşa
etdiyinə görə, qala onun adı ilə adlandırılmış və minilliklər boyu bu adı
yaşatmışdır (14, 19-21).
Biz Əlincə onomastik vahidi
haqqında bütün deyilənlərə hörmətlə yanaşırıq, ancaq elə hesab edirik ki, həmin
adın mənası «Al»
sözü ilə bağlı olub, səs dəyişməsi (a→ə) nəticəsində əmək gəlmişdir ki, onun da
mənasında «ucalıq», «hündürlük» dayanır və bu da öz növbəsində
Əlincə qalasının coğrafi mövqeyi ilə də təsdiqlənir. Deməli, Əlincə onomastik
vahidi qədim türklərin mifoloji dünyagörüşü ilə əlaqədardır.
Ələyəz – Ələyəz Dərələyəzin indiki Yexiqnadzor (Keşiş kənd) rayonunda azərbaycanlı
kəndidir. Tarixi mənbələrdə bu «Alagöz», «Kərimxan mərzəsi», «Ələyəz mahalı»
adı ilə də tanınır (19, 297). 1894-cü ilə qədər bu kənd Dərələyəzdə 20 kəndin mərkəzi
olmuşdur. Lakin 1894-cü ildən sonra çar Rusiyası bu mərkəzi Həsən kəndə köçürmüşdür.
1828-ci ildən sonra azərbaycanlıları zorla oradan çıxarıb erməniləri yerləşdirmişlər
(21, 216).
Dilçilik
ədəbiyyatlarında Ələyəz toponimi haqqında bu və ya başqa şəkildə məlumat
verilmişdir. A.Bayramov yazır ki, Ələyəz // Alagöz // Alakas // Aladağ-Şörəyel
vadisinin ətəklərində, hündürlüyü 4020 metr, sahəsi 8800 kvadrat kilometr olan
dağın və silsilənin adıdır. A.Bayramovun gəldiyi nəticə belədir ki, Ala sözü qədimdə
uca mənasını ifadə etmişdir (17, 79). Biz müəllifin bu fikri ilə razıyıq.
Deməli,
Ələyəz sözündə «ala» sözü «ələ» formasına düşmüşdür və bu da dilimizin Cənub
qrupu dialekt və şivələrinə xas olan fonetik hadisədir ki, həmin hadisə də Ələyəz
sözündə özünü göstərmişdir. Toponimin ikinci tərəfi olan «yəz» morfemi isə əvvəldə
Alagöz toponimindən danışarkən qeyd etdiyimiz kimi, tayfa adı olub (kas, qas,
qaz, gəz, göz, yəz) həmin onovahidlərin ikinci hissəsini təşkil edir.
Araşdırmalar göstərir ki, Ələyəz hündürlüklə bağlı meydana çıxmışdır. H.Mirzəyev
də öz tədqiqatlarında A.Bayramovun mülahizələri ilə razılaşır.
Ələt – Qaradağ rayonunda (Bakı) şəhər tipli
qəsəbədir. Xəzər dənizinin sahilində yerləşir. Toponimikaya aid əsərlərdə Ələt
adının türk-monqol mənşəli «oyrat» tayfasının Ələt//olet qolunun adından
alındığı söylənilir (12, 214).
Heredotun
məlumatına görə, Ələt Midiya çarlarından birinin adıdır. Ələt Midiyadan qaçmış
skifləri müdafiə etdiyinə görə onun adı yerli tayfalar arasında geniş
yayılmışdır (12, 214).
Qərbi
Azərbaycan (indiki Ermənistan) ərazisində, Ələtli kəndi və Dağıstanda eyni adlı
su obyekti olmuşdur. Fəzlullah Rəşidəddin Monqolustan ərazisində Ələt yaşayış məntəqəsi
haqqında məlumat vermişdir (88, 19). Mənbələrdən aldığımız məlumatlara
görə XVIII əsrin sonu XIX əsrin əvvəllərində Volqa boyunda Alat, Özbəkistan və
digər Orta Asiya ölkələrində Ələt adlı oykonimlər olmuş və olmaqdadır. Özü də
maraqlıdır ki, həmin onomastik vahidlərin hamısı türk xalqlarında mövcuddur.
Hal-hazırda isə Azərbaycan Respublikası ərazisində müxtəlif yerlərdə Ələt, Ələtli,
Baş Ələt və s. yaşayış məntəqələri mövcuddur. Bu oykonimlərin etnonim mənşəli
olması heç kimdə şübhə doğurmur. Ancaq biz T.Əhmədova əsaslanaraq elə hesab
edirik ki, Ələt oykonimi «oyrot» tayfası ilə deyil, elə Alat//Ələt adlı türk
tayfasının adı ilə bağlıdır ki, məlumatlara görə də həmin etnos qədimdə hündürdə,
dağlıq ərazidə yaşadığı üçün belə adlandırılmışdır. Bildiyimiz kimi, bu cür
adlandırma da qədim azərbaycanlıların – türklərin «Al» tapınışı ilə bağlı
meydana çıxmışdır.
Azərbaycan ərazisində qeydə alınan mifoloji toponimləri araşdırarkən məlum
olur ki, onların müəyyən bir hissəsini «Al» tapınışı ilə əlaqədar meydana
çıxan toponimlər təşkil edir. Maraqlıdır ki, indiyə qədər onomatoloqlarımız bu
məsələyə demək olar ki, diqqət yetirməmişlər. Bildiyimiz kimi «Al» sözünün
«ala» derivatı ilə birlikdə zəngin məna çalarları vardır və demək olar ki, onların əksər hissəsi dilimizin aktiv lüğət fonduna daxil
olmuş sözlərdir. Eyni zamanda həmin vahidlərin dilimizdə geniş işləklik dairəsi vardır.
Əvvəldə də qeyd etdiyimiz kimi, F.Cəlilov «al» morfeminin 6 nitq hissəsi üzrə
500-dən çox məna və məna çalarını müəyyən etmişdir
«A1
tapınışı» ilə əlaqədar meydana gələn onovahidləri araşdırdıqca şahidi olduq ki,
bu söz gündəlik məişətimizdə, ümumi leksikonumuzda nə qədər potensial imkanlara
malikdirsə, dilimizin onomastik sistemində də o qədər rəngarəng, geniş
çalarlara malikdir. Maraqlıdır ki, «Al» tapınışı ilə bağlı olan toponimlərin
hamısı demək olar ki, qədimliyi ilə seçilir və hamısı ya eyni ilə, ya da bu və
ya digər fonetik variantda digər türk dillərində işlənir. Demək olar onların
hamısı ilkin mənanı az və ya çox dərəcədə mühafizə etmişdir. Qədim türklərin
«Al» tapınışı mifi ilə əlaqədar olan toponimləri üç istiqamətdə tədqiq etmək
olar:
1.
Al morfemini olduğu kimi mühafizə etmiş toponimlər: Aldədə, Alpout, Alpan, Alban, Aldərə və
s.
2.
A1 morfeminin «ala» derivatı əsasında yaranan mifoloji toponimlər: Alaşa, Alakol, Alatava, Alagöz və s.
3.
Ala morfeminin «ələ» fonetik variantı əsasında formalaşan mifoloji
toponimlər: Ələt, Ələyəz, Dərələyəz və
s.
OCAQ-OD MİFOLOJİ OBRAZI İLƏ
BAĞLI TOPONİMLƏR
Azərbaycanda
qeydə alınan mifoloji toponimlərin bir qismi də «oda-işığa» inamla əlaqədar
olaraq meydana gəlmişlər. Ayrı-ayrı onovahidi izah etməzdən əvvəl qədim türklərdə
«oda-işığa» inamın mifoloji köklərini araşdırmaq və onun onomastik vahidlərdə
necə əks olunduğuna diqqət çəkmək istəyirik.
Bəllidir
ki, mifoloji dünyagörüş, o cümlədən də kosmoqonik təsəvvürlər müxtəlif şəkildə
folklor nümunələrinin tərkibində ayrı-ayrı janrlar vasitəsi ilə dövrümüzə qədər
gəlib çatmışdır. Özü də maraqlıdır ki, türk xalqlarının əksəriyyətində və azərbaycanlılarda
mifoloji motivlər ayrı-ayrı folklor janrlarının strukturuna elə hopmuşdur ki,
onları ayırmaq çox zaman mümkün olmur.
Qədim
insanların, eyni zamanda da türklərin mifik təfəkküründə dörd ünsür (od, su,
torpaq və hava) xüsusi rol oynayır ki, bu da onların yaradılış – ilk başlanğıc
haqqındakı təsəvvürlərini əks etdirir.
Novruz mərasimlərinə daxil olan su, od, yel və torpaq çərşənbələrinin
bayram edilməsi ənənəsi ritual-mifoloji mənasına görə bir başa yaradılışı
simvolizə etməkdədir. Dünyanın bu dörd ünsürdən yaranması ilə bağlı mifoloji təsəvvürlərin
olması elm aləminə çoxdan məlumdur və bu təsəvvürlər qədim Şərq və Yunan mənbələrində
özünə möhkəm yer tapmışdır. Qədim Çin, yunan, Misir mənbələri və eləcə də
Avesta buna əyani sübutdur. Dörd ünsürün yaradılışla bağlılığını əks etdirən ən
mötəbər abidələrdən biri də Novruz mərasimləridir. Burada bizim üçün ən
maraqlısı Novruz bayramı öncəsi keçirilən çərşənbələrdən od çərşənbəsidir. Bu çərşənbə
odun oyanışı, yəni havanın qızması və təbiətin istidən cana gəlməsi ilə
bağlıdır. Məlum olduğu kimi, mifoloji düşüncədə od Günəşin yerdəki bir
parçasıdır (11, 76). Hətta Altay türklərinin və Abakan tatarlarının miflərində günəş, ay və odun
qardaş olduğu söylənilir (53, 145). Məhz atəşpərəstlər odun günəşlə bağlılığını
nəzərə alıb, onu rəmzləşdirmişlər (84, 128). Günəş və onun bir parçası olan
odun insanların həyat və məişətində oynadığı rol əvəzsizdir. Doğrudan da, türk
xalqlarında, o cümlədən də azərbaycanlılarda od indinin özündə də müqəddəs bir
varlıq kimi qavranılır və «bu od haqqı», «bu ocaq haqqı» və s. ifadələr geniş
işləklik dairəsinə malikdir.
Od
məfhumu yuxarıda qeyd etdiyimiz kimi, qədim insanların, o cümlədən də qədim
türklərin həyatında, məişətində o qədər böyük rol oynamışdır ki, digər müqəddəs
varlıqlarda olduğu kimi, onun da adından adlandırmada istifadə etmişlər. İlk
öncə həmin varlığın adından öz övladlarını adlandırmaq üçün istifadə etmişlər.
Bildiyimiz
kimi «od-alov-atəş» məfhumu Azərbaycan dilində müxtəlif şəkildə
adlandırılmışdır və onların içərisində ən geniş yayılanı «qor»dur. Qor sözü
müasir Azərbaycan ədəbi dilində artıq arxaikləşmiş sözlərdəndir və «kül altından
qızaran köz» mənasındadır (84, 38). Ayrı-ayrı şair, aşıq və yazıçıların dilində
tez-tez işlənir:
Əl
uzatma köhnə ocaq yerinə,
Bilməzsən
sönməmiş qor olar onda.
(Aşıq Hüseyn)
Şölələnib-şölələnib
sönsəm də vaxtsız,
Külümün
altında qorum var mənim.
Misallardan
da göründüyü kimi, qor «öləziyən», «kül altında qızaran köz» mənasını daşıyır.
M.Seyidov,
Q.Məşədiyev, İ.Cəfərsoylu, T.Əhmədov, F.Xalıqov, E.Abışov və başqaları qor
sözünün leksik-semantik xüsusiyyətlərindən və qor komponentli onovahidlərin
bu və ya digər keyfiyyətlərindən ətraflı bəhs etmişlər (84, 148).
Beləliklə,
istər şifahi xalq ədəbiyyatında, istərsə də danışıq dilində təsadüf edilən
kor/gör/qor köklü sözlərin məhz türk mənşəli olub odla, işıqla bağlılığı qənaətinə gəlmək olur. Qor sözü və onunla
bağlı meydana gələn toponimlərin də məhz qədim insanların kultlaşdırdıqları
adla bağlılığı tədqiqatlarla sübut olunmuşdur (84, 33-40).
Azərbaycan
onomastikasında qor//kor//gor komponentli adlara, xüsusən də toponimlərə çox təsadüf
olunur: Goran, Goranboy, Goraz, Goradil, Gorazilli, Gürgan, Qorqan, Qorqundağ,
Qorçu və s. toponimlərin kökündə qor//gor komponenti dayanır. Bu cərgəyə
Koroğlu adını və onunla bağlı formalaşan toponimləri də əlavə etsək cərgə daha
da böyümüş olar.
Q.Məşədiyev
Goran, Goranboy və Gorus toponimlərinin izahına həsr etdiyi əsərində həmin
vahidlərin məhz qədim türklərin mifik inamları ilə əlaqədar olan qor sözü ilə
bağlılığını əsaslandırmışdır (83, 218).
«Azərbaycan
toponimləri» kitabında Goran, Goranboy, Gornalı, Gorus, Gorazıllı, Qürgan və s.
toponimlərin etimologiyasından söz açarkən həmin vahidlərin tayfa adı ilə
bağlı olduğunu qeyd etmişlər, ancaq onların necə yaranması məsələsinə
toxunmamışlar (11, 143).
Azərbaycan
dilində qor komponentli mifoloji toponimlərin içərisində Koroğlu adı ilə bağlı
toponimlər xüsusi lay təşkil edir.
Koroğlu
toponimi ilə bağlı toponimlərin izahına keçməzdən əvvəl bu adın mahiyyəti
haqqındakı fikirlərə nəzər salmaq istəyirik.
Tədqiqatçıların
bir qismi belə hesab edir ki, Koroğlu konkret tarixi şəxsiyyət olmuş və o, XVII
əsrdə Azərbaycan ərazisində baş vermiş Cəlalilər hərəkatına başçılıq etmişdir
(2, 74). Digər bir qrup tədqiqatçı isə belə hesab edir ki, Koroğlu adı və onun
hərəkətləri mifik mahiyyət kəsb edir və həmin ad «kor - görməyən» sözü ilə
deyil, «qor - işıq» sözü ilə bağlıdır. Onun nizəsi, qılıncı, atı və digər
keyfiyyətləri də onun qədim türklərin - azərbaycanlıların mifik dünyagörüşü ilə
bağlılığını sübut edir (90, 123; 13, 16; 98, 67).
Azərbaycan
folklorunda Koroğlu haqqındakı ifadə də bu baxımdan maraqlıdır: «Koroğlu dədədir
çıxma sözündən! Nəslimiz kəsilər torpaq üzündən» (99, 46). Bu kimi faktlar bir
daha sübut edir ki, Koroğlu qədim türklərdə əcdad kultu ilə əlaqədardır (99,
46).
Koroğlu//Qoroğlu
adı haqqında daha dərin və ətraflı məlumat verən M.Seyidov türk xalqlarının
yaradılış miflərini və «Koroğlu» dastanının bütün versiyalarını müqayisə edərək
yazır: «Mifik əfsanədə Qoroğlu // Koroğlu ilə Xızır qaynayıb-qarışsa da,
Qoroğlunun//Koroğlunun çox əski bir səciyyəsi – odla və dağla bağlılığı özünü
qoruyub saxlaya bilmişdir». Koroğluya açıqdan-açığa «qoroğlu – odoğlu» deyirlər
və o, qayada qışlayır. Mifik əfsanədə Qoroğlu – təbiətin ölüb-dirilməsinin, yəni
qışda təbiətin ölməsi, yazda isə dirilməsini təmsil edir (90, 306).
Biz
də öz növbəmizdə elə hesab edirik ki, Koroğlu// Qoroğlu onovahidi qədim türklərin
– azərbaycanlıların mifik təfəkkürü ilə bağlıdır və onun nüvə semantikasında
«odoğlu - qoroğlu» mənası dayanır. Bu fikri təsdiqləyən dəlillərdən biri də
Koroğlunun dastandakı adının Rövşən və atasının adının da Alı olmasıdır.
Bildiyimiz kimi, Rövşən fars dilində işıq mənasındadır və Alı sözünün də qədim
azərbaycanlılarda bir mənasının «işıqla-odla» əlaqəli olmasını M.Seyidov əsaslandırmışdır
(93, 178). Bizim bunları deməkdə məqsədimiz ondan ibarətdir ki, Koroğlunun
adının Rövşən və atasının adının da Alı olması təsadüfi ola bilməzdi. Özündə qədim
türklərin mifoloji dünyagörüşü sistemini ehtiva edir. Azərbaycanda Koroğlu adı
ilə əlaqədar bir çox toponimlər mövcuddur ki, onların demək olar ki, hamısı
respublikamızın Qərb bölgəsində qeydə alınmışdır: Koroğlu qalası (Laçın),
Koroğlu dərəsi, Koroğlu yarğanı, Koroğlu zağası (Gədəbəy), Koroğlu qalası,
Koroğlu dağı (Türkiyə-Qars və Ərdəhan əyalətləri), Koroğlu qalası (Ağdam, Şəmkir,
Tovuz, Gədəbəy). Biz Koroğlu adı ilə bağlı toponimləri mifoloji adlar hesab edirik.
Çıraq
– Kəlbəcər
və Dəvəçi rayonlarında kənd. Kəlbəcər rayonu ərazisindəki Çıraq kəndini Laçın
rayonundan köçüb gəlmiş eyni adlı tayfa saldığına görə o cür adlanmışdır (11,
540-541).
Dəvəçi
rayonundakı Çıraq kəndi isə Çıraqqala qalasının yaxınlığında yerləşdiyi üçün
bu cür adlandırılmışdır. Hər iki kəndin adında çıraq sözü «işıq», «od» mənalarmı
verir (90, 137).
Çıraqlı – Ağdam, Daşkəsən,
Laçın, Şamaxı rayonlarında yaşayış məntəqələrinin adı. Çıraq və Çıraqlı
oykonimlərinin etimologiyası və digər linqvistik xüsusiyyətləri bir çox tədqiqatçıların
diqqətini cəlb etmişdir. Çıraq//Siraq// Şirak adına hələ «Orxon-Yenisey» abidələrində
«sir budun / sir xalqın» formasında, «Kitabi-Dədə Qorqud» dastanlarında
«Şirak//Şəruk» formasında təsadüf olunur. T.Əhmədov çıraq və onunla bağlı
etnonimləri Şirak//sirak tayfası ilə əlaqələndirir (34, 41-42).
Toponimin Siraq-Şiraq-Çıraq formasında işlədilməsi həm müxtəlif müəlliflərin
öz dillərinə uyğun qeyd etməsindən, həm də müxtəlif türk xalqlarında, dialekt
və şivələrimizdə Ş~ S ~ Ç səs əvəzlənməsi nəticəsində olmuşdur.
Qərbi
Azərbaycanda qeydə alman Şirak, Şirak dərəsi, Şirakavan, Şörəyel//Şirakel
toponimləri məhz həmin variasiyalardandır (21, 310).
M.Seyidov
inandırıcı faktlarla sübut edir ki, Çıraq və onunla bağlı meydana gələn
etnotoponimlər mifologiyamızla ilişgilidir və onun əsasında «işıq», «günəşdən gələn
nur» dayanır (90, 54-56).
A.Bayramov,
İ.Bayramov, Q.Qeybullayev, İ.Cəfərsoylı, A.Axundov, F.Xalıqov və başqaları da
Çıraq komponentli onovahidlərdən bəhs edərkən onun «işıqla» bağlılığını göstərmişlər.
Ancaq M.Seyidov, A.Bayramov və H.Mirzəyev Çıraq//Siraq//Şirak toponiminin
mifoloji toponim olmasını daha tutarlı dəlillərlə, mənbələrə əsasən aydınlaşdırmışlar
(90, 56; 17, 71). Öz növbəmizdə biz də həmin müəlliflərlə həmfikirik və elə
hesab edirik ki, Çıraqlıbaşı, Çıraqdərə, Çıraqqaya, Çıgadüz və s. toponimlərin
də ayrı-ayrılıqda izahına ehtiyac yoxdur. Yalnız burada Çıragüz oykonimi diqqəti
çəkir ki, bu da çıraq adı ilə «uz//üz» tayfa adının birləşməsindən əmələ gəlmiş,
mürəkkəb quruluşlu toponimlərdir.
N Ə
T İ C Ə
Azərbaycan
onomastikasının bir layı olan mifoloji toponimlərin linqvistik təhlili zamanı əldə
edilən nəticələri aşağıdakı kimi ümumiləşdirmək olar.
1. Azərbaycan toponimlərini araşdırdıqca məlum
olur ki, mifoloji toponimlər bir sistem halında ya onların, ya da etnonimlərin
içərisində verilmişdir.
2. Əksər tədqiqatçıların qəbul etdiyi
mifoloji obraz – tanrı adı - etnonim-toponim istiqamətində keçid mifoloji
toponimlərin formalaşmasında da özünü göstərir.
3. Mifologiya hər bir xalqın söz sənətinin
özəyi – təməl daşı sayıldığı kimi, mifonimlər də xüsusi adlar sisteminin əsasında
dayanır.
4. Kosmoqonik miflərlə əlaqədar meydana gələn
toponimlərin formalaşmasında «günəş» və «ay» cisimləri xüsusi rol oynayır. Bu
da onunla bağlıdır ki, həmin obyektlər mifoloji obrazlar kimi kosmoqonik-astral
strukturun mərkəzində dayanır.
5. Türk dillərinin o cümlədən də Azərbaycan
dilinin ümumişlək leksikasında «al» köklü sözlər nə qədər geniş işləklik dairəsinə
malikdirsə, «al» tapınışı ilə əlaqədar formalaşan mifoloji toponimlər də o qədər
geniş işləklik dairəsinə malikdir.
«Al»
tapınışı ilə əlaqədar meydana gələn toponimlərin «el», «əl», «ələ» və s.
fonetik variantları mövcuddur və Ələyəz, Ələt, Elpanos və s. toponimləri
onlara misal göstərmək olar.
«Al»
tapmışı ilə əlaqədar formalaşan mifoloji toponimlərin hamısı həmin mifdən gələn
«ucalıq», «hündürlük» məfhumu ilə bağlıdır.
6. Koroğlu qalası, Koroğlu daşı, Goran,
Goranboy, Gorus, Qorqundağ, Qorqan və s. bu tipli toponimlər qədim türklərin
oda – işığa olan inamları ilə əlaqədar formalaşan toponimlərdir. Həmin yer-yurd
adlarının kökündə qor// kor//gör morfemi dayanır ki, onlardan da «işıq - od» mənasını
verən qor daha qədim hesab olunur.
7. Totemizm qədim türklərdə mifoloji sistemin
mühüm bir hissəsini təşkil etdiyindən totem hesab olunan varlıqların adı
toponimlərdə əsasən əks olunmuşdur.
8. Qurd totemi ilə əlaqədar meydana gələn
toponimlərin türk xalqlarında yayılma arealı daha genişdir. Ona görə ki, həmin
totemin adını daşıyan tayfa daha geniş ərazilərə yayılmışdır.
«Qurd»
heyvanı ilə bağlı yer-yurd adlarının böyük bir hissəsi ilə sırf təsviri mahiyyət
daşıyır ki, bunları da həmin totemlə bağlı mifoloji toponimlərdən fərqləndirmək
lazımdır.
9. İlanla bağlı mifoloji toponimlər də totemlərlə
əlaqədar yer-yurd adlarının içərisində ayrıca bir qrup təşkil edir. Və onların əksəriyyəti
düzəltmə söz formasındadır. İlan totemi ilə əlaqədar formalaşan toponimlər əsasən
Orta Asiyada yaşayan türkdilli xalqlarda geniş yayılmışdır.
10.
Quş totemləri (ornitoponimləri) ilə əlaqədar formalaşan toponimlər bir
sistem şəklində yırtıcı quşlarla bağlıdır. Belə ki, türk xalqları ev quşlarını
özlərinə totem götürməmişlər. Qartal, şahin, doğan, boz doğan, sunqur// şonqur
və s. qartal cinsindən olan quşları qədim türklər özləri üçün onqon (totem)
hesab etmişlər ki, məhz həmin quşlarla bağlı da mifoloji toponimlər
formalaşmışdır.
11.
Mifoloji toponimlərin quruluşca həm sadə, həm düzəltmə, həm də mürəkkəb
növü formalaşmışdır və onların yayılma arealı da genişdir.
İSTİFADƏ EDİLMİŞ
ƏDƏBİYYAT SİYAHISI
1.
Abdullayev K. M. Azərbaycan mifologiyasının tədqiqi yolları «Azərbaycan
filologiyası məsələləri». Bakı, 1983, s.205-212.
2.
Abışov E. Ş. El-oba adlarının izi ilə (Laçın). Bakı, 2007, 136 s.
3.
Acalov A.M., Novruzov M. D. Al tapınışı və onun izləri. «Azərbaycan
filologiyası məsələləri», Bakı, 1983, s.247-255.
4.
Acalov A.M. Dəli Domrul boyunun kökləri və mifoloji simvolikası». Azərbaycan
filologiyası məsələləri». Bakı, 1983, s.222-236.
5.
Adilov M., Paşayev A. Azərbaycan onomastikası. Bakı, 1987, 86.
6.
Ağbabalı A. Ağbaba sözünün mənşəyi. «Elm və həyat» jur., 1986, №10, s.8-13.
7.
Adilov M. Azərbaycan teonimikası / Azərbaycan onomastikası problemləri. Bakı, 1987,
s. 275-278.
8.
Ağasıoğlu F. Qədim türk eli (Saqa-Qamər boyları), Bakı, 2006, 128 s.
9.
Axundov A.A. Torpağın köksündə tarixin izləri. Bakı, 1983, 136 s.
10. Aslanov V.İ. XII əsrə
qədərki Azərbaycan dili haqqında. «Azərbaycan filologiyası məsələləri». Bakı,
1983, s.73-83.
11. Azərbaycan toponimləri
(Ensiklopedik lüğət). Bakı, 1999, 588 s.
12. Azərbaycan xalq əfsanələri.
Bakı, 1985, 285 s.
13. Azərbaycan mifoloji mətnləri.
Bakı, 1988, 196 s.
14. Bağırov A. Naxçıvanın
hidronimləri. Bakı, 2000, 92 s.
15. Baharlı M.V. Azərbaycan:
Coğrafi-təbii, etnoqrafik, iqtisadi mülahizat. Bakı, 1993, 208 s.
16. Bahadıroğlu V. Heyvanlar
aləmi və mifoloji mətnlər. «Azərbaycan təbiəti» jur., Bakı, 1993, N?4-6, s.8-10.
17. Bayramov A.Ə. Qədim
Oğuz elinin - Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları (toponimləri).
Bakı, 1996, 250 s.
18. Bayramov A.Ə.
«Kitabi-Dədə Qorqud» və Qafqaz. Bakı, 2001, 123 s.
19. Bayramov t. Qərbi Azərbaycanın
türk mənşəli toponimləri. Bakı, 2002, 696 s.
20. Bəndəliyev N.S. Çağan
və Kolanı adları haqqında. Azərbaycan onomastikası problemləri, №4,
Bakı, 1993, s.145.
21. Budaqov B.Ə.,
Qeybullayev Q.Ə. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti.
Bakı, 1998, 452 s.
22. Budaqov B.Ə. Türk
uluslarının yer yaddaşı. Bakı, 1999, 272
s.
23. Budaqov B.Ə., Əliyev
Ə.İ. «Kitabi-Dədi Qorqud» və toponimlərimiz. «Elm və həyat». №3, Bakı, 1986,
s.9-10.
24. Cavadov Ə.M. Qız, quz,
qur sözlərinin Oğuz etnonimi ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan
onomastikası problemləri. №4,
Bakı, 1993, s.107-109.
25. Cəfərsoylu İ. Sibirdə
Təbriz şəhəri. Bakı, 2002, 273 s.
26. Cəfərsoylu İ. Türk
dillərində etnonimlərlə kosmonim, teonim və toponimlərin qarşılıqlı əlaqəsi. Azərbaycan
onomastikası problemləri. №5,
Bakı, 1995, s.105-108.
27. Cəlilof F. A. Azərbaycan
dilində «al» köklü sözlər (tarixi-etimoloji etüd). «Azərbaycan filologiyası məsələləri»,
Bakı, 1983, s. 165-173.
28. Cəlilov F.A. Azərbaycan
dilinin morfonologiyası. Bakı, 1988, 285 s.
29. Cəlilov F.A. Qədim
türk etnonimləri. Azərbaycan onomastikası problemləri. №1, Bakı, 1987, s.81-83.
30. Cəlilov F.A. Qədim
qaşqay etnonimi. Azərbaycan onomastikası problemləri. №3, Bakı, 1990,
s.187-188.
31. Çobanov M. N. Azərbaycan
toponimiyasının əsasları, Bakı, 1998, 232 s.
32. Dəmirçizadə Ə.M. 50
söz. Bakı, 1968,
33. Eyvazova R.H.
Əfqanıstanda türk mənşəli toponimlər, Bakı, 1995, 244 s.
34. Əhmədov T.M. Azərbaycan
toponimikasmm əsasları. Bakı, 302 s.
35. Əhmədov T.M.
El-obamızın adları. Bakı, 1984, 128 s.
36. Əhmədov T.M. Azərbaycan
paleotoponimiyası. Bakı, 1985, 88 s.
37. Əhmədov T.M. Azərbaycan
toponimiyasında qədim türk elementləri. «Türk dillərinin quruluşu və tarixi» məcmuə,
Bakı, 1983, s.92-100.
38. Əhmədov Z.H. «Suya
etiqad və totemlər», «Elm və həyat» jur. 1986, №4, s.24-25.
39. Əhmədova E.Z. Azərbaycan
etnonimləri. Bakı, 2007, 128 s.
40. Əliyeva R.Z. Qanun,
2002, 135 s.
41. Əliyev R.M. Azərbaycan
nağıllarında mifik görüşlər. Bakı, 1992, 116 s.
42. Əliyev F.V. Qaşqa
toponimi haqqında. Az.O.P. №4,
Bakı, 1993, s.115.
43. Əliyev V.H. Azərbaycan
toponimiyası. Bakı, 1999, 276.
44. Əlizadə Ə.R. Azərbaycan
folklorunda təbiət kultları 2008, 176 s.
45. Əlizadə Ə.R. Qurlulu,
Emir, toponimləri. Azərb. SSR EA xəbərləri (Ədəbiyyat, dil və incəsənət ser.),
№1, 1974, 66-73.
46. Əsgərov N.Ə. Azərbaycan
hidronimləri. Bakı, 2002, 146 s.
47. Əsgərov N.Ə. Azərbaycan
hidronimləri və xalq etimologiyası. Az. O.P. №3, Bakı, 1990, s.194-196.
48. Əsgərov N.Ə. «Göy»
komponentli Azərbaycan hidronimləri. Az. O. P. №2, Bakı, 1988, s.272-274.
49. Əsgərov N.Ə. Areal
türk onomastikasının linqvistik xüsusiyyətləri. Bakı, 2005, 458 s.
50. Hacıyev T.Ə.
Onomastik vahidlər dilin unudulmuş mənalarının qoruyucusu kimi. Azərb. Ono. Pp.
Dair konfransın materialları. Bakı, 1987, s.278-280.
51. Hacıyev T.Ə. Azərbaycanın
qədim onomastikasına dair. Azərbaycan filologiyası məsələləri. II buraxılış,
1984, s. 12 136.
52. Hüseynzadə Ə.A.
Müasir Azərbaycan toponimiyasında tayfa adlarının izləri. Azərb.SSR EA Xəbərləri
(Tarix, fəlsəfə və hüquq seriyası). Bakı, 1973, №2, s.21-29.
53. Xalisbəyli T.T. Qurd
toponimi haqqında bəzi qeydlər. Azərb. Ono.pro. dair konfransının materialları.
Bakı, 1987, s.143-145.
54. Xalqımızın deyimləri
və duyumları. Bakı, 1988. 286 s.
55. Xasıyev Z.Ə. Tovuzun
toponim dünyası. Bakı, 1997 112 s.
56. Xalıqov F.R. Folklor
onomastikası. I hissə. Bakı, 1998. 137 s.
57. Xalıqov F.R. Folklor
onomastikası. II hissə. Bakı, 2000, 132 s.
58. Xəlilov P. «Kitabi-Dədə
Qorqud» – İntibah abidəsi. Bakı, 1993, 173 s.
59. İsrafilova R.D., Məşədiyev
Q.İ., Cəfərov Q.H. Azərbaycan dilinin onomastikası. Bakı, 1987, 188 s.
60. İrəvan əyalətinin müfəssəl
dəftəri. Bakı, 1996, 184 s.
61. Kazımov Q.Ş. Azərbaycan
dilinin tarixi. Bakı, 2003.
62. «Kitabi-Dədə Qorqud»
dastanı, Bakı, 1988, 265 s.
63. Qasımov A.M. Kəngərli
sözü və kəngərlilər. Azərb. O.P. dair K.M., Bakı, 1987, s.98-91.
64. Qeybullayev Q. Azərbaycan
türklərinin təşəkkülü tarixindən. Bakı, 1994, 248 s.
65. Quliyeva Ə.A., Əliyev
V.F. Türk onomastik vahidlərində mifoloji inamların izləri. Azərb. O.P. dair
K.M. №2, Bakı, 1988,
s.259-261.
66. Quliyev Ə. Ayrımlar
haqqında // Azərbaycan filoloji məsələləri, III buraxılış, Bakı, Elm, 1991,
s.201-210.
67. Qukasyan V.Z. Azərbaycan
dilinin təşəkkülünə dair qeydlər. Azərbaycan filologiyası məsələləri. Bakı,
1983, s.35-62.
68. Qukasyan V.Z. Azərbaycan
paleotoponimləri antik qaynaqlarda /Azərbaycan onomastikası problemləri. Bakı,
1987, s.121-125.
69. Qukasyan V.Z. Qafqaz
Albaniyası. Bakı, 1999, 108 s.
70. Qumilev İ.N. Qədim
türklər. Bakı, 1993, 536 s.
71. Qurbanov A.M. Azərbaycan
dilinin onomalogiyası. Bakı, 1988, 423 s.
72. Qurbanov A.M. Azərbaycan
onomalogiyasının əsasları. I cild, Bakı, 2004, 340 s.
73. Qurbanov A.M. Azərbaycan
onomalogiyasının əsasları. II cild, Bakı, 2004, 340 s.
74. Qurbanov N.A. Azərbaycan
mərasim folklorunda mifoloji-kosmoqonik görüşlər. AMEA Aspirantların elmi
konfransının materialları, II hissə, Bakı, 2006, s.249-256.
75. Məmmədov A.M. Azərbaycan
dilinin erkən tarixinə dair materiallar. Azərbaycan filologiyası məsələləri. №1, Bakı, 1983, 75,
5-24 (264).
76. Məmmədov N. Azərbaycanın
yer adları (oronimlər). Bakı, 1993, 176 s.
77. Məmmədov C. Qədim
tanrı adları (Qurd teonimi). Azərbaycan onomastikası problemləri. II c., Bakı, 1988, s.272-274.
78. Məmmədov Y.Q. Dilin
onomastik vahidləri və onlara aid sözlər arasında leksik-semantik əlaqəyə dair.
Azərbaycan onomastikası problemləri. Bakı, 1987, s.290-293.
79. Məmmədov M.İ. Ermənistan
ərazisində bəzi qədim Azərbaycan toponimləri haqqında. Azərbaycan onomastikası
problemləri. Bakı, 1987, s. 147-149.
80. Məmmədov R.İ.,
Piriyev V.H. Teymurləngin Əlincə səfəri. «Elm və həyat» jur. 1977, №9, s.31-33.
81. Məmmədzadə H. Tanrı
sözünün mənşəyi. Azərbaycan onomastikası problemləri. Bakı, 1995, s. 105-108.
82. Məşədiyev Q.İ. Azərbaycan
toponimlərinin tarixi-linqvistik təhlili. Bakı, 2007, 231 s.
83. Məşədiyev Q.İ. Göran,
Goranboy, Gorus. «Elm və həyat», jur. 1979, №9, s.28-30.
84. Məşədiyev Q.İ.
Zaqafqaziyanın Azərbaycan toponimləri. Bakı, 1990, 148 s.
85. Mirzəyev H.İ. Aşıq
poeziyasında yaşayan adlarımız və tariximiz. Bakı, 1997, 1993 s.
86. Mirzəyev H.İ. Ələyəz
toponimi. «Filologiya məsələlərinə dair tematik toplu. Bakı, 1998, s.69-71.
87. Ögəl B. Türk
mifologiyası. Bakı, 1997, 628 s.
88. R.Fəzlullah. «Oğuznamə».
Bakı, 1992, 72 s.
89. Seyidov M.M. Azərbaycan
mifik təfəkkürünün qaynaqları. Bakı, 1983, 326 s.
90. Seyidov M.M. Azərbaycan
xalqının soykökünü düşünərkən. Bakı, 1989, 496 s.
91. Seyidov M.M.
Qam-Şaman və onun qaynaqlarına ümumi baxış. Bakı, 1994, 232 s.
92. Sümər F. «Oğuzlar».
Bakı, 1992, 432 s.
93. Sultanov V.Ə. Azərbaycan
etnonimlərinin öyrənilməsi. Dil, etnmi və etnonimiya». Bakı, 1994, s.3-7.
94. Şükürov A.M.
Mifologiya. 1-ci kitab, Bakı, 1993, 188 s.
95. Şükürov A.M.
Mifologiya. 6-cı kitab, Bakı, 1997, 232 s.
96. Şükürov Ə. Qədim türk
yazılı abidələrinin dili. Bakı, 1993, 336 s.
97. Təhmasib M.H. Azərbaycan
xalq dastanları (orta əsrlər). Bakı, Bakı, 1972, 286 s.
98. Vəliyev V. Azərbaycan
folkloru. Bakı, 1985, 414 s.
99. Vəliyev K.N. Elin
yaddaşı, dilin yaddaşı. Bakı, 1987, 280 s.
100. Vəliyev K.Q. Azərbaycan
dilində Ay və Gün onomastik vahidləri haqqında AOP, III, Bakı, 1990, s.194-196.
101. Yusifli S.V. Rəng
komponentli yer adları. AOP. III, 1980, s.108.
102. Yusifov Y.B. Qədim Şərq
tarixi. Bakı, 1993, 513 s.
103. Yüzbaşov R., Əliyev
K., Sədiyev Ş. Azərbaycan coğrafi adları. Bakı, 1972, 110 s.
104. Zeynalov İ. Mifoloji
təfəkkür və onun əsas formaları. «Azərbaycan təbiəti» jur. №1, 1994, s.34-37.
Rus dilində
105. Алиева Ф. К вопросу о
теонимах в мифах и о меренгах античного Азербайджана.
106. Алиев К.
Античные источники по истории Азербайджана. Баку, 1986, 243 с.
107. Алтман М.М. Исторический очерк города Гйенджи. Изд. А/Я.
Азерб.ССР, Баку, 1949, с.89.
108. Атаниязов С.
Словарь туркменских етнонимов. Ашхабад. 1988, 180 с.
109. Бакыханов А. «Гюлистани-и Ирам». Баку, 1991, 304
с.
110. Баскаков Н.А.
Модели тюркских этнонимов и их типологическая классификация. Ономастика Востока. М., 1980, с.199-207.
111. Древнетюркский словарь. Л., 1969, 676 с.
112. Еремеев Д.Е. К семантике тюркской этнонимии –
Этнонимика. М., 1970, с.133-142.
113. Килимов Г.А., Эдельман Д.И. К этимологии албасты//алмасты «Советская
тюркология». №3, Баку, 1979, с.57-63.
114. Койчубайев Е. Краткий толковый словарь топонимов
Казахыстана. Алма-Ата, 1974, 110 с.
115. Гейбуллаев Г.А. Топонимия Азербайджана. Баку, 1986, 182
с.
116. Лосев А.Ф. Философия, Мифология, культура. М., 1991, 641 с.
117. Мамедов М. Лингвистический анализ географиических названий в
смешанных ареалах. Тошкент, 1984, 346 с.
118. Мурзаев С.М. Словарь народных географических
терминов. М., 1984, 653 с.
119. Моллазаде С.М. Топонимия северных районов
Азербайджана. Баку, 1979, 206 с.
120. Севортян Э. В. Этимологический словарь тюркских
языков. М., 1980, 296 с.
121. Шахнович М.И. Первобытный мифология. Л., 1971, 324 с.
122. Шопен И. Исторический памятник состояния Армянской
области в эпохи присоединение к Российский империи. СПб., 1852, 1231
с.
123. Тревер К.В. Очерки по история и культура Кавказской
Албании. М.-Л., 1959, 378 с.
KİTABIN İÇİNDƏKİLƏR
|
|
|
|
Ön
SÖZ ........................................................
|
3
|
|
GİRİŞ
|
|
|
Azərbaycan
toponimiyasının tədqiqi tarixindən .......
|
3
|
|
I
FƏSİL. Kosmoqonik miflərlə əlaqədar toponimlər ......
|
21
|
|
Günəşlə əlaqədar formalaşan mifoloji kosmoqonik toponimlər
......................................................
Ay mifoloji obrazı ilə əlaqədar toponimlər .......
Göy mifoloji obrazı ilə əlaqədar mifoloji toponimlər ..
|
26
32
36
|
|
II FƏSİL. Totemlərlə
əlaqədar mifoloji toponimlər .........
|
40
|
|
Qurd totemi ilə əlaqədar formalaşan mifoloji toponimlər ......
İlanla əlaqədar meydana çıxan mifoloji
toponimlər ..........
Samur mifoloji obrazı ilə əlaqədar toponimlər ......
Quş onqonları ilə bağlı mifoloji toponimlər ..........
Ağac kultu ilə əlaqədar mifoloji toponimlər ........
Dağ kultu ilə əlaqədar mifoloji toponimlər .....
|
42
49
52
53
61
67
|
|
III FƏSİL. Digər mifik inamlarla bağlı toponimlər ...........
|
70
|
|
«A1» derivatlı mifoloji toponimlər
..........................................
«A1» morfeminin «Ə1» fonetik forması vasitəsilə formalaşan mifoloji
toponimlər .......................
Ocaq-od mifoloji obrazı ilə bağlı toponimlər ...
|
81
88
92
|
|
NƏTİCƏ
....................................................
İSTİFADƏ OLUNMUŞ
ƏDƏBİYYAT SİYAHISI .
|
98
100
|